Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb

Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb

22.08.2019 [09:19]

Pərviz Sadayoğlu

AXCP sədrinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
Siyasi riyakarlığı özünə peşə seçmiş radikal müxalifət düşərgəsi addımbaşı siyasi şou düzəltmək və bundan siyasi dividend qazanmaq üçün fürsət axtarışındadır. Radikal ünsürlər hətta xalqın mənəvi dəyərlərinə belə hörmət göstərmir, insanların ağrı-acılarından, hüzn günlərindən də “siyasi piar” üçün istifadə etməyə cəhd göstərirlər.
Yeri gəlmişkən, şəhid pilotumuz Rəşad Atakişiyevin ailəsinin şəhidin dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etməməyə çağırışı və müxalifət düşərgəsinin orada iştirak etməməsini istəməsi, deyəsən, Əli Kərimlinin bununla bağlı hazırladığı planları “suya düşürüb”. Ona görədir ki, AXCP sədri sosial şəbəkədə bütün hikkəsini ortaya qoyaraq bir daha hansı simaya malik olduğunu cəmiyyətə nümayiş etdirib. Bəs görəsən, Əli Kərimli özü düşünürmü ki, hansı səbəblərdən onun belə kütləvi tədbirlərdə iştirakı hətta şəhidin ailəsi tərəfindən də arzu edilmir?
Əvvəla, vurğulamaq lazımdır ki, Ə.Kərimli özü etiraf edib ki, bu dəfn mərasimində iştirak etmək, daha doğrusu, hansısa siyasi şou hazırlamaq üçün qondarma “Milli şura”nın üzvləri ilə bir “toplantı” keçiriblər. Əslində, bu faktın özü bir sıra məsələlərin üzərinə işıq salır. Birincisi, Ə.Kərimlinin xüsusi bir planı yoxdursa, nə üçün dəfn mərasimində iştirakla bağlı “xüsusi iclas” keçirib? Görəsən, indiyə qədər hansı şəhidin dəfni ilə bağlı Əli Kərimli xüsusi bir iclas çağırıb və orada iştirak məsələsini “müzakirə edib”? Bu faktın özü bir daha təsdiqləyir ki, Əli Kərimli və ətrafındakılar bu məsələdən özləri üçün siyasi dividend vasitəsi kimi istifadə etməyi planlaşdırıblar. Yəni hələ dəfn mərasimi başlamamış Əli Kərimlinin “siyasi şou”su başlayıbmış.
İkinci bir tərəfdən, nəzərə alsaq ki, şəhid pilotumuzun ailəsi Əli Kərimlinin hansı xislətə malik olduğunu yaxşı bilir və onun bu məsələdən hansı məqsədlər üçün istifadə edəcəyini proqnozlaşdırır, şəhidin ailəsinin bu qərarı təbii qarşılanmalıdır. Hətta şəhid ailəsinin qərarına belə hörmətlə yanaşmağı bacarmayan Əli Kərimli məsələni mümkün qədər siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışır. Bu isə adını siyasətçi qoymuş birisinin hansı dərəcədə cılızlaşdığını bariz şəkildə ortaya qoyur, eyni zamanda Əli Kərimlinin şəhidlərə münasibətdə qeyri-səmimi olduğunu bir daha təsdiqləyir. Hətta 2016-cı ilin aprel döyüşləri zamanı bütün xalq tarixi qələbə əhval-ruhiyyəsində olduğu halda, Əli Kərimli məsələnin mahiyyətini təhrif edir, ordumuza qarşı kampaniya təşkil etməyə çalışırdı. Həmin hadisələrlə bağlı dəfn mərasiminə belə başının dəstəsi ilə gələn Ə.Kərimli bütün yol boyu müxtəlif KİV-lərə müsahibələr verirdi. Görəsən, dəfn, yas mərasimində iştirak edən şəxs belə cılız hərəkətlərə yol verirsə, onun orada olması həmin şəhidin ailəsi tərəfindən arzuolunan ola bilərmi? Təbii ki, xeyr.
Digər tərəfdən, bu gün şəhidin ailəsini ittiham etməyə çalışan Əli Kərimli niyə özünə sual vermir ki, hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri bu mərasimdə görməyi arzulayar? Məhz bu səbəbdəndir ki, mərasim sahibləri Əli Kərimlini dəfn mərasimində görmək istəməyiblər və öz fikirlərini aydın şəkildə ifadə ediblər.
Qeyd edək ki, Əli Kərimlinin bu cür mənəvi məsələləri özü üçün “təbliğat vasitəsi”nə çevirməsi yalnız dəfn mərasimləri ilə məhdudlaşmır. Onun digər kütləvi tədbirlərə münasibəti də eynidir. Bunun ən bariz sübutu artıq illərdir ki, 20 Yanvar faciəsinin ildönümü zamanı Əli Kərimlinin və başının dəstəsinin çıxardığı “oyunlardır”. Belə ki, təhlükəsizliklə bağlı tədbirlərə mane olmaq, şəhidləri ziyarət mərasimini özünün siyasi təbliğat vasitəsinə çevirmək və qarışıqlıq salaraq qarşıdurma yaratmağa cəhd göstərmək istəyən Əli Kərimlinin hər dəfə oxu daşa dəyir. Hüquq-mühafizə orqanlarının təmkinli davranışı, qanuni tələbləri ilə bağlı çağırışları Əli Kərimlinin bütün təxribatlarını “suya düşürür”. Bir sözlə, göründüyü kimi, Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil.
Ən əsası isə Əli Kərimlinin hakimiyyətə və dövlətə qarşı nifrəti elə yüksək səviyyəyə çatıb ki, o, artıq nə etdiyinin və nə dediyinin fərqində deyil. Danışdığı yalanlarla özünü tam ifşa edən, siyasi palitranın tozlanmış keçmişinə çevrilmiş bu radikal düşərgə təmsilçisi xalqın milli dəyərlərini belə özü üçün siyasi təbliğat vasitəsinə çevirməyə çalışır. Əslində isə, Əli Kərimli və onun kimi siyasətbazların bu gün vətənpərvərlikdən danışmağa haqqı çatmır. Şəhidlərin ruhuna hörmət bəsləməyən, dövlətini satan, xəyanət girdabında olan, ermənilərin dəyirmanına su tökən Əli Kərimli bir daha köhnə “şakərindən” əl çəkmədiyini hər kəsə nümayiş etdirir.

Paylaş:
Baxılıb: 439 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30