Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal ünsürlərin Mehman Hüseynova “dəstək” kampaniyası onların əsl məqsədlərini üzə çıxardı

Radikal ünsürlərin Mehman Hüseynova “dəstək” kampaniyası onların əsl məqsədlərini üzə çıxardı

09.01.2019 [09:50]

Pərviz Sadayoğlu

Yaxud, Avropada mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulması faktlarını görməzdən gələn bəzi beynədlxalq qurumlar və hüquq müdafiə təşkilatları Azərbaycanda kiçik bir hadisəni qərəzli şəkildə qabardır, ona siyasi rəng verirlər
Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl, prinsipial siyasət həyata keçirir. Demokratik prinsiplərə sədaqət, insan hüquq və azadlıqlarına hörmət ölkəmizdə vətəndaş həmrəyliyinin daha da güclənməsinə yol açır. O da bəllidir ki, Azərbaycanın inkişafı, ildən-ilə güclənməsi, müstəqil xarici siyasət kursu yürütməsi hər zaman antimilli mərkəzləri, anti-azərbaycançı dairələri narahat edir. Odur ki, həmin dairələr zaman-zaman fərqli çirkin kampaniyalarla, yalan təbliğatla gündəmə gəlməyə, ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Bu prosesdə isə 25 ildir müxalifətçilik adı altında radikal və destruktiv fəaliyyətlə məşğul olan antimilli qruplar xüsusi fəallıq göstərir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər.
Yeri gəlmişkən, istər ölkə daxilindəki, istərsə də ölkə xaricindəki satqın qrupların, radikal ünsürlərin əsl siması yenidən Azərbaycan cəmiyyətinə bəlli olub. Bir neçə gündür ki, xarici antimilli mərkəzlərin, ermənipərəst dairələrin ortaya atdığı Mehman Hüseynov şousuna “dəstək” verməklə həmin şəxslər bir daha hansı dairələrə qulluq etdiklərini təsdiqləyirlər. Cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduqlarını göstərir.
Antimilli qruplar və onların xaricdəki havadarları Mehman Hüseynov şousundan Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər
Xatırladaq ki, Mehman Hüseynov 2017-ci il martın 3-də həbs olunub. O, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Vurğulanmalıdır ki, hüququn aliliyinə hər zaman hörmətlə yanaşan Azərbaycan dövlətində bütün vətəndaşlar qanun qarşısında eyni məsuliyyətə malikdirlər. Bu mənada, Mehman Hüseynovun əməli də ölkə qanunları ilə araşdırılmalı və məhz qanunun tələbi ilə məsuliyyəti müəyyənləşdirilməlidir.
Antimilli qruplar və onların xaricdəki havadarları isə bu hadisədən Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatına əsasən, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.
Sorosun maliyyəsi ilə işləyən antimilli ünsürlərin apardıqları kampaniya və irəli sürdükləri iddialar fiksiyadan başqa bir şey deyil
Mehman Hüseynov ətrafında şou yaratmaq istəyənlər onu “jurnalist” kimi qələmə verməyə və ölkəmizə qarşı aparılan çirkin kampaniyanı həm də bu yalan üzərində qurmağa çalışırlar. Amma bu, faktdır ki, Mehman Hüseynov jurnalist deyil. Onu mediaya bağlayan yeganə səbəb isə qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Vurğulayaq ki, qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra M.Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək niyyəti güdülüb. Bu səbəbdən də onun guya “bloger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərilib.
Digər tərəfdən, Mehman Hüseynovun guya “aclıq aksiyası” keçirdiyini iddia edənlərin özləri belə bu yalana inanmırlar. Bəli, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur. Vaxtilə müxalifət düşərgəsini təmsil edən bir sıra şəxslər müxtəlif səbəblərdən bu yola əl atır, aclıq aksiyası keçirdiklərini bəyan edir, bu hadisə media tərəfindən ciddi piar olunurdu. Sonra isə müəyyənləşirdi ki, gündüz aclıq keçirdiklərini bəyan edən şəxslər əslində Çarlz Hayder kimi gizlincə qidalanırlar. Mehman Hüseynovla bağlı isə rəsmi məlumat var və onun hər hansı bir aksiya keçirmədiyi bəyan edilib. Bununla belə, gündəmə gəlmək, ermənipərəst, antimilli mərkəzlərdən pul qoparmaq üçün növbəyə düzülən radikal ünsürlər bu çirkin kampaniyadan əl çəkmək istəmirlər. Hazırda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən antimilli ünsürlərin apardıqları kampaniya və irəli sürdükləri iddialar isə fiksiyadan başqa bir şey deyil.
