Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İsa Qəmbərdən “Milli şura”ya hədə

İsa Qəmbərdən “Milli şura”ya hədə

15.07.2013 [13:50]

Mübariz Abdullayev

“Müsavat”ın başqanı ona ünvanlanan “namizədlikdən geri çəkil” mesajlarına cavab olaraq “partiyanın seçkilərə öz namizədi ilə getməklə bağlı mövqeyinin dəyişməsinə lüzum yoxdur” deyir
Radikalların bundan əvvəlki müxtəlif “birlik” formatlarında olduğu kimi, təxminən bir ay öncə bəyan edilən qondarma “Milli şura”da da vahid ideya və ümumi məqsəd naminə həmrəylik nümayiş etdirəcəklərini söyləmək mümkün deyil. Bu da ilk növbədə onunla bağlıdır ki, bu və ya digər partiyalar, qruplar, ayrı-ayrı şəxslər “Milli şura” deyilən quruma hansısa ümumi məqsədlər naminə üz tutmayıblar. Onların “Milli şura” çətiri altına sığınmaları subyektiv amillərlə, daha çox da partiya və şəxsi maraqlarla, digər belə özəl gözləntilərlə bağlıdır.
Bu cəhət qondarma “Milli şura”nın fəaliyyətində elə ilk gündən özünü büruzə verir. Aydın hiss olunur ki, qurum sədr Rüstəm İbrahimbəyovun, eləcə də, AXCP, “Müsavat” kimi partiyaların, “El” hərəkatının təmsilçilərinin sonu görünməyən ambisiyalarının girovuna çevrilib. “Milli şura” adından səsləndirilən hər fikrə dərhal əks maraqlardan çıxış edən partiyaların fərqli, bir-biri ilə qətiyyən uzlaşmayan reaksiyaları sərgilənir, çıxarılan qərarlar istisnasız olaraq tənqid və yaxud rişxənd obyektinə çevrilir.
Qondarma qurumda “vahid namizəd”liklə bağlı yaranan dərin fikir ayrılığı buna misaldır. Artıq bu məsələ ətrafında “Milli şura”da çoxtirəlik yarandığını söyləmək mümkündür. Belə ki, “Milli şura” sədr Rüstəm İbrahimbəyovun timsalında “vahid namizəd”i müəyyənləşdirdiyini bəyan etsə də, “Müsavat”ın başqanı İsa Qəmbər və KXCP-nın sədri Mirmahmud Mirəlioğlu seçkilərə namizəd kimi qatılmaq istəklərindən geri çəkilməyiblər. Bundan əlavə, son günlərdə qurumun təmsilçiləri dövriyyəyə “ehtiyat namizəd” söhbətlərini buraxmaqla və “ehtiyat namizəd”liyə ayrı-ayrı şəxslərin adlarını çəkməklə (məsələn, “Milli şura” üzvü Rəşid Hacılı bu statusda Cəmil Həsənlini gördüyünü yazır-M.A.) radikalların ölkənin həyatında çox ciddi bir hadisəyə çevriləcək seçkilərə qeyri-ciddi münasibətlərini ortaya qoyurlar.
“Müsavat”ın başqanı İsa Qəmbərin səsləndirdiyi fikirlərdən bəlli olur ki, o, sözdə “mən də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirəm” desə də, əslində, seçkilərə namizəd kimi qatılmaq istəyini gerçəkləşdirməkdə israrlıdır. O “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun xaricdən göndərdiyi “digər iddialılar namizədliklərini geri çəkməlidirlər” kimi ultimatum xarakterli mesajının cavabında bildirir ki, “Müsavat” “öz namizədini geri çəkmək” məsələsinə ancaq “Milli şura”nın “vahid namizəd”i Vətənə döndükdən və namizədliyini qeydiyyata aldırdıqdan sonra baxa bilər. İndiki halda İsa Qəmbərin ilk dəfə elə “Milli şura”nın sessiyasında səsləndirdiyi və sonradan “Müsavat” funksionerlərinin dönə-dönə qəti tərzdə təkrarladıqları bu şərtin reallaşması mümkün görünmür. Çünki “Milli şura”nın qiyabi “vahid namizəd”i adlandırılan Rüstəm İbrahimbəyov yol verdiyi iqtisadi xarakterli cinayətlərə görə, məsuliyyətə cəlb olunmaqdan qorxaraq Vətənə dönməsini hər dəfə müxtəlif bəhanələr gətirərək təxirə salır. Bundan başqa, qoca kinodramaturqun Vətənə dönməsi reallaşsa belə, onun namizədliyinin qeydə alınmamasına səbəb ola biləcək bir sıra hüquqi məqamlar var.
