Çörəyi “təndir”dən çıxanlar
19.08.2023 [14:16]
M.BAYRAMLI
Əcdadlarımızdan bizə miras qalan təndirə çörək yapmaq ənənəsi bu gün də yaşamaqdadır. Orta əsrlərdən bəri əksər həyətlərdə rast gəlinir. Yeraltı və yerüstü təndirlərin “döymə”, “badlı”, “şirəli” və “kərpic” növləri mövcuddur. Təndirdə çörəklə yanaşı, lavaşlar, müxtəlif yeməklər də hazırlanır.
Əsasən Yaxın Şərq, Orta Asiya və Qafqaz xalqları arasında geniş yayılmış təndirin tarixi Neolit dövründən başlayır. Alimlər “təndir” sözünun şumerlərə məxsus olduğunu deyirlər. Kəsik silindiri xatırladan təndiri tarixən Azərbaycanda yerüstü və yeraltı qurğu şəklində hazırlayırdılar. Ağız diametri 55, ortasının diametri 80, hündürlüyü isə 100-130 sm-dir. Alt tərəfindən hava çəkmək üçün kiçik bir yer də var ki, ona “külfə” deyilir. Təndirin qurulması üçün sarı torpaq, qəzil, saman, at qılı və s. gilli torpaqdan yoğrulmuş palçığa qarışdırılır. Bu palçıqlar tikə-tikə kəsilərək üst-üstə qoyulur. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir. Xüsusi ölçü-biçiyə diqqət etdikdən sonra divarlarının quruması üçün bir neçə gün içərisində saman yandırılır. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyulur. Beləliklə, təndir nəmdən və yağışdan qorunur.
Quruduqdan sonra əvvəlcə təndirin içinə az-az təzək qoyub yandırılır. Təndirin badı, yəni, divarının çatlamaması üçün yanacaq tədricən artırılır. İstiyə davamlılığı tam yəqinləşdirəndən sonra orada çörək bişirmək olar.
Təndirdə çörək bişirərkən qola qolçaq geyilir ki, təndirin istisi əli-qolu yandırmasın. Əl ilə kündəni yayıb lazımi formaya salınır, üzünə küncüd, yumurta və qatıq vuraraq təndirə yapılır. Təndirin yanında bir qab su qoyulur ki, kündə təndirə yapışmadıqda əli suya batırıb yenidən yapsınlar. Çörəyin yanmasının qarşısını almaq üçün bəzən onun üzərinə təmiz su da çilənir. Bişmiş çörəkləri sulayıb süfrə üstünə sərirlər. Adətə görə təndirdən təzə çıxan çörəyə bıçaq vurmaq olmaz, mütləq əllə kəsilməlidir.
Təndir həm də xeyir-bərəkət rəmzi hesab edilir. Ta qədimdə təndirə çörək yapılan gün həmin həyət-bacada sevinc, şadlıq olarmış. Təndirdən təzə çıxmış çörəyin ətri ətrafa yayıldığı üçün yoldan ötən mütləq çağırılıb qonaq edilər, qonum-qonşuya çörək payı göndərilərmiş.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46

