Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənipərəst dairələrin oyuncağına çevrilmiş qondarma “Milli şura” növbəti dəfə xarici sifarişlər əsasında “səhnəyə çıxır”

Ermənipərəst dairələrin oyuncağına çevrilmiş qondarma “Milli şura” növbəti dəfə xarici sifarişlər əsasında “səhnəyə çıxır”

11.03.2015 [09:17]

Pərviz Sadayoğlu

Xəyanəti özünə peşə seçən radikal düşərgə təmsilçiləri xarici anti-azərbaycançı mərkəzlərin etimadını doğrultmaq üçün bütün yollara baş vururlar
Azərbaycanın radikal müxalifətinin, o cümlədən, anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan qondarma “Milli şura” kimi “təşkilatlar”ın fəaliyyətinin hər bir epizodu Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Azərbaycanın milli maraqlarının əksinə mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək bu qüvvələrin “proqramlaşdırılmış konsepsiyalarıdır”. Bu baxımdan həmin qüvvələrin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olmasında qeyri-adi hal yoxdur.
Belə ki, anti-Azərbaycan dairələrin sifarişi, diktəsi ilə “aktiv siyasi fazaya qədəm qoyan” “Milli şura” adlı xəyanətkar dəstə martın 15-də yenidən öz “ənənəvi mübarizə metoduna” əl ataraq mitinq şousu təqdim etməyə çalışacaq. Budəfəki “mitinq şousu”nun da əvvəlkinin acı təkrarına çevriləcəyi indidən bəllidir və Əli Kərimli-Cəmil Həsənov tandeminin mitinq adı altında növbəti fiaskolarını yaşayacaqları şübhə doğurmur.
Yeri gəlmişkən, qondarma şuranın mitinq “arzusu” ilə bağlı KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bildirib ki, “Milli şura” xaricdən verilən sifarişlə mitinq təyin edib”. Millət vəkili bildirib ki, “Milli şura”nın hansısa mitinq keçirməsi absurddur: “Hesab edirəm ki, “Milli şura” adlı qurum yoxdur. Vaxtilə bütün partiyalar “Milli şura”nın yararsız bir qurum olduğunu görüb, oranı tərk etdilər. İndiyə qədər də bu təşkilatın heç bir fəaliyyəti olmayıb. Onların mitinq təyin etməsi, xaricdən verilən sifarişlərin nəticəsidir. Çox yaxşı bilirlər ki, ətraflarında sosial baza, elektorat da yoxdur. Onların meydana insan toplaması mümkün olan məsələ deyil”.
Millət vəkili həm də qeyd edib ki, “Milli şura” ölmüş bir təşkilatdır, indi guya özünü diriltməyə çalışır. S.Novruzovun fikrincə, “Milli şura” dirilməyə çalışdığı üçün mitinq keçirmək istəyir: “Buna görə də, belə bir təşkilatın mitinqində heç kim iştirak etməyəcək”.
Ümumiyyətlə, artıq bir neçə ildir ki, dünyanı öz ağuşuna alan iqtisadi böhran bir sıra dünya ölkələrinə sarsıdıcı zərbə vurmaqdadır. Dayanıqlı iqtisadiyyata malik Azərbaycan dövləti isə bu böhrandan maksimum az itki ilə çıxmış azsaylı dövlətlərdəndir ki, bunun da arxasında Prezident İlham Əliyevin yürütdüyü düzgün iqtisadi siyasət dayanır. Amma bir sıra antimilli mərkəzlər Azərbaycanın bu uğurundan böyük narahatlıqlar keçirir. Ona görə də həmin dairələr radikal düşərgədəki əlaltılarını-qondarma “Milli şura”nın timsalında “səhnəyə” çıxarırlar. Elə heç bir zərurət olmadığı halda, düşərgə təmsilçilərinin hansı məqsədlə “meydana sürüldükləri” ilk baxışdan ortaya çıxır.
Bundan başqa, qondarma qurumun bu sevdası həm də son dövrlər AXCP-nin üzərində dolaşan “qara buludları” dağıtmağa hesablanıb desək, yanılmarıq. Bir müddət öncə Razi Nurullayevin Əli Kərimli ilə bağlı bir sıra həqiqətləri dilə gətirməsi AXCP sədrini çıxılmaz vəziyyətə salıb. Parlament seçkiləri öncəsi radikal düşərgə daxilindəki yarış marafonunda geridə qalmağa məhkum olan Ə.Kərimli məhz qondarma şuranın adından istifadə edərək “dividend” qazanmaq arzusuna düşüb. Amma AXCP sədri düşünmür ki, cəmiyyət daxilində “Milli şura” da satqınlığı, xəyanəti, milli maraqlara zidd mövqe tutmağı özünə peşə seçmiş buqələmun təşkilat kimi qəbul edilir. Bu mənada, Ə.Kərimlinin bu çırpıntısının bir işə yaramayacağı indidən bəllidir.
Vurğulamaq lazımdır ki, “Milli şura”nın, daha doğrusu bu qondarma qurumu əlində oyuncağa, özünün siyasi oyunlarının istifadəçisinə çevirmiş Əli Kərimlinin “mitinq şousu” arzusunun fiaskoya uğrayacağı radikal düşərgənin digər təmsilçiləri tərəfindən də bildirilir. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu Ə.Kərimlinin mitinqlə bağlı müraciətini populizm adlandırıb. Onun sözlərinə görə, “Milli şura”nın keçirəcəyi aksiya sosial sifariş deyil və bu səbəbdən də mitinqdə az sayda insan iştirak edəcək. ADP sədri “Milli şura”nın mitinq keçirməklə özünün varlığını sübuta yetirməyə çalışdığı qənaətindədir: “Bu, əslində özünün mövcudluğu üzərində bir mübarizədir. Müxalifətdə birincilik uğrunda mübarizə ola bilməz. Hansı keyfiyyətə görə deyilə bilər ki, mən birinciyəm, sizdən öndəyəm? “Mənim 10 min üzvüm var” deməklə deyil. Hesab edirəm ki, “Milli şura”nın mitinqinə maksimum 1500 nəfər qatılacaq”.
Göründüyü kimi, 20 ildən çox bir müddətdə heç bir uğura nail ola bilməyən və bundan sonra da nail ola bilməyəcək radikal müxalifətin autsayderi sayılan, antimilli ünsürlərin cəmi kimi xarakterizə olunan “Milli şura” yenə də ermənipərəstlərin verəcəyi “yağ-çörəyə” göz tikib. Bu isə onu deməyə əsas verir ki, “fəaliyyət”i yalnız öz nəzarətindəki qəzet səhifələrində işıqlandırılmaqdan ibarət olan radikal müxalifət düşərgəsi, o cümlədən, qondarma “Milli şura”nın siyasi müstəvidə “canlanmaq” üçün əl atdığı bu mitinq taktikası həm də onların “biznes taktikasıdır”. Satacaqları “məhsul” isə yalnız 3-5 nəfərlik qrupları ola bilər ki, bu da onların iflasını labüdləşdirir.

Paylaş:
Baxılıb: 1140 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30