Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Demokratlar Senatı ələ alır...

Demokratlar Senatı ələ alır...

09.12.2022 [11:04]

Regionda proseslər necə dəyişəcək?

Nicat DİLQƏMLİ

ABŞ Senatına Corciya ştatında keçirilən seçkinin ikinci turunda demokrat senator Rafael Uornok qalib gəlir. Associated Press agentliyinin yaydığı məlumata görə, demokratların namizədi sabiq prezident Donald Trampın dəstəklədiyi respublikaçı Herşel Uokeri üstələyir. CNN telekanalının məlumatına görə, Uornok 50,8 faiz, onun rəqibi isə 49,2 faiz səs toplayıb.

Ümumiyyətlə, Corciya ştatında seçkilər mühüm əhəmiyyətə malikdir. Səbəb isə Senatda hansı partiyanın çoxluq qazanacağının məhz orada müəyyənləşdirməsindən ibarətdir. Xarici mətbuatın məlumatına görə, Rafael Uornokun qalib gəlməsi ilə demokratlar Senatda çoxluq əldə edəcək???. Belə ki, onlar 51 yerə, respublikaçılar isə 49 yerə sahib olacaqlar.

Hazırda geosiyasi proseslərin, dünya nizamının sürətli şəkildə dəyişdiyi hər kəsə məlumdur. Məhz belə bir dönəmdə ABŞ-ın Corciya ştanında keçirilən seçkinin nəticəsinin gələcək təsirləri olduqca maraqlıdır. Ekspertlər hesab edirlər ki, demokratların qalib gəlməsi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) imperialist siyasəti daha da dərinləşəcək.

“Hesab edirəm ki, Senatda demokratların üstünlük qazanması Amerika Birləşmiş Ştatlarının siyasət kursuna çox böyük təsirlər göstərəcək. ABŞ siyasət tarixinin təhlili də onu deməyə əsas verir ki, demokratların həm hakimiyyətdə, həm də Senatda üstünlük qazanması ABŞ-ın eksponsionist və imperialist siyasətinin daha da dərinləşməsinə səbəb olur”.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında politoloq Tural İsmayılov səsləndirib. O, Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-ın ənənəvi siyasətində demokratlara xas olan siyasi xəttin davam etdirildiyini xatırladaraq qeyd edib ki, demokratların üstünlük qazanmaları hakimiyyətin bundan sonra xaricdəki bir çox proseslərlə bağlı daha rahat və cəsarətli addımlar atmasına səbəb olacaq: “Eyni zamanda, təəssüfedici məqam, həm də ondan ibarətdir ki, demokratiya və insan hüquqlarından danışan Amerika Birləşmiş Ştatları daim başqa ölkələrin işlərinə qarışır, onların siyasi həyatı ilə bağlı açıqlamalar verir. Bundan başqa, bir çox ölkələrin milli koloritinə uyğun olmayan ideologiyaların dəstəklənməsi xəttini əsas meyar kimi qəbul edir və bu prosesdə də özünün yaratdığı müxtəlif siyasi təsir vasitələrindən istifadə edir ki, demokratların hakimiyyətdə olduğu və ya Senatda çoxluq qazandıqları dövrdə bu hadisə daha dərinləşmiş formada olur”.

T.İsmayılovun sözlərinə görə, tarixdə ikinci dəfə lend-liz haqqında qanunu qəbul edən ABŞ Senatda demokratların üstünlük qazanmalarından sonra Ukraynaya etdiyi yardımların həcmini daha da artıracaq: “Fikrimcə, Rusiya-Ukrayna müharibəsində də ABŞ-ın dəstəyi sona qədər davam edəcək. Geosiyasi reallıqlar fonunda demokratların üstünlük qazanmağı müəyyən dəyişikliklərə səbəb olacaq. ABŞ-ın həm cənubi Amerikanın sosialist ölkələri ilə, həm də Rusiya ilə münasibətlərdə daha kəskin mövqe tutacağını və eyni zamanda, ABŞ-ın ölkələrlə olan problemlərdə də daha da konfrantasiyalara gedəcəyini düşünürəm”.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Siyasət

İRR camaşırxanası...

03 Fevral 10:47  

Siyasət

Siyasət

Siyasət

Daha bir şans

03 Fevral 10:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28