Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xədicə İsmayılova keçmiş müttəfiqlərini ifşa edir

Xədicə İsmayılova keçmiş müttəfiqlərini ifşa edir

06.12.2016 [09:45]

Pərviz Sadayoğlu

“Siyasi mühacir” məsələsinin yenidən gündəmə gətirilməsi antimilli ünsürləri çıxılmaz vəziyyətə salıb
Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət düşərgəsinin rəhbərlərinin təmsil olunduqları partiyalardan şəxsi mənfəətləri üçün istifadə etmələri heç kəsə sirr deyil. İllərdir ki, öz fəaliyyətlərini şəxsi mənafeləri çərçivəsində quran dağıdıcı ünsürlər rəhbərlik etdikləri partiyalardan biznes vasitəsi kimi yararlanırlar. Real faktlar əsasında demək olar ki, radikal müxalifət partiyalarının, düşərgəyə yaxın QHT-lərin və media nümayəndələrinin köməyi və verdiyi saxta sənədlər əsasında bir sıra insanlar siyasi mühacir adına yiyələniblər. Radikal düşərgə partiyalarının “üzvü” qismində etiraz aksiyalarında qəsdən başlarını polis dəyənəyinin altına verənlər, yaxalarını cıranlar, barmaqlarını kəsib üz-gözlərini qana boyayanlar özlərini “təzyiqlərə məruz qalmış” kimi göstərir, bunun qarşılığında isə saxta sənədlər əsasında xaricə üz tuturdular. Hətta müəyyən pul müqabilində radikal düşərgə qəzetlərində özləri haqqında “faktlarla”, “sübut” və “şahidlərin ifadələri” ilə fantastik materiallar dərc edənlər də tapılırdı.
Bunun nəticəsidir ki, həmin partiyaların adları zaman-zaman saxta sənəd qalmaqallarında, “siyasi mühacir biznesi”ndə hallanır. Bu mənada Müsavat Partiyası ilə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP xüsusilə “seçilir”. Bu təşkilatların saxta sənədlə xaricə “mühacir” transfer etmələrini elə dağıdıcı düşərgə təmsilçiləri özləri ifşa ediblər. Məsələn, bir müddət öncə Ə.Kərimlinin Leyla Yunusova ilə birləşərək saxta “siyasi məhbus siyahısı” hazırlamasından “qəzəblənən” Xədicə İsmayılova xarici anti-azərbaycançı mərkəzlərin nümayəndələri ilə görüşlərində Arif Hacılının və Əli Kərimlinin bu biznesdən yüksək məbləğdə pul qazandıqlarını önə çəkərək onlara verilən ianələrin kəsilməsini tələb etmişdi. X.İsmayılova keçmiş dostlarının “mühacir biznesi”ni bir daha ifşa etməklə radikal düşərgənin iç üzünü ortaya çıxarmışdı.
Ümumiyyətlə, radikal ünsürlərin bu əməlləri haqda faktlar yetərincədir. Məsələn, Əli Kərimlinin saxta sənəd biznesi ilə məşğul olması AXCP üzvləri tərəfindən də etiraf olunub. Bir müddət öncə partiyadan çıxarılan Şakir Abbasov konkret olaraq saxta sənəd məsələsinin geniş müstəvidə inkişaf etdirildiyini, Əli Kərimlinin bu yolla xeyli pul qazandığını önə çəkmişdi. Ş.Abbasov bildirmişdi ki, Əli Kərimli özünün məhdud çevrəsində “saxta mühacir biznesi”nin şəbəkəsini qurub və hər bir kəs oradan pay alır.
Vaxtilə AXCP üzvu olan, Etimad Qurultayından sonra isə Əli Kərimlinin əməllərini ifşa edən Ehtiram Mehdiyev də bildirmişdi ki, Əli Kərimli partiya vəsiqələrini pulla satmaq və bu kimi bir çox biznes əməllərilə məşğul olur: “Əli Kərimli çirkin əməlləri ilə xalqı yalançı vədlərlə aldadaraq öz mənafeyinə xidmət edir. Çirkli əllərlə təmiz işlər görmək mümkün deyil. Ona görə də partiyada qopmalar sürətlənir və qruplaşmalar yaranır”.
Eləcə də AXCP sədrinin keçmiş müavini, partiyanın Etimad Qurultayı təşkilat komitəsinin sədri olmuş Razi Nurullayev də Əli Kərimlinin “saxta mühacir biznesi” haqqında məlumat vermişdi. Qeyd edilmişdi ki, saxta üzvlüklər ümumiyyətlə AXCP ilə əlaqəsi olmayan şəxslərə verilir və bunun qarşılığında külli miqdarda pul alınır.
Bununla yanaşı, saxta sənədlərlə xaricdə məskunlaşmış “AXCP-çilər” də zaman-zaman özləri-özlərini ifşa edirlər və əldə etdikləri sənədlərin qeyri-leqal olduğunu etiraf edirlər. Hətta bununla bağlı sosial şəbəkələrdə də müxtəlif fotoşəkillər yayılır. Məsələn, bir müddət öncə Əli Kərimlinin məhz 3000 dollar qarşılığında saxta sənəd satması haqqında faktlar açıqlanmışdı.
Keçmiş müttəfiqləri Xədicə İsmayılovanın da “mühacir biznesi” haqda faktları ifşa etməsi isə radikalların işini yenidən çətinə salıb. Anti-azərbaycançı mərkəzlərdən ianələr alan, xəyanətlərinin qarşılığında maddi təminat əldə edən radikal ünsürlər bir daha fakt qarşısında qaldılar. Bu isə göstərir ki, radikal düşərgə təmsilçiləri, “beşinci kolon” nümayəndələri öz şəxsi mənfəətləri üçün vaxtilə dost dediklərinə belə “badalaq” vururlar. Bir-birlərinin bazarına müdaxilə etmələri hər zaman bu cür ifşaetmə kampaniyaları ilə nəticələnir...

Paylaş:
Baxılıb: 902 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30