Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qanunlara və milli maraqlara zidd fəaliyyət göstərənlər kimliyindən və qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaq

Qanunlara və milli maraqlara zidd fəaliyyət göstərənlər kimliyindən və qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaq

13.11.2015 [10:14]

Nurlan Qələndərli

Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq
Azərbaycan sürətli iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik avanqard ölkə kimi səciyyələndirilir. Hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb və bu, bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, davamlı iqtisadi inkişafa nail olmaq və hədəflənən nəticələrə çatmaq üçün konkret tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.
Sadalananlarla yanaşı, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, dinamik inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Buna paralel olaraq Azərbaycan dinamik inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
Hüququn aliliyinə və milli maraqlara qarşı yönəlmiş fəaliyyət yolverilməzdir
Amma təəssüflər olsun ki, ölkəmizdə ictimai asayişə, sosial-iqtisadi münasibətlər sisteminə, cəmiyyətin funksionallığına və milli maraqlara zidd olan bəzi neqativ proseslərə də rast gəlinir. Ölkədaxili bəzi subyektlər və qurumların öz vəzifə, status və resurslarından sui-istifadə etmələri fonunda yaranan neqativ hallar xüsusi vurğulanmalıdır. Xüsusilə də, ölkə daxilində bəzi şəxs və qruplar tərəfindən iqtisadi maraqlara, sosial münasibətlər sisteminə zidd addımların atılması, hüququn aliliyi və milli maraqları heçə sayan hərəkətlərə yol verilməsi bu qəbildən olan nümunələrdəndir. Qeyd edək ki, son günlərdə ölkəmizdə liberal biznes mühitinin optimallaşdırılması məqsədilə hüquqi-qanunvericilik bazasının möhkəmləndirilməsi ilə paralel surətdə, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrə yol verən, iş adamlarını incidən, onların qarşısında öz korporativ məqsədlərini təmin etmək üçün qeyri-qanuni tələblər irəli sürən yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində müvafiq cəza tədbirləri görülür.
Ümumiyyətlə, ölkənin iqtisadi maraqlarının qorunması, o cümlədən də liberal bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə bərqərar olması, biznes mühitinin yaxşılaşması, sahibkarlığın inkişafına süni əngəllər yaradan neqativ amillərin aradan qaldırılması milli təhlükəsizliyin çox vacib komponenti qismində çıxış edir. Qlobal miqyasda müşahidə edilən proseslərin fonunda yaranan yeni çağırışlar isə məsələnin aktuallığını daha da artırır. Bu baxımdan, son günlərdə respublikamızda iqtisadiyyatın inkişafının təhdid edilməsinə, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulmasına qarşı görülən tədbirlər təqdirəlayiqdir. Ölkədə liberal iqtisadiyyat mexanizminin səmərəli işləməsini təmin etmək üçün hüquqi təminatlar möhkəmləndirilir. Eyni zamanda, müxtəlif dövlət qurumlarının qulluq mövqeyindən sui-istifadə edərək iş adamlarının qarşısında əsassız tələblər qoymaqla onları incidən və fəaliyyətlərinə əngəllər yaradan ayrı-ayrı vəzifəli şəxslərinə qarşı sərt cəza tədbirləri həyata keçirilir.
Əli Abbasov rəhbərlik etdiyi nazirliyin MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb
Yeri gəlmişkən, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşların hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini (RYTN) də cəlb edib. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə Azərbaycan Prezidentinin etimadını doğrultmayıb, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.
Bunlarla yanaşı, ilkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generallar”ı da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyata keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsinə külli miqdarda ziyan dəyib. Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunazidd əməllərdə iştirak etmiş şəxslər barədə cəza tədbirləri həyata keçirilir və gələcəkdə də keçiriləcəkdir.
Müvafiq cəza tədbirləri dövlətin, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq reallaşdırılır
Bütövlükdə, Azərbaycanda iqtisadi inkişafı, vətəndaşların və sahibkarların qanunla qorunan hüquq və mənafelərini öz şəxsi məqsədləri naminə təhdid edən vəzifə sahiblərinə qarşı görülən cəza tədbirləri dövlətin, Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq reallaşdırılır. Prezident İlham Əliyevin ölkədəki bəzi neqativ halların aradan qaldırılması ilə bağlı qətiyyətli siyasi iradə ortaya qoymasından sonra milli təhlükəsizlik nazirinin, eyni zamanda, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən azad olunması, MTN-in və bir sıra digər nazirliklərin ayrı-ayrı vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması bir daha təsdiqləyir ki, ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, o cümlədən sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı sərt mübarizə başlayıb və belə hallara yol verənlər kimliyindən, tutduğu qulluq mövqeyindən asılı olmayaraq cəzalandırılacaqlar.
Ən əsas məqam budur ki, Azərbaycan Prezidenti, ölkə rəhbərliyi korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Paylaş:
Baxılıb: 1492 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30