Satış bazarlarına çıxış imkanları genişlənir
10.12.2021 [10:35]
Özəl bölmənin inkişafı dövlət tərəfindən dəstəklənir
Mübariz ABDULLAYEV
Azərbaycanda özəl bölmənin inkişafı dövlət tərəfindən dəstəklənir. Son illərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatlara uyğun olaraq ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalın qorunması, investisiya cəlbediciliyinin artırılması, vergi bazasının genişləndirilməsi yolu ilə vergi yükünün azaldılması və digər istiqamətlərdə təsirli tədbirlər görülüb. Bütün bu kimi dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda güclü sahibkarlar ordusu formalaşıb. Milli iqtisadiyyatımızda özəl bölmənin rolu getdikcə artır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda ölkə üzrə ÜDM istehsalında özəl sektorun payı 80 faizə çatıb.
Respublikamızda sahibkarlara dövlət qayğısından bəhs edərkən bu siyasətin ardıcıl səciyyə daşıdığının önəmini xüsusi vurğulamaq lazımdır. Dövrün dəyişən tələblərinə adekvat tədbirlərin görülməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinə maneə yaradacaq halların preventiv vasitələrlə önlənməsi bu siyasətin mühüm tərkib hissəsidir. Bunun təsdiqi üçün dövlət başçısı tərəfindən təkcə son vaxtlarda imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev 11 oktyabr 2021-ci il tarixində sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsini hədəfləyən Fərman imzalayıb. Sözügedən sənədə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxs kimi təsbit olunub.
Bu günlərdə isə həmişə özəl sektor təmsilçilərinin hamisi olduğunu dilə gətirən Prezident İlham Əliyev tərəfindən sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı daha bir mühüm qərar verilib. Söhbət dövlət başçısının 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiqlənməsindən gedir. Sözügedən Qayda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir.
Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydanın tələblərinə uyğun olaraq, sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlərin görülməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) tapşırılıb. Qurumdan “Yeni Azərbaycan”a bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə mikro və kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilmiş kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların nəzərdə tutulan dəstək tədbirlərindən istifadə etmək hüququ vardır. Satış yerləri barədə məlumatlar agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdirilir və mütəmadi olaraq yenilənir. Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) agentlik tərəfindən icarəyə götürülməsindən, sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə qurumun stendinin təşkil edilməsindən, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə satış-sərgi üçün şərait yaradılmasından ibarətdir: “Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçirilir. Sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 sm müəyyən edilir. Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi müddəti 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə KOBİA-nın ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə qurumun ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı agentliyə ödəyir”.
Bundan sonra mikro və kiçik sahibkarlara satış yerlərində ticarət fəaliyyətinin təşkili istiqamətində də dəstək göstəriləcək. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək ticarət fəaliyyətinin həyata keçirilməsi üçün sahibkar tərəfindən alınan rəsmi sənədlərə ödənilmiş rüsum və xidmət haqlarının bir hissəsinin onlara geri ödənilməsindən ibarətdir.
Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə görə hər bir sahibkara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (1000 manatdan artıq olmamaqla) təşkil edir. KOBİA-nın məlumatında vurğulanır ki, sözügedən Qayda regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların paytaxt və ölkənin digər iri şəhərlərinin bazarlarına çıxışına, mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların müxtəlif parametrlər baxımından iri ticarət şəbəkələrində tətbiq olunan tələblərə (keyfiyyət, qablaşdırma, dizayn və s.) uyğunlaşdırılmasına, əhalinin yerli mallara çıxış imkanlarının genişləndirilməsinə, ölkəyə idxal olunmuş xarici mallarını yerli istehsal malları ilə əvəz olunmasına şərait yaradacaq.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
