Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Azadlıq” qəzetinin növbəti təxribatı və ya özünüifşası

“Azadlıq” qəzetinin növbəti təxribatı və ya özünüifşası

28.10.2016 [10:14]

Pərviz Sadayoğlu

Xarici ölkədə baş verən aksiyada çəkilmiş şəkili “Masallıda etiraz” kimi təqdim edən Əli Kərimlinin mətbu ruporunun oxu daşa dəydi
Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmağı özünün “peşə fəaliyyəti”nə çevirmiş “sapı özümüzdən baltalar”, yəni radikal müxalifət düşərgəsinin təmsilçiləri xidmət etdikləri anti-azərbaycançı dairələrə yarınmaq üçün hər cür yalana, böhtana, şərə əl atırlar. Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizdəki iqtisadi inkişafa, siyasi sabitliyə qarşı aparılan davamlı antitəbliğat kampaniyasının “mühüm tərkib hissəsinə” çevrilən xəyanətkar “beşinci kolon” nümayəndələri canfəşanlığı ilə bəzi hallarda erməniləri belə arxada qoyurlar. Bu işdə isə AXCP və onun mətbu ruporu “Azadlıq” qəzeti xüsusi olaraq seçilirlər. Həm də bəzən “barıt”ını elə qoyurlar ki, tüstüsünə özləri kor olurlar.
Azərbaycan xalqına və dövlətinə qarşı hər zaman xəyanətkar mövqedə dayanmış, xarici ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə məşğul olan AXCP sədri Əli Kərimli və onun mətbu ruporu yenidən öz ampluasındadır. Sosial şəbəkələrdəki saxta profillərinin “süqutu”nun ardından yenidən köhnə metodlara əl atmağa başlayan Əli Kərimli mətbu ruporu olan “Azadlıq” qəzetində növbəti dəfə yalan və böhtanlarını tirajlamağa çalışır. Amma onların budəfəki cəhdləri də özlərini pis vəziyyətdə qoymaqdan başqa heç nəyə yaramayıb.
Yeri gəlmişkən, bu qəzet artıq bir müddətdir ki, çap edilmir. Amma qəzetin internet səhifəsi öz sələfinin xəyanətkar fəaliyyətini var gücü ilə davam etdirir. Bu dəfə isə onların oxu daşa dəyib. Belə ki, “Azadlığ”ın internet səhifəsi əl atdığı təxribatla yenidən özünü ifşa edib. Guya Masallı rayonunda təqaüdlərin verilməsi ilə bağlı problemin yarandığını iddia edən qəzetin internet saytı bu uydurma xəbərə qoyduğu şəkillə bir daha öz kimliyini sübut edib. Daha doğrusu, xarici ölkələrdən birində keçirilən kütləvi aksiyadan olan şəkili “Masallıda etiraz” adı ilə cəmiyyətə sırımağa çalışması istər “Azadlığ”ın və Əli Kərimlinin, istərsə də ermənilərə işləyən digər “beşinci kolon” təmsilçilərinin əsl niyyətlərini ortaya qoymuş olur. Bu yalanın tirajlanmasının ardından isə hər zaman olduğu kimi, AXCP sədri Əli Kərimli sosial şəbəkədə “zühur edərək” “özünə əl qatıb”. Xarici ölkədə baş verən hadisədən çəkilən şəkili Azərbaycana aid etməyə çalışan Ə.Kərimli utanmadan “ənənəvi nitq”ini yayımlayıb. Bir sözlə hər şey ortadadır. Görünən budur ki, “Azadlığ”ın bu gülünc yalanı ilə Əli Kərimlinin böhtan püskürmələri sinxron ardıcıllıqla hazırlanmış planın tərkib hissələridir.
Beləliklə, bu fakt bir daha sübut edir ki, “Azadlıq” ermənipərəst, Azərbaycana qarşı olan dairələrin pulu ilə onlara xidmət göstərən mətbu rupordur. Ermənipərəst dairələrin maliyyələrinin qarşılığında onların bir sıra layihələrində yer alan bu qəzet və onun internet səhifəsi, eləcə də sahibi Əli Kərimli bu cür ucuz şantajlara əl atmaqla, bəzi məqamda yalanları, bəzi məqamda isə açıq xəyanətləri ilə aldığı pulların qarşılığını verir. Ermənipərəst dairələr isə bu qəzetin səhifələrində və portalında yer alan bu cür yalanları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Hətta bəzi materiallarından özləri üçün “fakt” düzəldib dünyaya təqdim edirlər.
Xarici ölkədə çəkilən fotoşəkilin “Masallı” adı altında təqdim olunması bir daha sübut edir ki, istər Əli Kərimli, istərsə də onun nəzarətində olan bu şər-böhtan maşını dünya erməniliyinin danışan dilinə çevrilmək uğrunda mübarizə aparır. “Azadlıq” qarşısına bir məqsəd qoyub: ermənipərəst dairələr və ya ermənilər özlərinə lazım olanları bu “qəzet”in səhifəsindən eşələyib tapa bilsinlər. Bəli, məhz bu gün ermənilər “Azadlığ”ın hər səhifəsində özlərinə lazım olanları tapırlar. Daha dəqiq desək, AXCP sədri Əli Kərimlinin, “Azadlığ”ın apardığı siyasət, göstərdiyi fəaliyyət onların kimliyini ortaya qoyan ən əsas “faktlardır”. Azərbaycanın iqtisadi-siyasi uğurlarına qara yaxan, ölkəmiz haqqında bir kəlmə xoş sözü belə dilə gətirməyən bu əmrə müntəzir qüvvələr hər addımda anti-azərbaycançı dairələrin “qazanını qarışdırmaqda” davam edirlər. Hətta ölkədəki sosial inkişafı, sabitliyi, insan hüquq və azadlıqlarının qorunması yönümündə əldə olunan nailiyyətləri belə gözardı edən “Azadlıq” bu dəfə daha uzağa gedərək xarici ölkələrin şəkillərini ölkəmizə aid etməklə Azərbaycan dövlətçiliyinə qarşı olduğunu növbəti dəfə sübuta yetirir. Azərbaycan haqqında yalan məlumatlar verərək onları xarici ölkələrdən çəkilən fotolarla “bəzəməyin” adı isə birmənalıdır: xəyanət və özünüifşa...

Paylaş:
Baxılıb: 995 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30