“Qoca qitə” üçün əvəzolunmaz enerji təchizatçısı
17.12.2021 [10:13]
Mübariz ABDULLAYEV
Azərbaycanın uğurlu və məqsədyönlü siyasəti tərəfdaş dövlətlər, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bunu bu günlərdə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlərdə ifadə olunan fikirlər bunu bir daha təsdiqlədi. Səfər çərçivəsində dövlət başçımızın qatıldığı tədbirlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq, Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Respublikasının Prezidenti xanım Maya Sandu və digər yüksək səviyyəli rəsmilər Azərbaycanın regional və qlobal təhlükəsizliyin möhkəmlənməsinə, sabitliyin qorunmasına, əməkdaşlığın dərinləşməsinə verdiyi davamlı töhfələri xüsusi vurğulayıblar.
Aİ məkanının enerji təchizatında yeni mənbə
Müstəqil Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər uğurla inkişaf edir. İndiyədək respublikamız qurumun bir sıra proqramlarının fəal iştirakçısı olub. Bir neçə il bundan əvvəl qurumla ölkəmiz arasında strateji prioritetlər sənədi imzalandı. Hazırda Azərbaycanla Aİ arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yeni sənəd üzərində iş aparılır. Brüsseldə baş tutan tədbirlərdə də bildirildiyi kimi, imzalanması nəzərdə tutulan yeni sazişin təxminən 90 faizi artıq razılaşdırılıb. Respublikamız, həmçinin qurumda təmsil olunan 9 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu, müxtəlif vaxtlarda imzalanan sənədlərlə rəsmiləşdirilib.
Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm bir istiqamətini isə enerji sektoru təşkil edir. Brüssel görüşlərində də vurğulandığı kimi respublikamız enerji təhlükəsizliyi məsələlərində Aİ-nin etibarlı tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, dekabrın 15-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitinə qatılan dövlətimizin başçısı ölkəmizlə Aİ arasında enerji sahəsindəki əməkdaşlığı xüsusi qeyd edib və bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, Azərbaycan enerji siyasətində ədalətli yanaşmadan çıxış edir. Ölkəmiz enerji amilinin istehlakçılara qarşı siyasi təzyiq vasitəsinə çevrilməsinin qəti əleyhinədir. Respublikamızın belə yanaşması Aİ məkanında yüksək dəyərləndirilir. Bir neçə il bundan əvvəl bəzi “mavi yanacaq” ixracatçılarının “qoca qitə”ni soyuq qış aylarında, necə deyərlər, qaz imtahanına çəkməsi hələ də yaddaşlardan silinməyib. Son vaxtlarda da Avropanın qaz təchizatında ciddi təbəddülatlar yaşanmaqdadır. Azərbaycan isə belə vəziyyətlərdən istifadə etmək barədə ümumiyyətlə düşünmür. Prezident İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bu kimi məqamlara diqqət çəkərək bildirib: “Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, bu, məni maraqlandırmır. Biz isə öz növbəmizdə ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində çalışırdıq. Həmin layihə ötən ilin son günündə başa çatdırılmışdır. Layihənin dördüncü seqmenti - Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı”.
Azərbaycan Avropanın yeni enerji mənbəyi qismində çıxış edir. Eyni zamanda, ölkəmizin moderatorluğu ilə yaradılan Cənub Qaz Dəhlizi Aİ məkanı üçün alternativ bir marşrutdur. Bütün bunlar ixracatçı ölkə kimi Azərbaycana böyük üstünlüklər qazandırır, paralel şəkildə avropalı istehlakçıların maraqları yüksək səviyyədə təmin olunur.
Daha böyük həcmdə ixrac
Təxminən 3500 kilometr uzunluğa malik olan Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. “Şahdəniz” yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi dörd seqmentdən ibarət olan layihənin icrası 33 milyard dollar vəsait hesabına başa gəlib. Layihə ətrafında yeddi ölkə birləşib. 2021-ci ilin əvvəlindən bəri bəhs olunan yeni nəql marşrutu ilə Xəzərdə hasil olunan qazın Avropaya nəqli uğurla təmin edilib. Əvvəllər Azərbaycanın “mavi yanacaq” ixrac etdiyi ölkələr Gürcüstan və Türkiyə ilə məhdudlaşırdı. Hazırda isə Azərbaycan qazının ən böyük istehlakçısı İtaliyadır, sonrakı yerləri isə Yunanıstan və Bolqarıstan bölüşürlər. Ölkəmiz perspektivdə həm ixrac coğrafiyasını, həm də ixrac həcmlərini artırmaq niyyətindədir. “Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb”, - deyə Prezident İlham Əliyev bəhs olunan müsahibəsində vurğulayıb.
Azərbaycan indiyədək imzalanan müqavilələri tam yerinə yetirir. Eyni zamanda, ölkəmiz “mavi yanacaq” ixracını artırmaq üçün geniş imkanlara malikdir. Respublikamızın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Xəzərin Azərbaycan sektorunda yerləşən və istismarına hazırlıq aparılan “Babək”, “Abşeron”, “Ümid” və digər yataqların da ehtiyatları kifayət qədər böyükdür.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 Mart 22:01

Gündəm
26 Mart 21:39

Gündəm
26 Mart 20:36

Xəbər lenti
26 Mart 19:16

Xəbər lenti
26 Mart 19:14

Xəbər lenti
26 Mart 16:43

Xəbər lenti
26 Mart 15:42

Xəbər lenti
26 Mart 12:22

Xəbər lenti
26 Mart 12:05

Xəbər lenti
26 Mart 11:36

Dünya
25 Mart 19:16

Xəbər lenti
25 Mart 18:58

Xəbər lenti
25 Mart 17:55

Gündəm
25 Mart 17:48

Xəbər lenti
25 Mart 17:47

Xəbər lenti
25 Mart 17:12

Xəbər lenti
25 Mart 15:05

Xəbər lenti
25 Mart 14:33

Xəbər lenti
25 Mart 13:08

Xəbər lenti
25 Mart 12:42

Xəbər lenti
25 Mart 11:36

Gündəm
25 Mart 11:29

Xəbər lenti
25 Mart 10:23

Xəbər lenti
25 Mart 10:14

Xəbər lenti
25 Mart 10:13

Xəbər lenti
24 Mart 21:23

Xəbər lenti
24 Mart 19:42

Xəbər lenti
24 Mart 18:12

Xəbər lenti
24 Mart 15:59

Xəbər lenti
24 Mart 15:55

Siyasət
24 Mart 14:15

Xəbər lenti
24 Mart 13:34

Xəbər lenti
24 Mart 12:14

Xəbər lenti
24 Mart 12:11

Xəbər lenti
24 Mart 11:55

Xəbər lenti
24 Mart 10:59

Xəbər lenti
24 Mart 09:51

Siyasət
24 Mart 09:45

Xəbər lenti
23 Mart 21:20

Xəbər lenti
23 Mart 20:27

Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54
