Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / «Made in Uzbekistan» Bakıda təqdim olunacaq

«Made in Uzbekistan» Bakıda təqdim olunacaq

24.11.2021 [11:42]

Özbəkistan Respublikası İnvestisiya və Xarici Tiarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi 15-17 dekabr tarixlərində Azərbaycana biznes missiya təşkil edir. Bu barədə yeniazerbaycan.com-a Özbəkistanın Bakıdakı səfirliyindən məlumat verilib.

«Made in Uzbekistan» biznes missiyasının tərkibinə sənayenin aşağöıdakı səhələrini təmsil edən Özbəkistanın 80-dən artıq iri şirkətinin nümayəndələri daxil olacaqlar: toxuculuq, dəri-ayaqqabı, ipək, ərzaq,kimya, elektrotexnika, əczaçılıq, tikinti, mebel və maşınqayırma.

“Biznes missiyanın əsas məqsədi illi məhsulların təbliğatı, Özbəkistan və Azərbaycanın biznes cəmiyyətləri arasında əlaqələrin qurulması, ixrac həcminin artımı, ziyarətçilərin ölkənin istehsal potensialı ilə geniş tanışlığı, məhsulların gələcəkdə üçünc ölkəlıərin bazarlarına ixracı perspektivi ilə yüksək əlavə dəyəri olan yeni idxalı əvəz edən istehsalatın təşkili üzrə kooperasiya əlaqələrinin inkşafı, ixrac müqavilələrin imzalanamsı vasitəsilə yerli ixracatçılara məhsullarının və xidmətlərinin xarici bazara çıxarılması üzrə komplekls ixtisaslaşmış xidmətlərin göstərilməsi”, - diplomatik missiyadan qeyd ediblər.

Bundan əlavə, missiya çərçivəsində, o cümlədən Özbəkistanın şərab mədəniyyəti, turizm potensialı və özbək xalqının xalq-tətbiqi incəsənətinin təqdimatı keçiriləcək.

“Missiya zamanı təmasların qurulması, həmçinin, uzunmüddətli əməkdaşlığa dair razılıqların əldə olunması məqsədilə ikitərəfli danışıqların aparılması planlaşdırılır”, - səfirlikdən vurğulanıb. **

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31