Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Akademik Nizami Cəfərov: Vaqifin məqbərəsi Şuşanın azadlığının rəmzi olacaq

Akademik Nizami Cəfərov: Vaqifin məqbərəsi Şuşanın azadlığının rəmzi olacaq

01.09.2021 [08:57]

Dünən Vaqif Poeziya Günlərinin açılışı oldu. Azərbaycan Prezidenti açılış mərasimində çıxış etdi. Bizim böyük sənətkarlarımız danışdılar. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi artıq hazırdır. Bu məqbərə bizə tarixən qurur verən çox mətləbləri özündə yaşadır. Məqbərə vaxtilə olduğu kimi, bundan sonra da Şuşanın rəmzlərindən biri olacaq. Həm də bu məqbərə Şuşanın azadlığının rəmzi olacaq. Bu azadlıq əbədi olacaq. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib.
Nizami Cəfərov deyib: “Vaqif Poeziya Günləri çərçivəsində keçirilən müxtəlif tədbirlərdə şairlərimiz şeirlər dedilər, Vaqifin yaradıcılığı, dövrü, tarixi ilə bağlı alimlər öz fikirlərini bildirdilər.
Biz Şuşaya Zəfər yolu ilə gəldik. Bu, bizim hərbi qələbəmizin nəticəsidir. Bu qələbənin arxasınca iqtisadi qələbələr gəlir. Təbii ki, mənəvi, ruhi qələbələrdən, milli şüurdan kənarda bu qələbələr də olmaz. Bu, dövlətimizin siyasəti ilə davam etdirilir. Nə qədər ki, bizim torpaqlarımızda dahilər mövcuddur və biz onlar haqqında düşünürük, danışırıq, onların yaradıcılığını öyrənirik, bu, bizim müstəqilliyimizə köməkdir, arxadır. Əminəm ki, keçirilən bu görüşlər azərbaycanlıların yadından çıxmayacaq. Bütün dünya görür ki, Azərbaycan xalqı öz dahilərinə hansı münasibəti göstərir, hansı mədəniyyətin sahibidir. Azərbaycan xalqı əlinə imkan düşən kimi tikir, qurur, yaradır. Bu gün görülən işlər ümumi böyük işin, böyük zəfərin tərkib hissəsidir, onun mükəmməlləşməsidir, həmişə də belə davam edəcək. Çünki Azərbaycan xalqının təbiəti, ruhu yalnız qurmaq, yaratmaq, dünyada harmoniya formalaşdırmaqdır”.
Vaqif Poeziya Günləri çərçivəsində keçirilən simpoziumdan söz açan akademik deyib: “Bu simpozium ədəbiyyat söhbətləri ilə bağlı idi. Ədəbiyyat təkcə ədəbiyyat deyil, həm də bir xalqın varlığıdır, düşüncəsidir. Ulu Öndər Heydər Əliyevin siyasəti ədəbiyyat, mədəniyyət məsələlərinə xüsusi təsir göstərib. Ona görə də biz Ümummilli Liderimizi həm də ədəbiyyat yaradan bir şəxsiyyət kimi qəbul edirik. Bugünkü simpoziumda, həmçinin Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs olundu. Görülən işlər bizim ədəbiyyatımızda daha dərindən təbliğ olunmalıdır. Xalqımızın mübarizəsi tərənnüm edilməlidir. Çünki xalqımız ədəbiyyata qarşı çox həssasdır”.

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31