Bank sektorunda hansı dəyişikliklər gözlənilir?
07.12.2023 [10:45]
E.Cəfərli
Bir müddət əvvəl “Muğanbank”ın lisenziyasının ləğv edilməsindən sonra bank bazarında yeni qapanmaların olacağına dair şübhələr səngimir. Müxtəlif iqtisadi dairələrdə qarşıdakı dövrdə digər bankların da bağlanacağına dair fikirlər dolaşmaqdadır.
Əvvəla, bank sektorunda etimadı doğrulda bilməyən bank və kredit təşkilatlarının bazarı tərk etməsi bütün dünya ölkələrində baş verən prosesdir və bunun Azərbaycanın bank sektoru üçün xarakterik olmasında təəccüblü heç nə yoxdur. Məlumdur ki, ölkədə bank sektorunda sağlamlaşdırma tədbirləri həm də öz fəaliyyətini rəqabət prinsiplərinə uyğun qura bilməyən, likvidlik göstəriciləri zəif olan bankların sıradan sıxmasına səbəb olur. Məsələn, fəaliyyəti dayandırılan “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də göstərir ki, bank bazarında rəqabətə davam gətirə bilməyən maliyyə qurumları vardır və onlar bu cür uzun müddət bazar qaydalarına tab gətirə bilməz. Məsələn, aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18,9 faiz azalıb. Digər tərəfdən, bu ilin ilk doqquz ayında üç bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan üç bankdan biri olub. Bu, onu göstərir ki, bu cür maliyyə qurumları ümumi bank sektoruna xələl gətirdiyindən, yola davam edə bilmir.
Onu da nəzərə almaq lazımdır ki, likvidliyini itirmiş bankların bağlanması ümumu bank bazarına heç vaxt mənfi təsir göstərə bilməz. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, “Muğan Bank” və hazırda ölkə üzrə bank aktivlərində payı 2-5 faiz olan bankların müflis olması bank sektorunun maliyyə dayanıqlılığı üçün heç bir təhdid yaratmır, əksinə axsayan bu cür bankların bazarı tərk etməsindən sonra sağlam rəqabət mühiti daha da böyüyür. .
Hansı banklar daha etibarlı və likvidliyi güclüdür?
Ölkədə fəaliyyət göstərən bütün bankların 2023-cü ilin 3-ci rübünə olan maliyyə göstəricilərinə əsasən, ən güclü resurs Beynəlxalq Banka məxsusdur. Bu bank 250,9 milyon manat mənfəətlə ən yüksək nəticə göstərən bankdır. İkinci ən yüksək nəticə Kapital Bankda (182,1 milyon manat), üçüncü ən yüksək nəticə isə PAŞA Bankda (147,3 milyon manat) qeydə alınıb. Sonrakı yerlərdə 53, 7 milyon manat mənfəətlə “Xalq Bank”, 29,3 milyon manat mənfəətlə “AksessBank”, 25,6 milyon manat mənfəətlə “Respublika Bank” gəlir. “Bank of Baku”, “Rabitə Bank”, Yelo Bank”, “Uni bank” da 3-cü rübdə 15-20 milyon manat mənfəətlə çıxıb. Yəni bu
bankların likvidliyi tam dayanıqlı hesab oluna bilər. “Bank VTB”, “Bank Melli İran” isə maliyyə göstəricilərinə görə, ən son sıralarda dayanır, onlar üçün demək olar ki, təhlükə sovuşmayıb.
Onu da nəzərə almaq lazımdır ki, bankların hansının daha güclü maliyyə aktivlərinə və mənfəətə, kredit resurslarına, hansının az olmasını öyrənmək heç də çətin deyil, vətəndaşlar bank sektoru ilə bağlı göstəriciləri öyrənmək üçün xeyli resusrsalata malikdir, bütün bankların maliyyə vəziyyəti barədə məlumatlar almaq üçün geniş resurslar var. Ona görə də, vətəndaşlar banklara əmanət qoyarkən, hesab aşarkən daha sağlam və maliyyə göstəriciləri yaxşı olan banklara etibar etsinlər, əmanətlərini isə sığorta qaydalarına əsasən seçsinlər. Əgər onlar depozitlərini dövlətin müəyyən etdiyi şərtlərə uyğun yerləşçdirsə heç bir problem olamayacaq, dövlət onların pulunu geri ödəyir, necə ki, “Muğan Bank”da sığortalanmış əmanətlərin hər manatı geri ödənilməkdədir.
Bütün bunlara baxmayaraq, Mərkəzi Bank çalışır ki, bütün banklar sağlam rəqabət şəraitində öz ehtiyatlarını artırsın, kapital resurslarının yığım mənbələrini genişləndirsin. Eləcə də, Mərkəzi Bank iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərməyə, normal faiz dəhlizi sayəsində aşağı faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilməsini təmin etməyə çalışır. Son dövrlərdə MB tərəfindən uçot dərəcələri artırılır ki, bu qərarlar, xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının alternativ maliyyə mənbələri cəlb etməsini də stimullaşdırır. Son illərdə kommersiya banklarının istiqaməti Mərkəzi Bankdan kənar vəsaitlərə və əhalidən yığımlara yönəltməsi və bank əmanətlərinin həcminin artması da bunu təsdiq edir”
Hökumət əhalinin banklara olan etimadını möhkəmləndirmək, habelə bank sektoruna yığım mənbələrindən biri olan depozitlərin davamlılığını təmin etmək üçün 2024-cü ildən vergi güzəştləri tətbiq edəcək. Bununla bağlı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə müvafiq dəyişikliklər nəzərdə tutulub. Belə ki, Məcəllənin həmin bəndinə əsasən, yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən (10 faiz vergi) azad ediləcək. Vergi güzəştlərinin tətbiqi zamanı əmanətlərin həcmi və müddəti nəzərə alınmaqla güzəşt əmsalları nəzərə alınacaq. Yeni qaydalara əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olunacaq. Belə ki, vətəndaşın banka 10 faizlə 24 min manat depozit yerləşdirdikdə, onun aylıq dividend gəliri 200 manat təşkil edəcək və ondan vergi tutulmayacaq. Yaxud, banka 8 faizlə 30 min manat əmanət qoyan şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən ondan vergi tutulmayacaq. Yəni 200 manat vergi tutulmayan hissə kimi götürüləcək, vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. Müddəti 18 ay və daha çox olan əmanətlərdən isə məbləğindən asılı olmayaraq ümumiyyətlə vergi tutulmayacaq, yəni vətəndaş 100 min manatdan da çox banka 18 aylıq depozit yerləşdirsə, onun depoziti vergiyə cəlb olunmayacaq..
Vergi tətilində məqsəd bankların kapital resurslarını möhkəmləndirməkdir. Çünki bankların böyük bankların böyük əksəriyyətinin maliyyə portfeli əmanətlərdən formalaşır və onlar əhalidən yığdıqları əmanətlərlə kredit verir, gəlirlərinin böyük bir hissəsini bu yolla təmin edir. Ona görə də, vergi tətilləri bankların aktivlərinin dayanıqlılığını təmin edəcək və rəqabətə davam gətirən bankların bank bazarında uzun müddət öz fəaliyyətini davam etdirəcəyi şübhəsizdir.
Xəbər lenti
Hamısına bax
Dünya
18 Aprel 23:41

