Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Beşinci kolon” yenə iş başında

“Beşinci kolon” yenə iş başında

19.05.2015 [09:32]

Mübariz Abdullayev

Xaricdəki ermənipərəst dairələrin birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı start verdikləri layihələrdə “sapı özümüzdən olan baltalar” da can-başla iştirak edirlər
Son illərdə Azərbaycanın bütün sahələrdə yüksək inkişaf göstəricilərinə imza atması və özünü dünyaya qlobal əməkdaşlığa sanballı töhfələr vermək əzminə malik ölkə kimi təqdim etməsi dostlarımızı sevindirdiyi kimi, xalqımızın, dövlətimizin bədxahlarının da, necə deyərlər, yuxusunu ərşə çəkib. Onlar Azərbaycanın uğurlarına, getdikcə daha da möhkəmlənən beynəlxalq nüfuzuna xələl gətirmək üçün müxtəlif vasitələrə əl atırlar.
Azərbaycana qarşı şər üçbucağı
Dünyada nümunəvi inkişaf modeli ilə fərqlənən Azərbaycanla bağlı pozitiv məqamlardan bərk narahatlıq keçirən bədxahlarımız ölkəmizə qarşı şər üçbucağı formalaşdırıblar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Xaricdəki erməni lobbi təşkilatları, onlarla bu və ya digər formada əlaqəli olan antimilli mərkəzlər bu şər üçbucağının aktiv tərəflərini təşkil edirlər. Açıq demək lazımdır ki, bu gün ABŞ-dakı müəyyən dairələr, ayrı-ayrı Avropa ölkələrində təşkilatlanmağa müvəffəq olan islamofob qüvvələr qərəzli sifarişlər yerinə yetirərək Azərbaycan əleyhinə məkrli ssenarilərdə yer alırlar. Artıq “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational”, “Demokratiyaya Milli Dəstək Fondu” (National Endowment for Democracy - NED) kimi təşkilatların daim milli maraqlardan çıxış edən Azərbaycan dövlətinə qarşı təzyiq aləti rolunda çıxış etdikləri heç kəsdə şübhə doğurmur. Sözügedən “beynəlxalq” təşkilatların Azərbaycanla bağlı reallığı əks etdirməyən sifarişli “hesabatlar” hazırlamaları, müxtəlif qərəzli kampaniyalar aparmaları bir növ ənənə halını alıb. Məsələn, NED-in vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə bəzi mənbələrdən milyonlarla dollar vəsait ötürülməsi barədə dəfələrlə məlumatlar yayılıb.
Bir qədər bundan əvvəl anonsu verilən layihə işə düşüb
O da xarakterik haldır ki, Azərbaycanın milli maraqlarına xələl gətirməyi hədəf seçən şər üçbucağının təmsilçiləri ölkəmizdə keçirilən əlamətdar tədbirlər ərəfəsində, xüsusilə, fəallaşırlar. “Eurovision-2012” mahnı müsabiqəsi zamanı olduğu kimi, sözügedən qüvvələr ölkəmizin cari ilin iyununda ev sahibliyi edəcəyi birinci Avropa Oyunları ərəfəsində də bir növ özlərinə yer tapa bilmirlər. Onlar öz ənənələrinə sadiq qalaraq ölkəmizə qarşı “qara piar” təbliğatını daha da gücləndiriblər. Belə ki, bu günlərdə “Human Rights Watch”, “Freedom House”, NED kimi təşkilatlar vasitəsilə Azərbaycanla bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya və şantaj xarakterli məlumatlar artan xətt üzrə dövriyyəyə buraxılır.
