Mərkəzi Bankda saxlanılan strateji valyuta ehtiyatları 5 milyard dolları ötüb
08.07.2009 [11:01]
Azərbaycanın Mərkəzi Bankda saxlanılan strateji valyuta ehtiyatları 2009-cu ilin birinci yarısında 115 milyon dollar artaraq ümumilikdə 5 milyard dolları ötüb. Strateji valyuta ehtiyatlarının həcminin artaraq 6 milyarda yaxınlaşması ölkəmizdə effektiv pul siyasətinin həyata keçirilməsinin göstəricisi kimi səciyyələndirilə bilər. ötən ilin ikinci yarısı ilə müqayisədə respublikamızın Mərkəzi Bankın sərəncamında olan valyuta rezervlərinin 2 milyard dollara yaxın artması iqtisadi artımın məntiqi nəticəsi kimi də dəyərləndirilməlidir. Xatırladaq ki, ötən ilin müvafiq dövründə strateji valyuta ehtiyatları təxminən 4 milyard dollar təşkil edib. Bu tendensiya onu göstərir ki, son bir ildə MB-dəki rezervlərin həcmi təxminən 45 faiz artıb. Onu da qeyd edək ki, Mərkəzi Bankla yanaşı, Dövlət Neft Fondunda saxlanılan valyuta ehtiyatlarının isə həcmi 13 milyard dolları ötməkdədir. ümumilikdə, respublikamızın strateji valyuta ehtiyatları 19 milyard dollardan çoxdur.
Azərbaycan hökuməti tərəfindən həyata keçirilən düzgün pul-kredit və monetar siyasət bank sisteminin dinamikliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin möhkəmlənməsinə və valyuta gəlirlərinin yüksəlməsinə əhəmiyyətli dərəcədə dərin iqtisadi əsaslar yaradıb. Respublikamızın artan strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinə tam cavab verməsini möhkəmləndirməklə hansısa təhlükənin yaranmasının qarşısını da almış olmaqdadır. Yəni, dünya maliyyə böhranının davam etdiyi dövrdə bu həcmdə valyuta rezervlərinə malik ölkə böhranın hər hansı bir təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir. ölkəmizdə dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, ümumilikdə valyuta bazarının bütün seqmentlərinin inkişaf templəri ilə müşayiət olunmasına səbəb olub. Bu tendensiya valyuta rezervlərinin artması ilə bərabər, həm də milli valyuta olan manatın aktiv pul aləti kimi çəkisinin artırılmasına təkan verib. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda Mərkəzi Bankın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi o qədər möhkəmlənib ki, hətta dolların real dəyəri yanvar ayından indiyədək MDB zonasında, ümumilikdə, 18-22 faiz artsa da respublikamızda eyni tempdə qalıb.
Respublikamızın valyuta sərvətlərinin artması beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən aktivlərin əhəmiyyətli dərəcədə yüksəlməsinə də baza yaradıb. Azərbaycan hökuməti valyuta portfelindəki rezervlərin bir hissəsini dünya maliyyə strukturlarında yerləşdirərək beynəlxalq idarəetməyə verib. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatlarının bir hissəsi, təxminən 200 milyon dolları idarəetməyə verilib. Eləcə də Dövlət Neft Fondundakı vəsaitlər xarici maliyyə təşkilatlarında saxlanılır. Hökumətin həyata keçirdiyi bu siyasətin əsas elementləri həmin vəsaitlərin maksimum gəlir gətirən bölmələrdə yerləşdirilməsindən ibarətdir. Yəni, strateji valyuta ehtiyatlarının artmasında və ölkəmizin maliyyə imkanlarının yaxşılaşmasında vəsaitlərin idarə olunması ən perspektivli və yüksək gəlir gətirən sahə hesab olunur.
Azərbaycan hökuməti bəyan edib ki, yaxın illərdə xarici təşkilatlarda idarəetməyə verilən valyuta ehtiyatlarından əldə olunan gəlirlər neft sektorundan sonra aparıcı yeri tutacaq. Proqnozlara görə, ölkəmiz idarəetməyə verilən vəsaitlərdən bir neçə ildən sonra 3-4 milyard dollar divident əldə edəcək. Hazırda Neft Fondunun il ərzində idarəetmədən qazandığı illik gəlir isə 300 milyon dollara çatmaqdadır. Mərkəzi Bankda saxlanılan valyuta ehtiyatları da daha çox likvidli və gəlirlilik dərəcəsi olan nüfuzlu banklara yerləşdirilib və bu sahədən il ərzində 100 milyon dollara yaxın gəlir əldə olunur. Bu gün həm MB-nin, həm də DNF-nin vəsaitləri dünyanın tanınmış maliyyə təşkilatlarında - Dünya Bankı, Doyçe Bank, Klarden Li və digər nüfuzlu maliyyə institutlarında idarəetməyə verilib.
Göründüyü kimi, Azərbaycan hökumətinin valyuta sərvətlərinin səmərəli şəkildə həm idarəetməyə verilməsi, həm də istifadə olunması ilə bağlı yürütdüyü siyasət makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda mühüm əhəmiyyət kəsb edir. Dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına xidmət edən siyasətin həyata keçirilməsi, dünyada maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, Azərbaycanın bu təsirlərdən kənarda qalması ilə nəticələnməkdədir. ümumiyyətlə, makroiqtisadi və maliyyə sabitliyi iqtisadiyyatın inkişafına təkan verməklə əhalinin real pul gəlirlərinin artmasına da səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10

