Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Vətənpərvərlik hissi Rüstəm İbrahimbəyova yaddır

Vətənpərvərlik hissi Rüstəm İbrahimbəyova yaddır

16.04.2013 [14:02]

Nardar Bayramlı

Əgər belə olmasaydı, o, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bəyan edərdi
Azərbaycan cəmiyyəti hər seçkilər ərəfəsində müxalifətçilərin yeni adlar altında təşkilatlar yaratmasının şahidi olur. Həmin təşkilatların isə seçkidən qısa müddət sonra dağılması ənənəvi hal alıb və dəyişməz reallığa çevrilib. “Ziyalılar forumu” deyilən qrupda birləşən bir neçə nəfərin yaratdığı “El” və “Milli Şura” adlı qondarma qurumlar da belələrindəndir. Amma hadisələr göstərir ki, hər iki təşkilat ölü doğulub və onların qarşıdan gələn seçkilərədək fəaliyyətdə olacağı şübhə doğurur. Yəni, bu qurumların dağılması seçkilərdən sonra deyil, əvvəl baş verəcək.
Əslində, bu təşkilatların ideya müəlliflərinin və yaradıcılarının kimlər olduğuna diqqət yetirmək həmin qurumların taleyinə aydınlıq gətirmək üçün kifayətdir. Belə ki, bunlardan biri vergi qaçaqçısı Rüstəm İbrahimbəyov, digəri isə reneqat Eldar Namazovdur. Bu şəxslərin milli maraqlarımıza zidd fəaliyyətləri də ictimaiyyətə yaxşı məlumdur. Onların müəyyən dairələrin təsiri altında olması da heç kəsə sirr deyil.
Məlum olduğu kimi, son vaxtlar kinorejissor Rüstəm İbrahimbəyov vergi qaçaqçılığı səbəbindən ölkəmizə gələ bilmir. Əvəzində isə o, ermənipərəst mövqeyini daha da gücləndirib. İbrahimbəyov bu yaxınlarda Rusiya KİV-lərinə verdiyi müsahibədə Qarabağın hansı xalqa-azərbaycanlılara, yoxsa ermənilərə məxsusluğunun müzakirə mövzusu olduğunu deyib. Yəni, o bu torpağın əzəldən Azərbaycan xalqına məxsus olduğunu deməyib və bununla da, bir daha ermənilərə olan sevgisini biruzə verib. Ona görə də, R.İbrahimbəyov Azərbaycan cəmiyyətində növbəti dəfə qınağa tuş gəlib.
İş burasındadır ki, kinorejissor insanların bu qınağından nəticə çıxarmaq əvəzinə hələ cəmiyyətimizi borclu çıxarmağa çalışıb. Guya həmin müsahibəsində o, Azərbaycanın maraqlarına uyğun olmayan fikirlər səsləndirməyib, bu tənqidlər sifarişlidir və s. Həmin müsahibədəki fikirlərinə aydınlıq gətirməyə çalışan R.İbrahimbəyov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, amma Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirmir. Onun bu mövqeyi eynilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk qrupunun həmsədrlərinin mövqeyi ilə üst-üstə düşür. İş burasındadır ki, həmsədrlər ayrı-ayrı ölkələrin təmsilçiləri, İbrahimbəyov isə azərbaycanlıdır. Özünə qarşı tənqidləri əsassız hesab edən R.İbrahimbəyovun həmin müsahibə ilə bağlı bir suala cavab verməsini istərdik: Siz Qarabağı əzəli, tarixi Azərbaycan torpağı hesab edirsizmi? Əgər o, iddia etdiyi kimi vətənini sevirsə, bu suala vicdanla cavab versin.
Əslində isə kinorejissor indiyə qədərki fəaliyyəti ilə bu suala obyektiv cavab verməyəcəyini sübut edir. Məsələn, R.İbrahimbəyovun zəbt etdiyi torpaqlar əlindən alındıqdan sonra o, dönüb müxalifətçi oldu. Eyni zamanda, onun Şəhidlər Xiyabanının yaxınlığında restoran tikmək istəyinin qarşısının alınması da kinorejissorun müxalifət düşərgəsinə keçməsinə səbəb olan əsas amillərdən biridir. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əbədi uyuduğu Şəhidlər Xiyabanı yaxınlığında əyləncə mərkəzi tikmək niyyətini də ləyaqət və məsuliyyət hissi ilə əsaslandırmaq olmaz. Ən sadəlövh məntiqlə belə bunu vətənpərvərliklə izah etmək mümkün deyil. Amma Rüstəm İbrahimbəyov üçün bunun izaha heç bir ehtiyacı yoxdur. Çünki onun üçün əsas olan maddi gəlir əldə etməkdir. 70 yaşını ötəndən sonra belə tamahının əsirliyindən qurtulmaqda aciz qalan İbrahimbəyov bu yolda lazım gələrsə, ermənilərlə işbirliyi qurar, lazım gələrsə də xarici iş adamlarından pul alıb, onlara Şəhidlər Xiyabanı ərazisində ortaq əyləncə mərkəzi açmaq sözü verər, bu məkrli niyyəti baş tutmayanda isə pulu qaytarmaqdan imtina edib, onları mənimsəyə də bilər. Rüstəm İbrahimbəyov üçün deyəsən, “ziyalılıq”, “vətənpərvərlik” bundan ibarətdir.
Üstəlik, Azərbaycan Kinematoqrafiya İttifaqının vergidən yayınması haqda təkzibolunmaz faktların ortaya çıxması isə R.İbrahimbəyovu ölkədən qaçaq salıb. O, bu vergiləri ödəmək, qanun qarşısında cavab vermək qorxusundan ölkəmizə gəlmək istəmir. Belə olan halda, ondan hər hansı vətənpərvəlik gözləmək mümkün deyil.

Paylaş:
Baxılıb: 1370 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30