Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Almaniya yenidən neonasizmin “cəngində”...

Almaniya yenidən neonasizmin “cəngində”...

04.04.2013 [02:16]

Pərviz Sadayoğlu

Bu ölkədə neonasizmin günü-gündən “çiçəklənməsi” miqrantların kütləvi qətlləri ilə müşahidə olunur
II Dünya müharibəsinin qurtarmasının ardından dünyanın siyasi palitrasından böyük miqyasda çəkilən nasist, qatı şovinist milliyyətçilik meyilləri son dövrlərdə yenidən təzahür etməyə başlayıb. Neofaşizm, irqçilik kimi formalarda ortaya çıxan bu meyil son illərdə Avropa məkanında, ən əsası isə Almaniyada yenidən təşəkkül tapıb. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, dünyada sülhün və demokratiyanın, insan hüquq və azadlıqlarının qoruyucusu qismində çıxış etməyə çalışan “köhnə qitə” sakinlərinin belə hallarla üz-üzə qalması həmin cəmiyyətlərdə bu kimi problemlərdən çıxış yollarının tapılmamasını göstərir.
Xəbər verildiyi kimi, bir müddət öncə Almaniyada əsasən miqrantların yaşadığı binada 2 nəfərin ölümü ilə nəticələnən növbəti yanğın hadisəsi baş vermişdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son dövrlərdə Qərbi Avropada, xüsusilə də, Almaniyada bu kimi hallar mütəmadilik təşkil edir. Maraqlıdır ki, miqrantların yaşadığı ərazilərdə törədilən yanğınlarda ölənlərin əksəriyyətinin ölüm səbəbi kimi “ehtiyatsızlıq” göstərilir. Amma ortada olan faktlar başqa bir mənzərəni göstərir. Bu cür “ehtiyatsız davranışların” get-gedə davamlı hal alması, ən əsası eyni regionlarda baş verməsi kimi üst-üstə düşən “təsadüflər”, o cümlədən, həmin Avropa ölkələrində yaşayan miqrantlara tez-tez irqçi qruplaşmalar tərəfindən təzyiq edilməsi bir daha göstərir ki, bunun kökündə birmənalı şəkildə neofaşizmin günü-gündən daha da güclənməsi faktoru dayanır. Məsələn, bir müddət öncə Almaniyadakı neonasist, radikal irqçi “Nasional Sosialist Yeraltı” (NSU) terror təşkilatının üzvlərinin 8-i türkiyəli olmaqla 10 nəfəri qətlə yetirməsi faktı vəziyyətin gərginliyindən xəbər verir. Hətta qətl hadisəsindən sonra qruplaşmanın bir çox türkün yaşadığı evləri yandırması faktı reallığı görməyə kömək edir. Ən dəhşətlisi isə odur ki, Almaniyada “çiçəklənməyə” başlayan neofaşistlərin hədəfinə tuş gələnlərin arasında uşaqlar və qadınlar da var.
Məsələ ilə bağlı məhkəmə prosesinə türk mətbuat nümayəndələrinin qatılmasının qarşısını almaqla bu məsələnin geniş auditoriyaya yayılmasına mane olmaq istəyən Almaniya tərəfi unudur ki, bu ölkədə neofaşizm meyillərinin günü-gündən güclənməsinə dair xəbərlər artıq illərdir ki, dünya mətbuatının səhifələrini “bəzəyir”. Məsələn, hələ 2010-cu ildə Almaniya polisi ölkənin ən böyük neonasist qrupunun ofislərində reydlər aparıb, orada qadağan olunmuş materiallar axtarmışdı. “Milli Siyasi Məhbuslar və onların yaxınlarına Kömək Təşkilatı” adlı qrupun Almaniyanın doqquz əyalətindəki ofislərində reydlər keçirilmişdi və alman polisi 1979-cu ildə yaradılmış bu təşkilatın 600 nəfər üzvü olduğu haqda açıqlama vermişdi. Ötən il isə Almaniyada 26 nəfərlik qrup neofaşizm iddiası ilə məhkəmə qarşısına çıxarılmışdı. Almaniya hüquq-mühafizə orqanlarının nümayəndələri, prokurorlar onlardan 20 nəfərini ekstremist qrup yaratmaqda, qalanlarını isə onlara yardım etməkdə günahkar bilirdilər. Məsələ ilə bağlı verilən rəsmi açıqlamada bildirilirdi ki, bu qrupun üzvləri potensial hədəf kimi seçdikləri solçu baxışlı insanların adlarını, ünvanlarını toplayıb, onları izləyiblər. Özlərini Mid-Rhine Əməliyyatlar Ofisi adlandıran qrup üzvlərinin yaşı 19-la 54 arasında dəyişib. Onların bəziləri başqalarına fiziki xəsarət yetirməkdə ittiham olunublar.
Hətta vəziyyət o yerə gəlib çıxıb ki, Almaniyada neofaşizm bütünlüklə cəmiyyətə, cəmiyyətin formalaşmasında real sütunlardan sayılan mətbuata da siraət edib. Məsələn, bu ölkənin mətbuatında dəfələrlə fərqli dinlərin daşıyıcılarının, müqəddəslərin karikaturalarının dərci, o cümlədən, fərqli dinlərə münasibət bir daha göstərir ki, bu ölkədə neonasist meyillərin formalaşmasında əsas baza kimi həm də fərqli dinlərə olan dözümsüz münasibətdir. Hətta həmin KİV-lərin müsəlman dövlətlərinə, Afrika və Asiya xalqlarına münasibətdə onları ikinci dərəcəli kimi qələmə verməsi, onlara qarşı münasibətdə irqçi təfəkkür nümayiş etdirməsi Almaniyada bu prosesin hansı sürətlə getdiyini deməyə əsas verir. Neonasist təsiri altında olan həmin qurumlar bir qayda olaraq, hədəfə aldıqları müsəlman dövlətlərinin nüfuzuna kölgə salmağa, həmin ölkələr barədə yanlış informasiya yaymağa, yaxud mövcud məlumatları təhrif olunmuş şəkildə çatdırmağa çalışırlar.
Bu isə nəticə etibarı ilə Avropa məkanında, konkret olaraq Almaniyada miqrantlarla neonasist düşüncə daşıyıcılarının üz-üzə dayanmasına səbəb olur. Hətta belə hallar baş verdiyi zamanlarda bəzi dövlət strukturlarının, beynəlxalq vətəndaş cəmiyyəti nümayəndəliklərinin birmənalı şəkildə neonasistlərin mövqeyini dəstəkləməsinin də şahidi oluruq. Ən təhlükəlisi ondan ibarətdir ki, irqçi düşüncə tərzi bu gün islamafobiya meyillərinə daha çox yoluxub ki, bu da nəticə etibarı ilə Almaniyada neofaşizm və islamafobiya meyillərinin artması ilə müşahidə olunur. Bu isə, bütövlükdə təbliğ olunan Avropa mədəniyyətinin, demokratiyasının və tolerantlığının süqutuna gətirib çıxarır ki, nəticə etibarı ilə bunun sonu da multikulturalizmə ən böyük zərbə sayılır...

Paylaş:
Baxılıb: 1245 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30