Alparslan Bayraktar: Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır
05.08.2026 [12:10]
Türkiyə ölkə xaricində, o cümlədən Azərbaycan, Bolqarıstan, İraq, Liviya, Somali və Pakistanda enerji layihələrində iştirak etməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “TRT Haber” telekanalının efirində bildirib.
O, müasir Türkiyənin enerji mərkəzinə çevrildiyini qeyd edib. “Ankara ilə əməkdaşlıq və ölkəmizin infrastrukturundan istifadə bütün tərəflər üçün real fayda gətirir. Suriyaya Azərbaycan qazının tədarükü bunun bariz nümunəsidir”, - deyə enerji naziri bildirib, O, yeni qaz müqavilələrinin imzalanacağını istisna etməyib.
Nazir qeyd edib ki, Türkiyə regiondakı böhranlardan sığortalanmasa da, ölkədə enerji çatışmazlığı yoxdur. O əlavə edib: “Ankaranın düşünülmüş siyasəti enerji təchizatı məsələsini həll etməyə imkan verib. Yalnız xarici amillərlə bağlı əlavə maliyyə yükü var”.
A. Bayraktar yerli neft və qaz yataqlarında fəal kəşfiyyat işlərinin və hasilatın artırılmasının vacibliyini də vurğulayıb. Nazir qeyd edib: “Qara dənizdə ölkənin ən böyük qaz yatağı olan “Sakarya”da hasilat həcminin bu ilin sonuna qədər gündə 20 milyon kubmetrə çatacağı və 8 milyon abonentin ehtiyacını ödəyəcəyi gözlənilir. 2028-ci ilə qədər 16-17 milyon abonenti yerli istehsal olan təbii qazla təmin etməyi planlaşdırırıq”.
Türkiyəli nazir, həmçinin ölkənin cənub-şərqində neft hasilatının artmasına diqqət çəkib. O bildirib: “Bölgədə terrorizm probleminin həlli üçün atılan vacib addımlar Anadoluda kəşfiyyat işlərinin intensivləşməsinə imkan verib. Şırnak vilayətinin Qabar dağı bölgəsində neft hasilatı rekord səviyyədə - gündəlik 83.200 barelə çatıb”.
A. Bayraktar nüvə enerjisinin inkişafının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, hazırda tikilməkdə olan “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunun bu ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. “Türkiyə və Rusiya tərəfləri Mersində qarşıya qoyulan məqsədlərə çatmaq üçün səy göstərir. Təhlükəsizlik amili bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.
Nazir, həmçinin Sinop və Trakyada iki yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı fəal müzakirələrin aparıldığını bildirib. “Bir neçə ölkə, o cümlədən Kanada və Cənubi Koreya ilə danışıqlar aparırıq. Həmçinin atom elektrik stansiyası layihələrinə maliyyə dəstəyi məsələsini də nəzərdən keçiririk”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35

