Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli ölkəmizə qarşı yeni planların icrasına cəlb olunub

Əli Kərimli ölkəmizə qarşı yeni planların icrasına cəlb olunub

18.08.2017 [21:34]

Pərviz Sadayoğlu

AXCP sədri ermənipərəst mərkəzlərin yeni “Milli şura” ideyasının əsas koordinatoru təyin olunub
Maddi təminat qarşılığında xarici anti-azərbaycançı dairələrlə işbirliyinə girən, onların sifarişi ilə dövlətimiz haqqında yalan təbliğat aparmağa çalışan, milli maraqlara düşmən kəsilən və bu kimi əməlləri özünə peşə edən radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Radikal ünsürlərin yeganə amalı ermənipərəst mərkəzlərin pulunu əldə etməkdir.
Qeyd edilməlidir ki, anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən radikal ünsürlər ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasının, yalan təbliğatının bir hissəsinə çevrilməklə milli mənafeni heç saydıqlarını dəfələrlə sübuta yetiriblər. Bu mənada AXCP sədri Əli Kərimli və ətrafındakı dəstə xüsusilə “seçilməkdədir”. Partiyasının sonuncu parçalanmasından sonra sosial şəbəkələrdəki saxta profillərin, “trolların sədri” kimi xarakterizə olunan Ə.Kərimli bu yolla da bir uğur qazana bilmədi, AXCP sədri və ətrafındakılar qısa zaman kəsiyində bir daha özlərini ifşa etdilər. Bunun nəticəsi idi ki, Azərbaycan cəmiyyəti Ə.Kərimli və onun kimi erməni təbliğatının tərkib hissəsinə çevrilənlərə bir daha yerini göstərdi.
Xatırlatmaq yerinə düşər ki, Ə.Kərimli 2013-cü ilin prezident seçkilərindən əvvəl və sonra Rusiyanın qaranlıq siyasi dairələri və bu dairələrin əlaltısı olan “Milyarderlər İttifaqı” tərəfindən yaradılmış “Milli şura”nı öz yedəyinə çevirməklə onun çətiri altına girməyə çalışdı. Vurğulayaq ki, bu satqınlar klubu yaranmamışdan öncə orada illərdir fərqli ünvanların “xidmətlərində dayanan” şəxslərin birləşməsi bu layihənin uğursuzluğu ilə yanaşı, yalnız pul tələsi olduğunu ortaya çıxarmışdı. İllərdir bir-birilərinə qarşı patoloji nifrəti ilə seçilən İsa Qəmbərin, Əli Kərimlinin, o cümlədən radikal düşərgəyə qəbul edilməyən reneqat Eldar Namazovun və AXCP-dən qovulan və sonradan “Milli şura” layihəsinə daxil edilən Cəmil Həsənovun “səmimi” şəkildə bir araya gəlməsinə heç düşərgə təmsilçilərinin özləri də inanmırdılar. Çünki adıçəkilən insanlar zaman-zaman bir-birilərini xəyanətdə ittiham etmiş, o cümlədən maliyyə fırıldaqları ilə gündəmə gəlmişdilər. Bu faktın özü qondarma şuranın yalnız korporativ gəlirləri əldə etmək və xarici ermənipərəst mərkəzlərin sifarişlərinin yerinə yetirilməsi üçün yaradıldığını sübut edir.
Maraqlıdır ki, 2018-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi yenidən ölü şuranı diriltməyə çalışan Ə.Kərimli ermənipərəst dairələrin əmri ilə yeni planlar qurur. Belə ki, əldə olunan məlumatlara görə, Ə.Kərimli “Milli şura”nı yeni versiyada qurmaq niyyətindədir. Erməni lobbisi, eləcə də antimilli ünsürlər qondarma qurumun yeni sifətlərlə doldurulması təklifinin reallaşdırılmasında əsas koordinator kimi məhz AXCP sədri Ə.Kərimlini seçiblər. Onun Ayaz Mütəllibovla, Surət Hüseynovla, Rəhim Qazıyevlə və Abbas Abbasovla razılaşması baş tutarsa, 2018-ci ildə fəaliyyəti dəyişməyən, ancaq sifətlər baxımından fərqli “Milli şura”nın yaradılması nəzərdə tutulur. Məhz bu səbəbdən, Ə.Kərimlinin adı son aylarda rusiyapərəst qüvvələrlə birgə hallandırılır, hətta onun sosial şəbəkələrdəki qrupları zaman-zaman Qərb siyasətini pisləyən statuslar paylaşır, Rusiya ilə yaxın qonşuluq prinsiplərindən fikirlər yazırlar.
Görünən budur ki, Ə.Kərimli yeni maliyyə mənbəyi tapmayınca “Milli şura”dan əl çəkməyəcək. Hətta bu qurumu yaradan digər radikal ünsürlərin belə onun dağıldığını, bu qurumun “çürük qoz”dan fərqlənmədiyini elan etməsi də onu “dayandırmır”...

Paylaş:
Baxılıb: 802 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30