Qeydiyyat başladı...
28.08.2024 [10:50]
Boş qalan plan yerlərinin aqibəti necə olacaq?
Yeganə BAYRAMOVA
Bir neçə gündən sonra tələbə adını qazanan gənclər yeni tədris ilinə başlayacaqlar. Bu il ali məktəblərə kifayət qədər boş plan yerləri qaldı. Adətən həmin yerlərə qəbul baş tutsa da, yenə boş qalan yerlər var. Səbəb tələbə adını qazanan gənclərin qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməməsidir.
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib. Bu nömrədə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçim elanı, boş qalan yerləri olan ixtisaslar, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar təqdim olunub. Qeyd edək ki, vəsait Azərbaycan və rus dillərində çap edilib.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə builki qəbul imtahanlarının nəticələri bəlli olub. Bu gündən ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayır. Belə ki, avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Proses sentyabrın 6-dək internet üzərindən davam edəcək.
Plan yerləri ən çox bu qrup üzrə dolub
DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə avqustun 26-da keçirilən mətbuat konfransında bildirib ki, son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. DİM sədri qeyd edib ki, müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı - müəyyən ixtisaslar üzrə keçid ballarının ötən illə müqayisədə yüksələcəyi ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik: “I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir”.
1103 tələbə Qarabağ Universitetini seçdi
DİM sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin nəticələrinə əsasən, Qarabağ Universitetinə 1103 tələbə qəbul olub: “Qarabağ Universitetinə qəbul olanların 16,14 faizi Bakı şəhər sakinləridir. Bakıda yaşayan gənclər Qarabağ Universitetini seçərək orada təhsil almağı üstün tutublar. Qəbul olanların 3,81 faizi Naxçıvandan, 6,80 faizi Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı və Qobustan bölgələrindəndir. Tələblərin 22,67 faizi Mingəçevir, Naftalan, Yevlax, Şuşa, Xocalı, Xocavənd, Goranboy, Kəlbəcər, Bərdə, Ağcabədi, Ağdam, Tərtər bölgələrindəndir. Bu da təbiidir, çünki onlar artıq orada yaşayırlar”.
Bu ixtisaslar üzrə yerlər boş qalır...
M.Abbaszadə həmçinin bildirib ki, V qrupda müxtəlif ixtisaslar var. Məsələn, bu il dirijorluq ixtisasında boş yerlər qalıb: “Burada xüsusi bacarıq və bilik tələb olunur. Elə sahə var ki, necə deyərlər, dəbdə olan sahədir. Məsələn, hamı özünü dizayner görür. Hansı ixtisaslarda dövlət sifarişli yerlərin sayının artırılması, ya da azaldılması bizdən asılı deyil. Qəbul planı hökumət tərəfindən həm universitetlərlə müzakirə olunur, həm də ölkədə olan tələbat nəzərə alınır. Bunu hansısa bir ixtisas üzrə həll etmək mümkün deyil. Hər il biz görürük ki, operatorluq, heykəltaraşlıq ixtisasları üzrə dövlət sifarişli yerlər boş qalır. Bu, o demək deyil ki, bizə bu sahə üzrə mütəxəssislər lazım deyil. Yəni dövlət sifarişli yerlər qalmalıdır. Digər sahəyə, məsələn, estrada sənətinə gedənlər çoxdur. Bu da o demək deyil ki, biz orada dövlət sifarişli yerlərin sayını artırmalıyıq”.
Maarifləndirmə intensiv aparılmalıdır
DİM sədri hərbi mühəndislik ixtisaslarında dövlət sifarişli yerlərin tam dolmadığını bildirib: “Çalışırıq ki, bu istiqamətdə müəyyən maarifləndirmə işləri aparaq. İxtisas seçimi ərəfəsində biz ali məktəblərə sərgidə iştirak etmək imkanı yaratdıq. Sərgidə təqdim edilən ixtisaslara maraq da var idi. Əlbəttə, biz müəyyən maarifləndirmə işləri aparırıq. Lakin ixtisasla bağlı maarifləndirmə universitetin öz işidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35