Mədəniyyət
18 Aprel 23:35

YAP xəbərləri
18 Aprel 23:12

Siyasət
18 Aprel 22:51

YAP xəbərləri
18 Aprel 22:29

Sosial
18 Aprel 22:14

Dünya
18 Aprel 21:53

YAP xəbərləri
18 Aprel 21:37

Siyasət
18 Aprel 21:19

YAP xəbərləri
18 Aprel 20:55

Xəbər lenti
18 Aprel 20:11

Dünya
18 Aprel 19:47

Analitik
18 Aprel 19:42

YAP xəbərləri
18 Aprel 19:24

İdman
18 Aprel 19:15

YAP xəbərləri
18 Aprel 18:37

Siyasət
18 Aprel 18:10

Xəbər lenti
18 Aprel 17:24

YAP xəbərləri
18 Aprel 17:23

İqtisadiyyat
18 Aprel 17:22

YAP xəbərləri
18 Aprel 17:16

YAP xəbərləri
18 Aprel 17:14
YAP xəbərləri
18 Aprel 16:57

Gündəm
18 Aprel 16:55

YAP xəbərləri
18 Aprel 16:35

YAP xəbərləri
18 Aprel 16:21

İdman
18 Aprel 16:06

Sosial
18 Aprel 16:02

Xəbər lenti
18 Aprel 15:55

Siyasət
18 Aprel 15:45

YAP xəbərləri
18 Aprel 15:42

Gündəm
18 Aprel 15:28

Sosial
18 Aprel 15:05

YAP xəbərləri
18 Aprel 15:00

İqtisadiyyat
18 Aprel 14:41

Gündəm
18 Aprel 14:28

Sosial
18 Aprel 13:51

Dünya
18 Aprel 13:50

Sosial
18 Aprel 13:39

Gündəm
18 Aprel 13:01

İqtisadiyyat
18 Aprel 12:54

Sosial
18 Aprel 12:00

İdman
18 Aprel 10:31

Hadisə
18 Aprel 10:29

Gündəm
18 Aprel 10:28

Sosial
18 Aprel 10:26

İqtisadiyyat
18 Aprel 10:25

İdman
18 Aprel 10:25

İqtisadiyyat
18 Aprel 10:15

Hadisə
18 Aprel 10:09

Dünya
18 Aprel 10:05

Mədəniyyət
18 Aprel 09:58

Siyasət
18 Aprel 09:47

Siyasət
18 Aprel 09:34

Analitik
18 Aprel 09:27

Ədəbiyyat
18 Aprel 09:20

Analitik
18 Aprel 09:11

Analitik
18 Aprel 08:59

Mədəniyyət
18 Aprel 08:41

Analitik
18 Aprel 08:38

MEDİA
18 Aprel 08:15

YAP xəbərləri
17 Aprel 23:38

Dünya
17 Aprel 23:16

İdman
17 Aprel 22:54

YAP xəbərləri
17 Aprel 22:27

Dünya
17 Aprel 22:19

Siyasət
17 Aprel 21:57

Siyasət
17 Aprel 21:51

Hərbi
17 Aprel 21:37

YAP xəbərləri
17 Aprel 21:15
