Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-də Əli Kərimliyə qarşı cəbhə açılır

AXCP-də Əli Kərimliyə qarşı cəbhə açılır

20.11.2014 [09:58]

Pərviz Sadayoğlu

Partiya sədrindən son bir neçə ildə xaricdən aldığı ianələrin hesabatı tələb edilir
Azərbaycanın radikal müxalifət düşərgəsi, sözün əsl mənasında, problemlər içində “çalxalanmaqdadır”. Belə ki, radikal düşərgədə avtoritar idarəçilik, xaricdən gələn ianələrin düzgün “bölüşdürülməməsi”, partiya sədrlərinin və onlara yaxın şəxslərin nəzarətlərində olan qurumlara özlərinin şəxsi təsərrüfatları kimi yanaşmaları qarşıdurmaların pik nöqtəyə çatmasına yol açıb. Bundan başqa, partiyalarda, məhz birinci şəxsə yaxın qruplaşmaların “at oynatması” digər üzvləri etiraz səslərini ucaltmağa sövq edir.
Məsələn, bir müddət öncə AXCP-nin keçmiş üzvü Akif İslamzadənin, partiya sədrinin sabiq müavini Asəf Quliyevin, sədrin keçmiş müşaviri Şakir Abbasovun və başqalarının ard-arda istefa verməsi, AXCP-nin üzvü olan Xaliq Bahadırın Ə.Kərimlini AXCP-ni avtoritar üsulla idarə etməkdə günahlandırması, bundan başqa, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun Ə.Kərimlinin ona çatacaq pulları mənimsədiyini söylədiyi heç kimin yadından çıxmayıb. Bu faktlar bir daha göstərirdi ki, AXCP-də də vəziyyət heç “Müsavat”dakından geri qalmır.
Əldə etdiyimiz məlumata görə, AXCP-nin daxilində Ə.Kərimli və onun “şəxsi dəstə”yə çevirdiyi komandasına qarşı müxalifət qruplaşması yaranmaqdadır. Belə ki, hələ bir müddət öncə partiyadan istefa verən sədr müavini Asəf Quliyev də AXCP-də regional ayrı-seçkilik olduğunu, qeyri-demokratik ab-havanın hökm sürdüyünü bildirmişdi. Daha sonra partiyadan ayrılan müşavir Şakir Abbasov isə Ə.Kərimlinin və ona yaxın olanların AXCP-ni kooperativə çevirdiklərini söyləmişdi. O bildirmişdi ki, “partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşüb”. Onun sözlərinə görə, AXCP-də biri xaricə adam keçirməklə, biri pul qoparmaqla məşğuldur. Bu fikirlər partiya daxilində hansı vəziyyətin olmasını bariz şəkildə sübut edir.
Məhz bu kimi faktların qarşısını almaq üçün bir qrup insan imza toplayaraq AXCP-də qurultay keçirilməsi tələbi ilə çıxış edib. Bundan başqa, həmin şəxslər Ə.Kərimlidən son bir neçə ildə partiyaya daxil olan ianələrlə bağlı da hesabat istəyiblər. Partiyadan istefa verən funksionerlərə yaxınlığı ilə seçilən bir sıra üzvlər isə qurultayın keçirilməyəcəyi təqdirdə bəyanat verərək AXCP-dən ayrılacaqlarını, Ə.Kərimlinin etdiyi maliyyə maxenasiyalarını açıqlayacaqlarını bildiriblər. Qeyd edilir ki, artıq AXCP rəhbərliyi narazı qruplaşmanın üzvləri ilə görüşmək niyyətindədir. Ə.Kərimli müəyyən manevrlərlə qurultayı gələn ilə saxlamaq, bununla da yenidən öz “fəaliyyətini” davam etdirmək istəyir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, narazı qrup son dövrlərdə keçirilən mitinqlərin şou xarakteri daşıdığını və bunun yalnız Ə.Kərimliyə maddi vəsaitlər qazandırmağa istiqamətləndiyini bəyan edib.
Göründüyü kimi, bütün siyasi oyunları kimi, Ə.Kərimlinin ucuz mitinq gedişləri də fiasko ilə nəticələnib. Artıq partiyanın öz üzvləri belə mitinq adlandırılan bu cür ucuz tamaşaların qurulmasının əleyhinədirlər. Həmin şəxslər xalqın bu partiyaya inamsızlığını görür və AXCP-nin bu yolla gündəmə gələ bilməyəcəyini dərk edirlər. Ə.Kərimli isə sosial şəbəkələrdə onun əleyhinə fikirlər yazan partiya üzvlərini yenidən hədəfə aldırır və həmin şəxsləri virtual təqib etdirir.
Bəli, ölkədə heç bir ictimai dayağı olmayan, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə çalışan, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd edən, öz kiçik dairələrində adlarını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan Əli Kərimli kimi şəxslər kim olduqlarını növbəti dəfə cəmiyyətə nümayiş etdirirlər. Adını demokrat qoyan bu “siyasətbazların” demokratiya anlayışı insanda yalnız gülüş doğurur...

Paylaş:
Baxılıb: 1062 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31