Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin bəzi partiyaları yeni birlik oyununa başlayır

Radikal müxalifətin bəzi partiyaları yeni birlik oyununa başlayır

16.01.2015 [10:08]

Pərviz Sadayoğlu

Budəfəki oyunun məqsədi AXCP ilə Müsavat Partiyasının düşərgə daxilində monopoliya yaratmaq cəhdlərinə qarşı yönəlib
Gücü, qüvvəsi, elektoratı və dəstəyi olmayan, yalnız bir sıra maraqlı xarici qüvvələrin əlində alətə çevrilmiş radikal müxalifət partiyalarının yalançı birliklər yaratmaq istiqamətində apardıqları müzakirələr hər zaman cəmiyyət tərəfindən qeyri-ciddi qarşılanır və nəticəsiz başa çatacağı bəri başdan proqnozlaşdırılır. Dəfələrlə eyni halın baş verməsi, keçmiş müttəfiqlərin prosesin sonunda düşmənə çevrilməsi ənənə halını alıb.
Ümumiyyətlə, düşərgə təmsilçiləri illərdir mücərrəd “birliklər” haqqında danışsalar da, bu “birliyin” konstruksiyasını belə hazırlaya bilmirlər. Bu, “birlik” deyilən nəsnədə hansı partiyaların, hansı formada, hansı şərtlər daxilində birləşəcəyini heç bu partiyaların sədrləri də tapa bilmir. Bunun ən əsas səbəbi isə həmin partiyaların hər birinin yaradacaqları “birliyə” şəxsi maraqlar kontekstində və siyasi monopoliya qismində yanaşmasıdır.
Məsələn, bir neçə gün öncə həm AXCP-dən, həm də Müsavat Partiyasından incik düşmüş, hər zaman ikinci planda saxlanılan, radikal düşərgənin monopolistləri sayılan İ.Qəmbərlə Ə.Kərimli tərəfindən “istismar” edilən bir neçə partiyanın rəhbərlərinin görüşü baş tutub. Bildirilir ki, görüşdə KXCP, Ümid, ADP, BAP, Az DP və AXP-nin sədrləri iştirak edib. Göründüyü kimi, görüş keçirən partiyalar illərdir ki, məhz Müsavat Partiyası ilə AXCP-nin yedəyinə çevrilmiş qurumlardır. Deyəsən, 2015-ci ilin parlament seçkilərində anti-azərbaycançı qüvvələrdən alınan pul uğrunda mübarizədə AXCP ilə “Müsavat”ın yeni rəqibi meydana gələ bilər.
Vurğulamaq lazımdır ki, bir müddət öncə, radikal düşərgədə yeni formatda birliyin yaradılması istiqamətində spekulyativ oyunlar başlamışdı. Amma o zaman AXCP funksionerləri radikal düşərgənin sərhədlərinin öz partiyaları və qondarma “Milli şura” ilə məhdudlaşdığını söyləməklə həmin birlikdə təmsil olunmaq niyyətində olmadıqlarını önə sürdülər. Müsavat Partiyasının isə “gəl mənə birləş” mərəzindən bütün partiyaların xəbərinin olması onu bu birlikdən kənarda qoyub.
Keçirilən “görüşdə” KXCP-nin təmsil olunması da yeni məsələlərin ortaya çıxmasını şərtləndirib. Belə ki, rəsmən qondarma “Milli şura”dan çıxmayan, amma qurumda heç bir fəaliyyət nümayiş etdirməyən KXCP illərdir ki, düşmən olduğu AXCP ilə eyni yolu bölüşməyi düşünmədiyini ortaya qoyur. KXCP sədri Mirmahmud Mirəlioğlu da son müsahibəsində qondarma “şura”nın artıq öz missiyasını başa vurduğunu söyləmişdi və bildirmişdi ki, artıq orada təmsil olunmur: “Hesab edirəm ki, “Milli şura” öz missiyasını bitirib. Mən heç “Milli şura”dan getməmiş də haqqımda nələr deyirlər?! Sadəcə, “Milli şura”nı biz özümüz təsis etmişik. Mən öz təsis etdiyim quruma gedib ərizə ilə müraciət etməliyəm ki, bu qurumdan çıxıram? Ayıbdır, bu qurumu özüm qurmuşam, təsisçinin biri də mənəm. “Milli şura” gündəmin məsələsi deyil”.
Göründüyü kimi, budəfəki “koalisiyanın” ən əsası anti-”Müsavat” və anti-AXCP ruhunda yaradılacağı ilk baxışdan nəzərə çarpır. Həmin partiyaların əsas məqsədi isə seçkidə uğur qazanmaqdan çox düşərgə daxilindəki AXCP ilə “Müsavat”ın istismarından yaxa qurtarmaqdır. Bu mənada yaradılması nəzərdə tutulan birliyi cırtdan partiyaların “özünütəsdiq” birliyi kimi də xarakterizə etmək olar.
Amma bu birlik oyunlarının da hələ seçki başlamamış bitəcəyini proqnozlaşdırmaq mümkündür. Çünki ən azı müxalifət olaraq özünü doğrultmaq, xalqın gözündə siyasi qüvvə kimi özünü təsdiqləmək istəyən partiyalar birmənalı şəkildə yalandan, dövlətçiliyin əleyhinə xaricilərlə işbirliyindən əl çəkməli, mübarizəni siyasi müstəvidə sivil formatda aparmalıdır. Amma təəssüf ki, sivil mübarizə ilə Azərbaycanın radikal müxalifətinin arasında yerlə-göy qədər fərq var. Bu insanlar, elə dərk edirlər ki, tək-tək deyil, hamısı birdən yığılıb ağa qara deməklə qələbə əldə edəcəklər. Əgər bu partiya rəhbərləri eyni təfəkkürə malikdirlərsə, nəinki dövlət, millət, hətta öz partiyasının maraqlarını heçə sayırlarsa, onların birləşməsinin və ya ayrı olmasının fərqi nədir?

Paylaş:
Baxılıb: 1123 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30