Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02.12.2020 [09:12]

Pərviz Sadayoğlu

44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə qarşı qaralama kampaniyası aparmağa cəhd göstərən radikal müxalifət yenidən öz simasını ortaya qoymaqdadır. Aktiv döyüşlərin getdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların həmrəylik bəyanatlarına qoşulmayan radikal ünsürlər, eyni zamanda özlərini Fransanın ölkəmizin ərazi bütövlüyünə qarşı olan məlum qərəzli qətnaməsinə qarşı nümayiş etdirilən milli birlikdən də kənarda saxlamaqla hansı məqsədlərə xidmət etdiklərini bir daha açıq şəkildə ortaya qoyurlar. Bu isə həm də onların xaricdən yeni təlimatlar almasının göstəricisidir. Amma belələri bir dönüb öz keçmişlərinə də baxsalar yaxşı olardı. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər yaddan çıxarmamalıdır ki, vaxtilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonlar itirilmişdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, bəzi xarici ermənipərəst qüvvələr və ölkə daxilində onların sifarişlərini yerinə yetirən radikal müxalifət qələbəmizə kölgə salmaq üçün yenidən meydana atılıb. Onun fikrincə, bu gün xarici havadarlarından aldığı sifariş əsasında uğurlarımıza qarşı “qara piar” aparan radikal müxalifət torpaqlarımızın işğaldan azad olunmasına görə cənab Ali Baş Komandana minnətdarlıq etməlidir. Axı bu torpaqlar məhz onların vəzifə hərisliyi ucbatından, o cümlədən səriştəsiz hakimiyyətləri zamanı Ermənistan tərəfindən işğal edilib: “Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda aparılan mübarizənin pik həddə çatması siyasi böhran yaratdı və bu çox ciddi fəsadlara gətirib çıxardı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. O zaman iqtidarda olanlar bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirməyə, ölkəmizdə repressiyalar təşkil etməyə, senzura tətbiq etməyə və digər antidemokratik addımlar atmağa yönəltdi. Nəticədə də torpaqlarımız işğala məruz qaldı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salındı. Məhz onların yaratdığı xaos, siyasi böhran, özbaşınalıq 1993-cü ilin aprelində Kəlbəcərin də ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də bildirib ki, özlərini “lider” hesab edən, xalq-dövlət maraqlarını satanların yenidən ortaya çıxmasının arxasında dayanan maraq Qarabağın işğaldan azad edilməsinə, zəfərimizə kölgə salmağa hesablanmış xəyanət cəhdidir: “Düşünürəm ki, Cəmil Həsənli, Əli Kərimli və bu qəbildən olanlar artıq reallığı görürlər və onların özlərini yenidən siyasi gündəmə gətirmək şansları puça çıxıb. Bunun nəticəsidir ki, radikal ünsürlər yenidən anti-azərbaycançı dairələrdən aldıqları sifarişlər əsasında xalqın, dövlətin əldə etdiyi möhtəşəm qələbəyə ləkə vurmağa çalışırlar. Özünü “vətənpərvər” kimi təqdim edən radikal ünsürlər Fransa Senatının məlum qərəzli qətnaməsinə qarşı siyasi partiyaların birgə bəyanatına nə üçün imza atmadılar? Bəlkə, uzun illər Fransanın erməni lobbisindən aldıqları və bundan sonra da alacaqları qrantlar onların ağzını bağlayır? Bu adamların illərdir Azərbaycan dövlətinin maraqlarına qarşı fəaliyyət göstərən ermənipərəst dairələrlə əməkdaşlıqlarına şübhə yoxdur. Hazırkı məqamda isə həmin əməkdaşlığı davam etdirmək, xüsusilə Qarabağ zəfərimizə qarşı ermənilər qədər düşmən mövqeyi nümayiş etdirmək düşüncəsindədirlər. Onlar sevinib və dizə gələrək təşəkkür etməlidirlər ki, məhz Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində əldə olunan qalibiyyət radikalların səriştəsizliyi nəticəsində 27 il əvvəl uğradığımız satqın, xain məğlubiyyətin bitməsinə yol açdı”.

Paylaş:
Baxılıb: 470 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30