Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Prezident bu gün

Prezident bu gün

01.12.2021 [22:04]

Prezident bu gün

30.11.2005

Rumıniyanın Prezidenti Trayan Baseskuya təbrik məktubu ünvanlayıb.

30.11.2006

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu;

Gürcüstanın Baş naziri Zurab Noğaidelini;

Almaniyanın ölkəmizdəki səfiri Per Stançinanı qəbul edib.

Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvalayıb.

Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi;

YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” konvensiyasının təsdiq edilməsi;

İnzibati xətalar məcəlləsinə əlavə edilməsi;

“Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” protokolun təsdiq edilməsi

Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi;

“Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” birgə bəyanatın təsdiq edilməsi;

Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası hökuməti arasında hava əlaqələri haqqında sazişin təsdiq edilməsi;

“Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin və əməkdaşlığın prinsipləri haqqında” birgə bəyannamənin təsdiq edilməsi;

“Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” konvensiyanın təsdiq edilməsi;

Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi;

“Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid sazişinin protokoluna qoşulmaq;

“BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” konvensiyaya qoşulmaq;

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Qanun;

“İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə Fərman ;

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçiliyin təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair layihə sənədi”nin təsdiq edilməsi;

Hərbi təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında Sərəncam imzalayıb.

30.11.2007

Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik;

Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə başsağlığı məktubu ünvanlayıb.

30.11.2010

ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edib.

Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşüb.

Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.

30.11.2011

Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.

Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar;

Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini;

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

30.11.2012

Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin;

Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin;

Seynt Vinsent və Qrenadinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Senio Elvin Lyuisin

Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jorj Tito de Vaskonselos Kabralın etimadnaməsini qəbul edib.

Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.

Əmək Məcəlləsində;

İnzibati Xətalar Məcəlləsində;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında”

Bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında;

“Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” Sazişin təsdiq edilməsi;

“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin təsdiq edilməsi;

“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi;

“Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi;

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi;

Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi;

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanun;

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında Sərəncam imzalayıb.

30.11.2013

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Trayan Beseskuya;

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana;

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma;

Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu ünvanlayıb.

30.11.2015

Rumıniyanın Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.

30.11.2016

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olublar.

XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanışlıq zamanı “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

Rumıniyanın Prezidenti Klaus İohannisə təbrik;

Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə;

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Vergi Məcəlləsində;

Gömrük Məcəlləsində dəyişikliklər edilməsi;

“Dövlət rüsumu haqqında”;

“Yol hərəkəti haqqında”;

“Büdcə sistemi haqqında”;

“Dövlət rüsumu haqqında”;

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”;

“Məhkəmələr və hakimlər haqqında”;

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununda dəyişikliklər edilməsi barədə Qanun imzalayıb.

“Dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi;

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi;

“Avtomobil nəqliyyatı haqqında” Qanunun tətbiq edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi;

“Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

30.11.2017

Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini;

Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini;

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik məktubu ünvanlayıb.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi;

Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam;

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

30.11.2018

İnzibati Xətalar Məcəlləsində;

Cinayət-Prosessual Məcəlləsində;

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”;

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”;

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun;

Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.

Rumıniyanın Prezidenti Klaus Verner İohannisə;

Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

30.11.2019

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə ziyafətdə iştirak edib.

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə;

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma;

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana  təbrik məktubu ünvanlayıb.

Paylaş:
Baxılıb: 315 dəfə

Müəllifin digər məqalələri:

Prezident bu gün

...

02.12.2021 [10:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30