Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Adətə xilaf çıxmayanlar...

Adətə xilaf çıxmayanlar...

20.06.2013 [00:31]

Pərviz Sadayoğlu

Əli Kərimli yenə də İsa Qəmbərə badalaq gəlmək istəyir...
Başından bəri belə olacağı bəlli idi. Onsuz da geci-tezi birləşmə yaranmamışdan qabaq ayrılma baş verməli idi. Orada təmsil olunan və olunmayanlar da hamısı dərk edirdi ki, bu birlik alınmayacaq. Bilirsiniz niyə?
...Bir gün əqrəb çayın qırağında dayanıb çayı keçmək üçün fikirləşirmiş. Bu vaxtı bir tısbağa üzə-üzə gəlib onun yanında dayanır. Soruşur ki, burda niyə durmusan. Əqrəb cavab verir ki, çayı keçməliyəm, üzə bilmirəm. Tısbağa deyir, gəl min belimə səni çaydan keçirim, amma bir şərtlə ki, məni sancma. Əqrəb and-aman edir ki, sən mənə yaxşılıq edirsən, səni niyə sancmalıyam mən axı?
Tısbağa əqrəbi mindirir belinə çayın yarısına çatanda əqrəb özünü saxlaya bilməyib tısbağanı sancır. Tısbağa soruşur, məni niyə sancdın, əqrəb cavab verir ki, adətimdir...
...Adətkar da olmaq pis əlamətdir. Azərbaycan müxalifəti də bir sıra vərdişlərə adət edib ki, onlardan əl çəkə bilmir. Məsələn, dövlət maraqlarını satmağı, xalqın iradəsinin əleyhinə getməyi, puldan yana bütün yollara əl atmağı nə illah edirlərsə, tərgidə bilmirlər. Bundan başqa, bir-birinə fənd gəlmək, aldatmaq, badalaq atmaq da bu düşərgənin çoxdankı şakəridir.
İndi də Əli Kərimli əlində “qənfet” İsa Qəmbəri aldatmağa çalışır. O günü də çıxıb deyib ki, bəs, mən İsa Qəmbəri ona görə dəstəkləmirəm ki, “Milli şura” ikiyə bölünməsin - bizimkilər və digərləri.
Lap balaca uşaqların “dava-dava” oynayanda bizimkilər və “nemeslər” psixologiyasına söykənən bir arqumentdir. Əgər, bu “bizimkilər” kateqoriyasında təmsil olunanlar bir aydır ki, şuraya qoşulanlardırsa, demək, onlar hələ də “Əli Kərimligilinki” ola bilməyiblər. Yox, Eldar Namazovla Rüstəm İbrahimbəyovu nəzərdə tutursa, deməli, açıq şəkildə bildirir ki, Rüstəmin pullarını alana qədər birlikdə qalacaq, sonrası bəllidir. Hər nə, əlqərəz bu “bizimkilər” özü Əli Kərimlinin qəssab baltası kimi bölücü olmasını qayət gözəl işıqlandıran bir kəlmədir.
Bu məsələnin bir tərəfi... Məsələnin o biri tərəfində daha böyük zaddar durur. Bəs, nooldu, vaxt var idi, Əlişə atam deyirdin?! İndi açıq şəkildə onu dəstəkləməyəcəyini bəyan edirsən. Görəsən, gün hayandan doğub? Əslində, Əli Kərimli bununla Rüstəm İbrahimbəyova nümayiş etdirir ki, qarşında qolubağlı dayanmışam. Yaxşı, bəs, vergi qaçaqçısı olan Rüstəm “tovariş” Azərbaycana qayıtmasa necə olacaq? Onda Əli Kərimli guya İsa Qəmbəri dəstəkləyəcək?
Bəli, kim nə deyir desin, bu adətdən vaz keçmək mümkün deyil. Əli Kərimli boylanıb bir az geriyə baxsa, görər. Görər ki, onların müttəfiqliyinin canı-cəsədi, ömrü-filanı 3-5 ayı ötmür. Elə Əli Kərimlinin özünün təbirincə desək, 2005-ci ildə Müsavat başqanı İsa Qəmbər hamıya atmamışdımı? İndi də, İsa Qəmbəri vurub sıradan çıxarmaq istəyən Eldar Namazov-Əli Kərimli cütlüyü də deyəsən, pulu 2 yerə bölmək istəyirlər. Rus demişkən, “tretiy lişniy”...
Yəni, qısası müxalifətdə elə köhnə hamamdır, köhnə tas. AXCP ilə “Müsavat” arasındakı “atəşkəs” də yenidən pozulub. Hələlik güllələr təkəm-seyrək atılır. Hərdən Əli Kərimli qəzetində İsa Qəmbərin “portretinin” üstünə su çilətdirir. Bir azdan, cəmisi bir neçə gündən sonra- “milsiz şura”da hər şey bəlli olandan sonra o yandan bəri buraxacaqlar arxası işıqlı güllələri. Onda bir birilərində hal qoymayacaqlar, demədiklərini buraxmayacaqlar. Bu söyüşmənin də onların öz dilində adı var: müxalifətdaxili demokratiya...
Hərənin öz yanaşması məsələsi yenə də düşür işə. Yəni, onların fikrincə, demokratiya yalnız qışqırmaq, dava-dalaş və ya söyüşməkdirsə, dünyada belə demokratiya onların özlərindən başqa heç kimə lazım deyil. Çünki qavrama məsələsində problem var. Düşərgə başbilənlərinin qavrama qabiliyyəti 20 ildir ki, ilişib bir dəmirə... Daha nə vaxt xilas olacaqlar, heç özləri də bilmirlər...
P.S. Yeri gəlmişkən, yuxarıda yazdığım əhvalatda tısbağa əqrəbi suda batırır. İndi bu partiyaların içində də kimin kimi batıracağını tarix göstərər...

Paylaş:
Baxılıb: 1155 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31