Seyran Ohanyan gec-tez daha böyük etiraflar edəcək
29.01.2015 [09:33]
Pərviz Sadayoğlu
Hərbi xuntanın müdafiə naziri işğalçı xislətə malik olduqlarını, tarixi Azərbaycan torpaqlarında məskunlaşdıqlarını, hər zaman xəstə təfəkkür daşıdıqlarını da etiraf etmək məcburiyyətində qalacaq
Xəbər verildiyi kimi, işğalçı Ermənistanda iqtidarı zəbt etmiş hərbi xuntanın müdafiə naziri Seyran Ohanyan İrəvanda keçirdiyi mətbuat konfransında 2014-cü il noyabrın 12-də Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş erməni helikopterinə görə Ermənistan ordusunun bir neçə zabitinin işdən qovulduğunu, bir neçəsinin isə cəzalandırıldığını söyləyib. Ohanyan Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı xidməti istintaq apardığını bildirib. O, daha sonra Ermənistan silahlı qüvvələrinə məxsus həmin helikopterin Azərbaycanın hava məkanını pozduğu üçün vurulduğunu da etiraf edib.
Vurğulamaq lazımdır ki, həmin hadisə ötən ilin noyabr ayında Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində keçirdiyi hərbi təlim çərçivəsində baş vermişdi. Ermənistan ordusunun iki helikopteri qoşunların təmas xəttinə yaxınlaşaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutmuşdu. Azərbaycan ordusunun ayıq-sayıqlığı sayəsində düşmən tərəfin helikopteri vurulmuşdu. Baş verən hadisə Ermənistanda böyük ajiotaj yaratmışdı və terrorçu dövlətin rəhbərliyi bu helikopterin Ermənistana məxsus olmadığını bildirmişdi. Hətta xuntanın başçısı Serj Sarkisyan bu helikopterin separatçı Dağlıq Qarabağ rejiminə aid olduğunu demişdi.
Əslində, Ohanyanın timsalında işğalçı ölkənin bu etirafı bir sıra mühüm mətləblərdən xəbər verir. Ermənistan rəhbərliyinin təcavüzkar siyasəti, Azərbaycan xalqına və ərazi bütövlüyümüzə qarşı etdiyi qəsdlər birmənalı şəkildə bumeranq effekti verməkdədir. Yəni, xarici havadarlarının köməyi ilə Azərbaycanın ərazi bütövlüyünü pozan, 20 faiz torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu addımı ilə hazırki çöküşünün əsasını qoyub. Bölgədə aparıcı iqtisadi və qlobal miqyaslı layihələrin təşəbbüskarı olan Azərbaycanın qətiyyəti sayəsində işğalçı ölkə bu layihələrdən kənarda qalıb. Bu gün ermənilərin düşdükləri ağır iqtisadi-sosial durum məhz yürütdükləri terror siyasəti sayəsində “özlərinə qazdıqları quyunun” nəticəsidir.
Ermənistanın işğalçı simasını növbəti dəfə etiraf edən Ohanyan qarşıdakı zamanda hələ bir çox mətləbləri etiraf etməlidir. Bir dövlət olaraq yoxa çıxmaq üzrə olan bu ölkənin ən böyük səhvi məhz Qarabağı işğal etmək oldu. İstər Sarkisyan, istər Ohanyan, istərsə də digər terrorçular bunu mütləq şəkildə etiraf etməlidir. Onlar bütün dünyanın qarşısında bildirməlidirlər ki, həqiqətən də bölgədə sülhə, inkişafa ən böyük maneə məhz Ermənistandır. Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamaqla isə getdikləri qaranlıq yolda dalana dirəniblər. Azərbaycan dövlətinin inkişafını, müasir, yeni silahlarla silahlanmış, peşəkar ordumuzun hər an öz torpaqlarını işğaldan azad etmək iqtidarında olduğunu yaxşı dərk edən Ohanyan və onun rəhbərləri separatizmi dəstəkləməklə heç nəyə nail olmadıqlarını real olaraq görürlər. Bu gün dünyada işğalçı, terrorçu imici ilə tanınan, dövlət olaraq uçurumun bir addımlığında dayanan Ermənistanın son nəfəsini verdiyi, insanların bu ölkədən qaçdıqları, siyasi böhranın get-gedə daha da dərinləşməsi əsl reallıqdır.
Seyran Ohanyan etiraf etməlidir ki, ermənilər ümumiyyətlə, bu regionda son iki yüzillikdə məskunlaşmış bir icmadır. Qafqazın aborigen sakinləri olmayan, hər zaman “gəlmə” olduqlarını gizlətməyə çalışsalar da gizlədə bilməyən, tarixi Azərbaycan torpaqlarını “özününküləşdirməyə” çalışsalar da buna nail ola, Göyçəni, Zəngəzuru, İrəvanı “erməniləşdirmək” xülyasını həyata keçirə bilməyən ermənilərin dövlət qurmaq və bu dövləti yaşatmaq iqtidarına malik bir xalq olmadığı hər kəsə, o cümlədən də, Ohanyanın özünə yaxşı məlumdur. Dövlət adına yaratdıqları hərbi xuntada, antidemokratik icmada baş verənlər buna əsl sübutdur. Bu gün bir qrup terrorçunun “dövlət”, “iqtidar” adlandırdığı hərbi rejim də öz sonunun yetişdiyini görür. Sosial geriliyin artıq bəlaya çevrildiyi, insanların tərk etdiyi, fərqli fikrin boğulduğu, qanunsuzluqların cövlan etdiyi Ermənistan son nəfəsini vermək üzrə olan xəstəni xatırladır desək, yanılmarıq...
Amma bu gün bütün dünyada regionun ən inkişaf etmiş dövləti olaraq tanınan, tolerantlıq nümunəsi sayılan, insan hüquq və azadlıqlarının qorunduğu “sabitlik adası” kimi xarakterizə edilən Azərbaycan dövlətinin yürütdüyü düzgün siyasi xətt Dağlıq Qarabağ danışıqlarında mühüm üstünlüklər əldə etməyimizi şərtləndirib. Cəbhə xəttində ermənilərin təxribatlarının qarşısı uğurla alınır, Silahlı Qüvvələrimiz erməni terrorçu birliklərin arzularını gözündə qoyur. Bütün bunlar isə Azərbaycanın öz torpaqlarını azad edəcəyi günün çox da uzaqda olmadığını hər kəsə nümayiş etdirir. Elə “etirafçı” Seyran Ohanyanın özünə də....
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39