Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət bəzi gəncləri öz bəd əməllərinə alət edir

Radikal müxalifət bəzi gəncləri öz bəd əməllərinə alət edir

18.07.2013 [11:13]

Pərviz Sadayoğlu

Bir qrup gənci pul qarşılığında aldadaraq öz əməllərinin icraçısına çevirən İsa Qəmbər, Əli Kərimli kimiləri məhkəmə qərarlarını siyasiləşdirməyə çalışır...
Xəbər verildiyi kimi, metroya divar kağızı yapışdıran bir neçə gənc-Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı polis tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə həmin gənclər inzibati qaydada 15 sutka müddətində azadlıqdan məhrum edilib. Lakin radikal düşərgə bu hüquqi prosesdən də öz siyasi məqsədi üçün istifadə etməyə çalışır.
Təbii ki, bu kimi hallar, yəni, məhkəmə qərarlarını şübhə altına almaq, bu qərarları siyasiləşdirməyə çalışmaq bu gün radikal müxalifətin əsas peşəsinə çevrilib. Adıçəkilən və ya başqa gəncləri yoldan çıxaran, manqurtlaşdıran, onlardan siyasi kamikadze düzəldən, bəzən isə hətta “Molotov” kokteyli, silah və s. qeyri-qanuni vasitələrlə təmin edənlər onların zombiləşmiş fəaliyyəti üzərində öz naqis planlarını qururlar. Əlbəttə ki, bu qeyri-qanuni əməllərin qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən alınır və belə olan təqdirdə də həmin radikal müxalifət partiyaları, onların rəhbərləri hakimiyyətin üstünə siyasi “səlib yürüşü” təşkil edir, bu məsələləri siyasi müstəviyə transfer etməyə çalışırlar.
Bu mənada bəzi “siyasətbazların” təsiri altına düşərək bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olan gənclərin aqibəti ortadadır. Bu, birmənalıdır ki, anti-azərbaycançı qüvvələrin ölkəmizdəki “canişinliyini” həyata keçirən bəzi radikal müxalifət partiyaları məhz bu yollarla öz maddi “rifahlarını” təmin edirlər. Həmin pulların müəyyən hissəsi qarşılığında isə sonradan adını “gənc fəal”, “siyasi repressiyaların qurbanı” qoyduqları, konkret cinayət əməlinə görə həbs edilən həmin gəncləri və onların qismindəkiləri özlərinin bəd əməllərinin tərkib hissəsinə çevirirlər. Bu gün ənənəvi radikal düşərgə partiyalarının rəhbərləri-İsa Qəmbərin, Əli Kərimlinin özlərinə yaxın insanların vasitəsilə “gənclər təşkilatları” yaradaraq onlardan yararlandığı hər kəsə bəllidir. Yəni, həmin “gənclərə” ayrılan vəsaitlər də qıraq-bucağa yox, elə həmin partiya rəhbərlərinin ətrafındakı yaxın adamlarına çatır. Sadəcə, həmin insanlar hər zaman olduğu kimi “ortada yeyib, qıraqda gəzənlər” statusuna daxildir.
Həmin qeyri-qanuni fəaliyyətin üstü açıldıqda isə bu məsələni cinayət müstəvisindən siyasi müstəviyə transfer etməklə yenə də həmin insanlar öz maraqlarını təmin etməyə çalışırlar. Elə sonuncu hadisədə olduğu kimi, yuxarıda qeyd edilən gənclərin həbs edilmə motivi hər kəsə bəllidir. Amma bəzi partiya rəhbərləri tapılır ki, konkret hüquqi gerçəklərə söykənən həbs qərarını siyasi müstəviyə keçirərək onu başqa cür təqdim etməyə çalışırlar. Təbii ki, onların məqsədlərinin pərdə arxasında yatan əsas səbəb özlərindən qorxularıdır. Çünki gec-tez bu əməllərin arxasından onların adının çıxacağını bilirlər. Öz əməllərini ört-basdır etmək üçünsə indidən “siyasi zəmin” hazırlamaqla məşğuldurlar.
Təbii ki, hər zaman xəyanətkar mövqe tutan belə insanların fəaliyyətləri birmənalı olaraq cəmiyyətə bəllidir. Pul, maddi qazanc üçün dövlətini, millətini satmağa müntəzir olan belələri ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqdan ötrü bütün yollara əl atır, ölkəmizdəki siyasi sabitliyə xələl gətirmək üçün bütün şouları nümayiş etdirirlər. Hətta icazəsiz aksiya cəhdləri zamanı tamaşalar göstərən, özlərinin guya “siyasətlə” məşğul olmalarını yerlə sürünməklə “sübut etməyə” çalışan, amma bunun müqabilində anti-azərbaycançı dairələrdən pul alan həmin “siyasətçilər” üçün dəyər yalnız maddi təminatdan ibarətdir. Mətbuatdan da bəlli olduğu kimi, bir sıra xarici dairələrin təsiri altında olan, onlara nökər psixologiyası ilə qulluq göstərən həmin partiya sədrləri yuxarıda adıçəkilən gəncləri də məhz pulun qarşılığında aldadaraq belə əməllərə istiqamətləndirir.
Bəli, bu, bir daha sübut olunur ki, Azərbaycan cəmiyyəti dövlətin maraqlarını satan, xəyanət zolağından “xilas” ola bilməyən belələrini tanıyır və onlara layiq olduqları münasibəti göstərir. Necə deyərlər, əli eldən üzülənlər, “xarici üzəngiləri” tutmaqla gününü keçirir. Həm də başlarını torpağa salsalar da, hamı onların hansı əməllərlə məşğul olduqlarını görür.

Paylaş:
Baxılıb: 1187 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30