Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Hüquqi dövlət quruculuğu prosesində islahatların rolu

Hüquqi dövlət quruculuğu prosesində islahatların rolu

31.12.2022 [11:15]

Nardar BAYRAMLI

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin elan etsə də, keçmiş sovetlər birliyindən miras qalmış sistem hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə tam təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşadı.

1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Hüquqi dövlət quruculuğu prosesində həyata keçirilən islahatlar da çox önəmli amildir. Ölkəmizdə iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biridir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvin Kərimzadə qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin son illər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillərdən biridir. Onun sözlərinə görə, dünyada iqtisadi böhrana, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalq-Prezident birliyi Azərbaycanın qazandığı uğurların əsas  səbəbidir: “Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi və  ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdı. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.

Millət vəkili qeyd edib ki, bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar aparılır, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır: “Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşib. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılıb, eləcə də  2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu formalaşıb. Yeni strukturda ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

Həmsöhbətimiz  diqqətə çatdırıb ki, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu baxımdan, ayrı-ayrı ictimai təsisatlarla yanaşı, Azərbaycan milli mətbuatının da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. “Demokratik islahatlardan bəhs edərkən qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub. Bütövlükdə isə, söz, fikir və özünüifadə azadlığının təmin olunduğu Azərbaycanda milli mətbuat ölkənin demokratik inkişafına özünəməxsus töhfələr verir”, - deyən P.Kərimzadənin fikrincə, ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması dövlətin bu sahəyə dəstəyinin ifadəsidir. Bundan başqa, ölkəmizdə vətəndaş cəmiyyətinin   inkişafı da xüsusi diqqət mərkəzindədir. Millət vəkili hesab edir ki, aparılan islahatlar nəticəsində dövlətin QHT sektoruna dəstəyi kifayət qədər artıb: “Həm media, həm də vətəndaş cəmiyyəti istiqamətində reallaşan  islahatlar öz bəhrəsini verir. Bunun nəticəsidir ki, hər iki sahə milli və dövlət maraqlarımızın qorunmasında fəal iştirak edirlər.  Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar ölkəmizin ümumi inkişafına böyük töhfələr verir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28