İnsan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar
Bir məsələyə də toxunmaq lazımdır ki, ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı kampaniya aparan bu şəxslər tərbiyə, əxlaq normalarından uzaq olduqlarını bir daha nümayiş etdirirlər. Bu gün hakimiyyətə, dövlətə qarşı belə çirkin kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlərin tərəfindən araşdırılmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edirlər ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.
Əslində bu kampaniyanın arxasında kimlərin durduğu, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın “uşaqlarının” çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü.
Lakin antimilli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil. Eləcə də Azərbaycan cəmiyyəti antimilli dairələrin əlində oyuncağa çevrilən radikal qaragüruhun ölkəmizə qarşı olanlarla eyni cəbhədə dayandığının növbəti dəfə şahidinə çevrildi.
“Demokratiya müdafiəçiləri” Avropa ölkələrində keçirilən mitinqlərdə insan haqlarının kobud şəkildə pozulması faktlarını susqunluqla qarşılayırlar
Yeri gəlmişkən, Mehman Hüseynovla bağlı süni ajiotaj yaratmaq istəyən xarici antimilli mərkəzlərin, hətta özünü “insan hüquq və azadlıqlarının qoruyucusu” adlandıran bəzi qeyri-hökumət təşkilatlarının yalançı hay-küylərinin ölkəmizə qarşı aparılan çirkin kampaniya olduğunu təsdiqləyən başqa faktlar da mövcuddur. Diqqət etsək görərik ki, ötən ilin ikinci yarısından başlayaraq məhz bir sıra Avropa ölkələrində mühüm kataklizmlər baş verməkdədir. Özlərini “sarı jiletlilər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə aksiyalar keçirirlər. Bu aksiyalarda minlərlər mitinq iştirakçısı polis zorakılığına məruz qalıb, yüzlərlə insan həbs olunub. Eləcə də, yalnız bir faktı diqqətə çatdıraq ki, təkcə Fransada keçirilən aksiyalarda müşahidə olunan polis zorakılığı nəticəsində onlarla insan həyatını itirib, o cümlədən ağır bədən xəsarətləri alıb. Hətta mitinq iştirakçılarının üzərinə qaz bombaları atılıb, mitinq iştirakçılarına qarşı polis itlərindən də istifadə edilib. Bununla yanaşı, istər Fransada, istərsə də digər ölkələrdə keçirilən mitinqlərdə öz vəzifə borclarını yerinə yetirən KİV nümayəndələri də polis zorakılığından “nəsibini” alıb. Bir sözlə, Avropa ölkələrini caynağına alan bu mitinqlər insan hüquq və azadlıqlarının kütləvi pozulmasına dair faktlarla “zəngindir”.
Görəsən, Mehman Hüseynovla bağlı yalanları əlində “bayraq” etməyə çalışan bəzi xarici antimilli mərkəzlər, o cümlədən, hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti BMT nin əlaqədar qurumları Avropada baş verən bu zorakılıq halları, hüquq pozuntulurı, həmçinin jurnalistlərin həbsi ilə bağlı faktlara nə üçün göz yumur, səslərini çıxarmırlar? Amma Azərbaycanda kiçik bir hadisə xüsusi və qərəzli qaydada qabardılır, ona siyasi rəng verilir, əsassız ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur.
Eləcə də, demokratiya və insan haqlarından dayanmadan danışan, həmçininin “xüsusi komanda” şəklində fəallaşan 5-ci kolonun üzvləri - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərlərinin Avropada baş verənləri susqunluqla qarşılaması onların yalnız öz xaricdəki havadarlarının sifarişini yerinə yetirdikləri bir daha təsdiqləyir. Bu, həm də onu göstərir ki, həmin ünsürlər demokratik dəyərləri deyil, aldıqları və alacaqları qrantları düşünürlər.

Paylaş:
Baxılıb: 596 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30