/ / Azərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri “Nisan” filminin təqdimatı olub
Azərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri “Nisan” filminin təqdimatı olub
06.08.2021 [19:22]
Avqustun 6-da “Hyatt Regency” hotelində “Nisan” filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti - rejissor İbrahim Bülbül, “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman, Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək film barədə məlumat veriblər.
Bildirilib ki, bu il aprelin 17-də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə “Sənət Akademiyası” adlı təhsil mərkəzi təsis edilib. Akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də, ilk addım aktyorluq dərslərindən başladı. Qeyd edilib ki, artıq bir neçə aydır qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar. Akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda, film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır. Yəni, bir tərəfdən akademiyada tanınmış türk ulduzları həm aktyorluq dərsləri keçirlər, digər tərəfdən də film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin baş koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət Bakıda çəkilişlərə başladılar. Bu başlanğıcla da Azərbaycan kino sahəsinə yeni nəfəs gətirilmiş oldu.
Qeyd edilib ki, Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və çəkilişləri başa çatmış “Nisan” adlı film artıq hər kəsin marağına səbəb olub. İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış aktyorlar çəkiliblər.
Ekran əsərində baş rollarda Türkiyənin dünyaca məşhur “Kurtlar Vadisi” serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova yer alıb.
Filmdə Azərbaycandan da tanınmış aktyorlar rol alıblar.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Sonda ekran əsərindən fraqment nümayiş olunub.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

