Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Samir Nuriyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin icraçısını kollektivə təqdim edib

Samir Nuriyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin icraçısını kollektivə təqdim edib

18.07.2022 [19:58]

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb. Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən Şahin Bağırov göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Şahin Bağırov gömrük xidmətində çalışan həmkarları ilə birlikdə dövlətimizin başçısının etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə çalışacağını vurğulayıb.

Paylaş:
Baxılıb: 110 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31