Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət partiyalarının rəhbərləri öz təşkilatlarını gəlir mənbəyinə çeviriblər

Radikal müxalifət partiyalarının rəhbərləri öz təşkilatlarını gəlir mənbəyinə çeviriblər

05.03.2016 [11:19]

Pərviz Sadayoğlu

Artıq xarici dairələr də bu şəxslərin Azərbaycan siyasi həyatında heç bir rolu və əhəmiyyəti olmadığını bilir
Azərbaycanın radikal müxalifət düşərgəsi əsl “nokaut” vəziyyətinə düşüb. Hətta işbirliyində olduqları xarici ermənipərəst, anti-azərbaycançı dairələr qarşısında belə etimadını tam itirmiş, dağıdıcı təfəkkürə malik lokal qruplaşmalara çevrilmiş radikal müxalifət düşərgəsi yalnız antidemokratik çağırışlarla gündəmə gəlməyə çalışır, düşərgə təmsilçiləri Azərbaycanın dövlət maraqlarını nəzərə almayaraq xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışır və hər addımda yalnız korporativ maraqlarını düşünürlər. Elə bu səbəbdən də milli maraqlara zidd, demokratik dəyərlərə və normalara müvafiq olmayan fəaliyyət nümayiş etdirən, bununla da, sadəcə, hakimiyyət hərisliyində olduğunu ortaya qoyan radikal düşərgə birmənalı şəkildə xalq tərəfindən dəstəklənmir. Yalnız pafosa üstünlük verən, heç bir konsepsiyaya malik olmayan, hər hansı bir məsələ ilə bağlı konkret proqram təqdim edə bilməyən radikal düşərgə bununla da nə qədər fərasətsiz və savadsız olduğunu göstərir. Bir sözlə, Azərbaycan hakimiyyətinin dövlətin inkişafı istiqamətində fəaliyyətini, beynəlxalq arenada qazanılan uğurları qiymətləndirməyən dağıdıcı ünsürlər ölkəmizə qara yaxmaq, böhtan atmaq və reallıqları təhrif etməkdən çəkinmir, hər vəchlə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar.
Bunlarla yanaşı, illərdir ki, kiçik lokal qruplaşma mübarizələrinin meydanına çevrilmiş radikal düşərgənin azsaylı elektorata malik partiyalarının parçalanması isə onların tam tükənməsindən xəbər verir. Öz partiya yoldaşlarına və liderinə xəyanət etmək bahasına AXCP sədrliyini ələ keçirən, illərdir ki, bu təşkilatdan özünün kooperativi və biznes vasitəsi kimi istifadə edən Əli Kərimli də artıq çıxılmaz vəziyyətdədir. Ötən il partiya üzvlərinin keçirdiyi Etimad Qurultayında AXCP-dən qovulan Ə.Kərimli artıq sosial şəbəkələrdə fəaliyyət göstərən kiçik bir qruplaşmanın rəhbəri qismində çıxış etməyə məhkumdur. Bundan başqa, Ə.Kərimlinin hətta öz partiyadaşlarına qarşı apardığı şantaj və təhqir kampaniyaları onun ətrafındakı azsaylı insanların da dağılmasına gətirib çıxarıb.
Təbii ki, bu faktlar bir zamanlar Ə.Kərimlidən istifadə edən xarici dairələrin də diqqətindən yayınmır. Qondarma “Milli şura”nın adı ilə siyasi alverini davam etdirməyə çalışan Ə.Kərimlinin bu “oxu da artıq daşa dəyib”. Yalnız Cəmil Həsənovdan ibarət “şura” layihəsinin qısa zaman ərzində sabun köpüyü kimi əriməsi keçmiş AXCP sədrinin bu planını boşa çıxarıb. Bunun nəticəsidir ki, Ə.Kərimli və onun timsalında antimilli fəaliyyətlə məşğul olan digər radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə hətta Azərbaycan xalqına kin və qisasçılıq hissi ilə yanaşırlar.
Yeri gəlmişkən, radikal müxalifət düşərgəsinin parçalanması və qeyri-funksional bir qruplaşmaya çevrilməsi məsələsinə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da qeyd edib ki, artıq xarici dairələr bu şəxslərin Azərbaycan siyasi həyatında heç bir rolu və əhəmiyyəti olmadığını bilir: “Burada partiya adından danışmaq olmaz. Çünki partiya bir neçə yerə bölünüb. Partiya rəhbərliyinə hər tərəfdən iddialılar var”.
Millət vəkili bildirib ki, xaricdən gələn hər bir şəxs, beynəlxalq təşkilatların nümayəndələri də başa düşürlər ki, artıq bu partiyalarda heç bir islahat getmir, söz azadlığı boğulur, fikir plüralizminə imkan verilmir: “Əgər kimsə hansısa tənqidi fikir söyləyirsə, dərhal partiya sıralarından xaric olunur. Belə olan halda bu cür insanlarla, bu cür antidemokratik və diktatura formasında idarə sistemi yaradan insanlarla hansı söhbətlər aparmaq olar? Onlar, sadəcə olaraq, partiyanı gəlir mənbələrinə çeviriblər. Bu insanlar 5-10 nəfər adamı ətraflarına toplayaraq bu qanunsuz işlərlə məşğuldurlar. Digər partiya üzvləri isə nə idarəçilikdə, nə də digər məsələlərdə iştirak etmirlər”.

Paylaş:
Baxılıb: 1079 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30