Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat Partiyasında qarşıdurma yenidən qızışır

Müsavat Partiyasında qarşıdurma yenidən qızışır

14.01.2015 [09:37]

Pərviz Sadayoğlu

“Narazıların” təsis qrupları yaratması Arif Hacılını təşvişə salıb
Müsavat Partiyasının daxilində cərəyan edən proseslər son günlərdə daha da intensivləşməkdədir. Belə ki, sonuncu qurultaydan sonra “narazılar” adlanan qruplaşmanın rəhbəri Qubad İbadoğlu tərəfindən “Demokratiya və Rifah Hərəkatı” adlı yeni ictimai qurumun və rayon təşkilatları səviyyəsində təsis qruplarının yaradılması onu deməyə əsas verir ki, partiyadaxili rəqabət artıq finişə yaxınlaşmaqdadır. Vurğulamaq yerinə düşər ki, hələ bu “hərəkat” yaradılmamışdan öncə, “Müsavat” daxilindəki “narazılar” adlanan kəsim fraksiya tələbi irəli sürmüşdü. Amma sonradan Arif Hacılının başçılıq etdiyi tərəfin ciddi-cəhdlə fraksiya yaradılmasının qarşısını alması, Q.İbadoğluna yaxın funksionerlərin partiya rəhbərliyindən, o cümlədən, partiya məclisi üzvlüyündən çıxarılması prosesləri fərqli istiqamətə yönləndirdi. Belə ki, Q.İbadoğlu “nizamnaməyə riayət edərək” partiya daxilində hərəkat yaratmağa qərar verdi. Bu isə yeni sədrin komandasının “nizamnamə” bəhanəsini də əlindən aldı. Amma A.Hacılının və onun tərəfdarlarının açıq şəkildə bu hərəkatı hədəfə alması faktı bir daha göstərir ki, onlar Q.İbadoğlunun başçılıq etdiyi tərəfin bir dam altına yığılmasından qorxurlar. Bunu, hətta həmin funksionerlərin verdikləri açıqlamalardan da görmək mümkündür.
Məsələn, Arif Hacılının “Müsavat” sədri seçilməsi ilə “ulduzu parlayan” və sədr müavini postuna irəliləyən Səxavət Soltanlı bu təşkilatın ömrünün 3 ay sürəcəyi ilə bağlı proqnoz səsləndirib. Yaradılan hərəkatdan qorxmadıqlarını bildirən, amma bütün fikirlərində bu qorxunu büruzə verən S.Soltanlı iddia edib ki, hərəkatın əsas məqsədi Müsavat Partiyasını parçalamaqdır.
Belə görünür ki, artıq partiyanın rayon təşkilatlarının aktiv şəkildə bu prosesə qoşulması öz sözünü deyir. “Qoxmuram” desə də, prosesin sonunda min bir hiylə ilə əldə etdiyi kreslosunu itirəcəyindən çəkinən Arif Hacılı “narazılara” qarşı bütün qüvvələrini səfərbər edib. Onun önə çəkdiyi Gülağa Aslanlı, Səxavət Soltanlı və A.Hacılının qardaşı Mustafa Hacıbəyli partiya məclisinin iclaslarında Q.İbadoğlunun tərəfdarlarının seçkili orqanlarda təmsilçiliyinin qarşısını almaq üçün hərəkətə keçirlər. Adi bir fakt. Müsavat Partiyasının qurucularından sayılan Vurğun Əyyuba qarşı aparılan kampaniya məhz bu qorxunun tərkib hissəsidir.
Maraqlıdır ki, Arif Hacılının müavini S.Soltanlı hərəkata “yığılanları” “Müsavat”a qarşı olan, bu partiyadan istefa vermiş, şübhəli fəaliyyətlə (?) məşğul olan, “Müsavat”a qarşı əks-təbliğat aparanlar adlandırıb. Amma bu siyahıya nəzər salsaq görərik ki, orada məhz vaxtilə İ.Qəmbərlə yan-yana partiya rəhbərliyində təmsil olunan, partiyanın qurulmasında xidməti olan şəxslər təmsil olunurlar. Məsələn, Əlövsət Talışxanlı, Səxavət Əlisoy, Hikmət Hacızadə, Vurğun Əyyub və digərləri bu qəbildən olan şəxslərdir. Bu mənada, dünənə qədər gənclər təşkilatında söz aparıb-gətirməklə məşğul olan S.Soltanlının açıqlaması olduqca gülünc görünür.
S.Soltanlı onu da qeyd edib ki, Müsavat Partiyasında Qubad İbadoğluna, Vurğun Əyyuba əvvəllər olan inam qalmayıb ki, onların yaratdığı təşkilata da kütləvi axın olsun: “Onlar son fəaliyyətləri ilə artıq özlərini də və az sayda olan insanları da siyasi baxımdan bitiriblər. Onlar bu davranışla heç bir uğur qazana bilməzlər. Özləri də qəbul edirlər ki, onlara olan hörmət “Müsavat”la bağlı idi. “Müsavat”dan kənarda onlar və təşkilatları heç bir uğur qazana bilməzlər”.
Sədr müavininin bu açıqlaması da qorxunun təsiridir desək, yanılmarıq. Görünən dağa nə bələdçi? Arif Hacılı başda olmaqla İ.Qəmbərin yeni komandası Müsavat Partiyasındakı “inqilabdan” qorxurlar. Partiyada əldə olunan ianələri yalnız öz aralarında bölüşdürən hazırki partiyadaxili qruplaşma “narazılar”ın onların “çörəyini” əlindən alacağından çəkinir. Əgər bunun əksidirsə, nə üçün A.Hacılı yenidən şəffaf sədr seçkisinin əleyhinə çıxır? Necə deyərlər, bu meydan, bu da rəqib...

Paylaş:
Baxılıb: 1112 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30