Bu deyilənlərdən də bəlli olduğu kimi, qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun Vətənə dönməsi və namizədliyinin qeydə alınması böyük sual altındadır. İsa Qəmbər də namizədlik iddiasından geri cəkilməməkdə məhz Rüstəm İbrahimbəyovun bu “zəif yerinə” istinad edir. “Müsavat”çıların qənaəti belədir ki, Rüstəm İbrahimbəyovun məlum səbəblərdən Vətənə dönməyəcəyi təqdirdə namizədsiz qalan “Milli şura” “hazır namizəd var” deyib bu statusa İsa Qəmbəri dəstəkləyəcək.
“Müsavat”ın bir neçə mərhələ qabağa hesablanan bu planları İsa Qəmbərin və partiyanın rəqibləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Onlar bu planın pozulması üçün artıq fərdi qaydada və “Milli şura” daxilində əks fəaliyyətə start veriblər. Belələrinin sırasında, təbii ki, “Müsavat”ın əzəli və əbədi rəqibi AXCP sədr Əli Kərimli başda olmaqla xüsusi fəallıq nümayiş etdirir. Bu günlərdə AXCP funksionerləri bir-birlərinin ardınca “Milli şura” üzvləri öz namizədlik iddialarından geri çəkilməlidirlər” kimi açıqlamalar səsləndirirlər. AXCP sədrinin müavini Asəf Quliyev isə daha konkret fikir ifadə edərək bildirib ki, “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı halda seçkilərdən imtina olunmalıdır”. İsa Qəmbərə və bütövlükdə “Müsavat”a yönəlik bu qəbildən olan fikirləri, həmçinin, “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazov, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və digərləri səsləndiriblər. Onların mətbuata verdikləri açıqlamalarda belə bir ümumi fikir ifadə olunur: “Milli şura”da “ikinci namizəd”, “ehtiyat namizəd” söhbətləri rədd edilməlidir və Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyi baş tutmazsa, seçkiləri baykot taktikası seçilməlidir”.
Qondarma “Milli şura”da İsa Qəmbərə qarşı AXCP-nin rəhbərliyi ilə açılan “seçkiləri baykot cəbhəsi” Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasının mümkün olmayacağı təqdirdə partiyaları qeyri-qanuni aksiyalara səsləyəcəklərini, müxtəlif təhrikçilik hərəkətlərinə çağırışlar edəcəklərini bildirirlər. Bəri başdan demək mümkündür ki, radikallar fırtınanı ancaq stəkanda qopara bilərlər. Çünki qondarma “Milli şura”ya cəmiyyətdən, ictimaiyyətdən hər hansı bir dəstək yoxdur və gələcəkdə də olmayacaq.
Qondarma “Milli şura”da formalaşan “baykot cəbhəsi”nın təmsilçilərinin səsləndirdikləri ittihamlara hələlik İsa Qəmbər və onun partiyası eyni sərt notlarla cavab verir. İsa Qəmbər özündən “Milli şura”nın seçkilərdə iştirakının təmin olunmasının yeganə təəssübkeşi obrazı yaratmaq istəyir. O israr edir ki, “indiki mərhələdə “Müsavat”ın mövqeyinin dəyişilməsinə heç bir lüzum yoxdur. Çünki “Milli şura”nın seçkidən kənarda qalmasına yol vermək olmaz”. İsa Qəmbər rəqiblərinə və bütövlükdə “Milli şura”ya səslənərək vurgulayır: “Milli şura” seçkilərdə iştirak etmək məqsədilə yaradılıb. Seçkiləri baykot etmək məqsədilə yaranmayıb”.
Göründüyü kimi, qondarma “Milli şura” daxilində “vahid namizəd” məsələsində yaranan fikir ayrılığı antaqonist xarakter daşıyır ki, bu da qondarma qurumu iflasa doğru istiqamətləndirir.

Paylaş:
Baxılıb: 1113 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30