Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənilər Rüstəm İbrahimbəyova Azərbaycan dilində danışmağa icazə vermədilər

Ermənilər Rüstəm İbrahimbəyova Azərbaycan dilində danışmağa icazə vermədilər

01.08.2013 [09:35]

Mübariz Abdullayev

Qoca kinodramaturq azərbaycanlı jurnalistlərə müsahibə verməkdən imtina edib
Qondarma “Milli şura”nın qiyabi sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovu qısa şəkildə xarakterizə etmək lazım gəlsə, belə demək mümkündür: O, kosmopolit təbiətli, qəlbində xalqımızın düşməni olan ermənilərə böyük sevgi gəzdirən birisidir. Belə deməyə hər cür əsas var. Biz qoca kinodramaturqun Azərbaycan cəmiyyətinə ögey münasibət sərgilədiyinin, əksinə ermənilərə can-dildən hüsnü-rəğbət ifadə etməsinin dəfələrlə şahidi olmuşuq.
Ötən əsrin 90-cı illərinin əvvəllərində qoca kinodramaturq Bakıdan köçüb gedən ermənilərə görə ağır nostalji hisslər yaşadığını açıq mətnlə dilə gətirirdi. Bu o dövr idi ki, bədnam qonşularımızın respublikamıza qarşı başladıqları elan olunmamış müharibə nəticəsində torpaqlarımız işğala məruz qalır, soydaşlarımız doğma yurd-yuvalarından didərgin salınırdılar. Lakin azərbaycanlı anaların göz yaşları, axıdılan qanlar, maddi-mədəniyyət abidələrimizin dağıdılması Rüstəm İbrahimbəyovun heç tükünü də tərpətmirdi. O, xalqımız üçün belə ağır bir dönəmdə Moskva mətbuatında “ermənilərsiz Bakının ziyalı mühitinin korlandığına”, “ermənilərsiz Bakıda nəfəs almağın mümkün olmadığına” dair silsilə məqalələr dərc etdirirdi.
Rüstəm İbrahimbəyovun bir neçə ay bundan qabaq Rusiyanın “Rosbalt” agentliyinə verdiyi müsahibəni xatırlayaq. O, sözügedən müsahibədə Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına alan fikirlər səsləndirirdi. Qoca kinodramaturq ciddi-cəhdlə əsaslandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Azərbaycandan daha şox Ermənistana bağlıdır.
Ermənilərə hüsnü-rəğbət ifadə etmək baxımından Rüstəm İbrahimbəyovun son müsahibəsi də xarakterikdir. O, sözügedən müsahibəsində bədnam düşmənlərimiz barədə “ermənilər dərrakəli xalqdır” deyir, onları tərifləyərək dağ başına qaldırır. Həmin müsahibədə azərbaycanlılar yenə aşağılanır. Qoca kinodramaturq bölgələrdən paytaxta gələn soydaşlarımızı hədəf götürərək onları “Bakının arxitekturasını korlamaqda” suçlayır.
Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun tərcümeyi-halına nəzər salsaq, görərik ki, onun yaxın ətrafı daim ermənilərdən təşkil olunub. Qoca kinodramaturq Bakıda təşkil etdiyi “Şərq-Qərb” festivallarında bir qayda olaraq erməni Robert Balayanı başda əyləşdirirdi. Onunla bağlı bu yaxınlarda üzə çıxan “donuz əhvalatı” da qoca kinodramaturqun xalqımızın milli-mənəvi-dini dəyərlərinə sayğısız münasibətini bir daha açıb göstərdi.
Rüstəm İbrahimbəyov qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i statusunda da Azərbaycan cəmiyyətinə çox az bağlı olduğunu və yaxud heç bağlı olmadığını nümayiş etdirir. Son vaxtlarda onun bir ayağı Moskvada, digər ayağı Vaşinqtonda və yaxud Avropadadır. Rüstəm İbrahimbəyov bu məkanlarda anti-Azərbaycan dairələrin təmsilçiləri ilə görüşlər keçirir. Yeni təlimatlar alır. O, cari ilin payızında Azərbaycanda keçiriləcək seçkilərə müdaxilə etmək üçün “xarici dəstək” axtardığını və bu “problemi” yalnız onun həll edə biləcəyini açıq mətnlə səsləndirir.
Rüstəm İbrahimbəyovun kosmopolit mahiyyətini, ermənipərəstliyini xarakterizə etmək baxımından qondarma “Milli şura”nın bu günlərdə Tbilisidə keçirilən son toplantısı da istisna deyil. İyulun 30-da Tbilisidəki “Vere Palace” otelində “Milli şura”ya daxil olan radikal müxalifət partiyaları rəhbərlərinin və qurumun digər üzvlərinin Rüstəm İbrahimbəyovla görüşü keçirilib. Məlumata görə, “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A.Nersesyan SSRİ vaxtında Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti S.Sarkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı deyilir.
Ermənilərin həsrəti ilə yaşayan, Qarabağ probleminin həllini Azərbaycandakı daxili problemlərlə əlaqələndirən, erməniləri düşmən deyil, dost hesab edən, onları “bacarıqlı və anlayan” xalq sayan R.İbrahimbəyovun erməniyə məxsus oteldə görüş təşkil etməsində, belə birisini özlərinə lider seçənlərin isə onunla həmin oteldə bir masa arxasında oturmasında qeyri-adi nə var ki?! Bunlar artıq hər şeyi göz önünə alıblar - xalqı aldatmağı, ona xəyanəti, məqsədə çatmaq üçün istənilən vasitədən yararlanmağı məqbul hesab edirlər. Onlar, hətta 2005-ci ildə AXCP gənclər təşkilatının sədri olan Ruslan Bəşirlinin həmin oteldə ermənilərlə sövdələşməyə getdiyi faktını belə, götür-qoy etmədilər. Hələ həmin o Nersesyanın bu görüşdə marağı və rolu da araşdırılmalıdır. Bütün bunlar “Milli şura” və orada toplaşanların ermənipərəst və xəyanətkar simasını açıq nümayiş etdirir.
Yeri gəlmişkən, “Milli şura”nın Tbilisi toplantısında ermənilər Rüstəm İbrahimbəyova azərbaycanca danışmağa imkan verməyiblər. Bundan başqa, qoca kinodramaturq azərbaycanlı jurnalistlərə müsahibə verməkdən də imtina edib. O, azərbaycanlı jurnalistlərə yönəlik aşağılayıcı tonla belə deyib: “Sual verin, ancaq cavab olmayacaq”. Bütün bunlar bir daha təsdiqləyir ki, ermənipərəst Rüstəm İbrahimbəyova Azərbaycan cəmiyyətində yer yoxdur və bundan sonra da olmayacaq.

Paylaş:
Baxılıb: 1078 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30