Milli-mənəvi dəyərlərimizə qayğı...
17.04.2025 [08:18]
Ölkəmizdə dinlərarası harmoniya qorunur!
Müxtəlif konfessiyaların nümayəndələrinin yaşadığı ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün əlverişli şərait var. Bəşəriyyətin ümumi irsi hesab olunan dini abidələrin bərpası istiqamətində həyata keçirilən layihələr xalqımızın multikulturalizm ənənələrinə ehtiramını nümayiş etdirir. Belə ki, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində uğurlu siyasət davam etdirilir. Dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub, bütün dini abidələr dövlət tərəfindən qorunur, ölkəmizdəki məscid və ziyarətgahlara da xüsusi dövlət qayğısı var.
Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakının Xəzər rayonundakı Mir Mövsüm Ağa, Pir Həsən ziyarətgah kompleksləri və Suraxanı rayonunun Bülbülə qəsəbəsi “Məhəmməd Sadiq” ziyarətgahında olub.
Ziyarətgahlarda yaradılan şəraitlə tanış olan Dini Komitənin sədri dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barəsində danışıb.
Onun sözlərinə görə, Azərbaycanda heç bir fərq qoyulmadan müxtəlif dini icmalara, onlara məxsus ibadət yerlərinə diqqət və qayğı göstərilir, Prezident İlham Əliyev tərəfindən hər il dini qurumlara maliyyə yardımı ayrılır.
Uğurlu layihələr həyata keçirilir
R.Məmmədov ölkədəki multikulturalizm və tolerantlıq ənənələrinin milli həmrəyliyin formalaşmasında mühüm rol oynadığını bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini vurğulayan omitə sədrinin sözlərinə görə, ondun təşəbbüsü ilə dini ibadət yerlərinin, ziyarətgahların bərpası və qorunması istiqamətində bir çox uğurlu layihələr həyata keçirilir.
Görüşlərdə iştirak edən din xadimləri Azərbaycanda dini etiqad azadlığının təmin olunması üçün hər cür şəraitin yaradıldığını, məscid, kilsə, sinaqoq, ziyarətgahların təmiri və bərpasının diqqətdə saxlanıldığını vurğulayıblar. Onlar dini dəyərlərin qorunması və inkişafına göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdar olduqlarını bildiriblər.
Azərbaycanda nə qədər dini icma fəaliyyət göstərir?
Ramin Məmmədov Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzini ziyarət edib. Komitə sədri bildirib ki, Azərbaycanda həm müsəlman, həm də qeyri-müsəlman icmaları da daxil olmaqla 995 dini icma fəaliyyət göstərir.
Mərkəzdə görüş zamanı R.Məmmədov Azərbaycanda dövlət tərəfindən dinlərarası harmoniyanın qorunub-saxlanılmasına göstərilən diqqətdən bəhs edib. O, bildirib ki, Azərbaycan uzun illər ərzində dini müxtəliflik və dinlərarası sülh məsələlərinə münasibətdə dialoqa, qarşılıqlı hörmətə əsaslanan unikal yanaşma nümayiş etdirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi önəm verilir”.
O, qeyd edib ki, ölkədə dini müxtəliflik nəinki qorunub saxlanılır, həm də dövlət tərəfindən dialoq və tərəfdaşlıq yolu ilə fəal şəkildə dəstəklənir.
Müxtəlif konfessiyaların fəaliyyətinə göstərilən diqqət !
Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal təhsil mərkəzinin “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsinin müxtəlif konfessiyaların fəaliyyətinə göstərilən diqqət və dəstəyin təzahürü olduğunu bildirib. O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın məktəbin açılışında iştirak etmələrini yəhudilərin milli-mədəni irsinə qayğının bariz nümunələrindən biri kimi qiymətləndirdiklərini vurğulayıb.
Qeyd edək ki, 450 yerlik etno-mədəni komponentli mərkəzin digər təhsil müəssisələrindən fərqi yəhudi mədəniyyəti əsaslarını tədris etməsidir. Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş veriblər. 2007-ci ildə Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondunun arasında təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. 2010-cu ildə “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimi keçirilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
