Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...

Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...

02.03.2021 [09:23]

Pərviz Sadayoğlu

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin ardından işğaldan azad olunmuş torpaqların bərpası, eləcə də böyük qayıdış dövlət siyasətimizin mühüm prioritetlərindəndir. Hər zaman Azərbaycanın uğurlarına qarşı qısqanclıqla yanaşan radikal müxalifət isə bu istiqamətdə aparılan səmərəli fəaliyyətə kölgə salmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Məsələn, AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə guya işğaldan azad edilmiş ərazilərlə bağlı prioritetin əhalini məskunlaşdırmaq olmadığı kimi yalan informasiyalar yaymağa çalışır. Bu, bir daha dağıdıcı düşərgə təmsilçilərinin ermənipərəst mərkəzlərin sifarişi ilə hərəkət etdiklərini, revanşist ermənilərlə eyni absurd iddiaları təkrarladıqlarını təsdiqləyir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı məskunlaşmanın təmini ilə bağlı mühüm müddəaların yer aldığını, öz doğma yurdlarına qayıdacaq insanların normal həyatının və təhlükəsizliyinin təmini üçün mühüm hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb: “Radikal müxalifət Azərbaycan dövlətinin uğurlu fəaliyyətini gözdən salmaq üçün çirkin kampaniyalar aparır. Təbii ki, onların niyyətləri fiaskoya uğrayır. Azərbaycan cəmiyyəti onların iç üzünü bilir və bu kimi yalanlarla ictimai rəyi yanıltmaq mümkün deyil. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, radikal müxalifətin bu kampaniyası ermənipərəst mərkəzlərin və Ermənistandakı faşist ideologiyasına xidmət göstərən revanşist qüvvələrin tezisləri ilə eynilik təşkil edir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin 30 ilə yaxındır ki, öz torpaqlarında yaşamaq hüququ əlindən alınmış insanların doğma yurd-yuvalarında təhlükəsiz yaşamasını təmin etməsi bir erməni revanşistlərini, bir də radikal müxalifəti narahat edir”.
Milli Məclisin deputatı Şahin İsmayılov isə bildirib ki, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb. Bu, bir daha həmin ərazilərdə planlı olaraq dayanıqlı məskunlaşmanın və iqtisadi fəallığın təmini istiqamətində görüləcək işlərin qısa zamanda həyata keçiriləcəyini təsdiqləyir: “Erməni vandalizmi nəticəsində həmin ərazilərimiz xarabalığa çevrilib. Bütün kəndlər, infrastruktur dağıdılıb, hətta rayonlarımızda minimal yaşam üçün şərait yoxdur. Hazırda bütün istiqamətlərdə abadlıq işləri aparılır və qısa zamanda bunlar yekunlaşacaq. Digər tərəfdən, ermənilər həmin əraziləri minalayıblar və minalanmış ərazilərin xəritələrini isə Azərbaycana təqdim etməkdən boyun qaçırırlar. İndiki halda dağıdıcı düşərgə təmsilçilərinin bu məsələlərlə bağlı apardığı qarayaxma kampaniyası, qərəzli yanaşması bir daha onların düşmənlə eyni mövqedən çıxış etdiyini təsdiqləyir”.

Paylaş:
Baxılıb: 412 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30