Anti-azərbaycançı mərkəzlər birinci Avropa Oyunlarına sayılı günlər qaldığı bir vaxtda, həmçinin, bir qədər bundan əvvəl “APA Analitik Mərkəzi”nin araşdırma yazısında anonsu verilən ölkəmizə qarşı yeni layihəyə də start veriblər. NED-in moderatorluğu ilə qarşıdakı 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait də ayrılıb. NED-in təşkilatçılığı ilə bu günlərdə Vaşinqtonda keçirilən “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” tədbiri ilə layihənin əsası qoyulub. Oxşar tədbir “CEEBank watch Network”, “Anti-TAP”, “Platform” kimi təşkilatların iştirakı ilə Brüsseldə düzənlənib. Bunun ardınca isə haradan peyda olunduğu bilinməyən “Sport for rights” Avropa Parlamentində “Bakı Oyunları. İnsan haqları uğrunda mübarizə” mövzusunda tədbir keçirib.
Məsələ burasındadır ki, haqqında bəhs olunan tədbirlərin, guya, birinci Avropa Oyunları ilə bağlı təşkil olunduğu bildirilsə də, müzakirə olunan mövzular tamam başqa mətləblərdən xəbər verir.
Azərbaycana qarşı şər üçbucağında “beşinci kolon” təmsilçiləri xüsusi fəallıq göstərirlər
Xaricdəki erməni lobbi təşkilatları və onların ruporu rolunda çıxış edən “beynəlxalq” qurumlar ölkəmizlə bağlı qərəzli niyyətlərini reallaşdırmaq məqsədilə bir qayda olaraq ənənəvi metoddan - “beşinci kolon”un xidmətlərindən bəhrələnirlər. Azərbaycandakı radikal müxalifət düşərgəsində cəmləşən və cəmiyyətdə heç bir sosial dayağı olmayan qüvvələr ölkəmizə qarşı formalaşan şər üçbucağının tərəflərindən biri rolunu oynayırlar. Onlar aldıqları ianələr və qrantlar müqabilində məlum antimilli mərkəzlərin yerli “dayaqları” qismində çıxış edirlər.
Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı yönələn “qara piar”da da “beşinci kolon” təmsilçilərinə böyük “etimad” göstərilib. Azərbaycanın bədxahları ölkəmizə qarşı çirkin niyyətlərini məhz radikalların yaxından iştirakı ilə həyata keçirmək niyyətindədirlər. Bunu yuxarıda bəhs etdiyimiz tədbirdə “sapı özümüzdən olan baltalar”ın fəal iştirakı bir daha təsdiqləyir. Belə ki, Vaşinqtonda keçirilən tədbirdə Emin Milli və Kənan Əliyev Azərbaycan əleyhinə yönələn məruzələrlə çıxış ediblər. Brüsseldəki tədbiri isə yenə də Emin Milli ilə İdrak Abbasov və Arzu Qeybullayeva “şərəfləndiriblər”. Avropa Parlamentində düzənlənən tədbirdə isə “Sülh və demokratiya institutu”nun rəhbəri Leyla Yunusovanın qızı Dinarə Yunusova dil-ağıza qoymayıb. “Sapı özümüzdən olan baltalar”ın birinci Avropa Oyunları ərəfəsində xaricdəki antimilli mərkəzlərin ölkəmizə qarşı qərəzli layihələrində fəal şəkildə yer almaları ən azından ikrah hissi doğurur.
Azərbaycana və birinci Avropa Oyunlarına qarşı aparılan “qara piar” cəmiyyətdə etirazlar doğurur
Birinci Avropa Oyunlarına sayılı günlər qaldığı bir ərəfədə ölkəmizə qarşı “qara piar”ın daha geniş vüsət alması Azərbaycan cəmiyyətində haqlı qınaqlarla qarşılanıb. Ölkə ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ayrı-ayrı “beynəlxalq” təşkilatların və “sapı özümüzdən olan baltalar”ın ölkəmizi və birinci Avropa Oyunlarını gözdənsalma kampaniyasını kəskin şəkildə pisləyirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı daha da genişlənən “qara piar” təbliğatına münasibət ifadə edərək deyib: “Birinci Avropa Oyunları Azərbaycanın böyük uğurudur. Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya isə siyasi qısqanclıqdan irəli gəlir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1116 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31