Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Taylı tayını tapar

Taylı tayını tapar

31.08.2013 [09:22]

Mübariz Abdullayev

“Sarı gəlin”i erməni dilində oxuyan Sezen Aksu “Milli şura”dakı R.İbrahimbəyov, onun dostu Ə.Naibov kimi ermənipərəst ünsürlərlə mənəvi yaxınlığını, ideya birliyini hiss edir
Azərbaycan xalqının məşhur bir atalar məsəli var: Taylı tayını tapar. Bu zərb-məsəldə ifadə olunan fikir ondan ibarətdir ki, kim hansı xislətdədirsə, həyatda hansı niyyətlə yaşayırsa, öz yerini də belələrinin sırasında tapır. Bu cəhətdən Türkiyənin tanınmış sənətçisi Sezen Aksunun ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”ya dəstək verməsi tam başadüşüləndir. Xatırladaq ki, sənətçi öz “İnstagram” səhifəsində “Milli şura”nın son mitinqinin fotosunu paylaşıb. Şəklin altında isə yazıb: “Azərbaycanda Taksimdəki hadisələr yaşanır. Qardaşlarımı dəstəkləyirəm. Ana müxalifətə dəstək”.
Azərbaycandakı radikal müxalifət düşərgəsinin nəzarətində olan KİV-lər isə dərhal sənətçinin “İnstagram”dakı paylaşmasını manşet yazısı kimi tirajlayıblar. “Milli şura”da da sanki toy-bayramdır. Yeni “vahid namizəd” Cəmil Həsənli başda olmaqla AXCP-nin, “Müsavat”ın, ACP-nin, ALP-nin və bu qəbildən olan digər partiyaların, “El” hərəkatının təmsilçiləri şadyanalıq içindədirlər. Bəs necə, onlara türkiyəli sənətçidən dəstək gəlib. Özü də Sezen Aksu paylaşmasında elə-belə məsələdən yox, radikalların “20-ci sahə” deyilən ərazidə keçirdikləri və iki cüt, bir tək muzdlu “müxalifətçi”ni cəlb edə bildikləri mitinqdən bəhs edir. Sayın nə fərqi var ki? Əsas odur ki, sənətçi “mitinqçi”lərin boş meydanda tum çırtlamalarına, Xədicə İsmayılqızının zibil yığmasına, meydan süpürməsinə məhəl qoymayaraq tədbiri ciddiyə alıb. Deməli, radikallar tam yəqinliklə “ilk mitinqimizin sorağı ölkə hüdudlarını aşıb” deyə bilərlər. “Milli şura”nın “ölmüşəm, yerdən götürənim yoxdur” vəziyyətində qaldığı indiki məqamda Sezen Aksudan gələn bu “beynəlxalq dəstək” qurum üçün göydən düşən alma kimi oldu. Lap nağıllardakına bənzəyir. Axı “Milli şura”nın qiyabi sədri və sabiq qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov da sərgüzəşt sevəndir. Servantesin qəhrəmanı Don Kixot yel dəyirmanı, tozanaqla döyüşərək özündən yalançı cəngavər düzəltdiyi kimi, qoca kinodramaturq da “Milli şura” üzvlərinə gah “gəlirəm”, gah da “xaricdə sizin üçün pul yığıram” nağılları danışa-danışa onların ağzını dağa-daşa saldı. İndi də başlayıb ki, “ay camaat, gəlin, 1 manatdan “sobrazim” edək...” Görünən odur ki, qiyabi sədrin və sabiq qiyabi “vahid namizəd”in nağılbazlığı, sərgüzəştsevərliyi “Milli şura”nın cəmi üzvlərinə də sirayət edib.
Deyəsən, söz-sözü çəkdi, mətləbdən bir qədər uzaq düşdük. Qayıdaq Sezen Aksunun “Milli şura”nı, daha dəqiq desək, onun adamı utandıracaq səviyyədə cılız keçən “20-ci sahə mitinqi”ni dəstəkləməsinin üstünə. Əgər Sezen Aksu “Milli şura”ya qarşı tənqidi fikirlər işlətsəydi, bu, qəribə görünərdi. “Sarı gəlini” erməni dilində oxuyan, erməni kapellasını müşayiət edən, əksər mahnılarının bəstəkarı erməni olan, hərdən bir Azərbaycanın ünvanına atmacalar atmağı sevən birisi “Milli şura”dakı R.İbrahimbəyov kimi, onun dostu Ə.Naibov kimi ermənipərəst ünsürlərlə mənəvi yaxınlığını, ideya birliyini hiss edir və buna görə də, dəstək verir. Yoxsa Akif Nağını tərifləyəsi deyildi ki.
Sonda Sezen Aksuya bir sual ünvanlamaq istərdik: Sənətçi konsertinə sevimli “Milli şura”sının “20-ci sahə mitinqi”ndəki iştirakçıların sayı qədər tamaşaçı gəlsəydi, çıxış etməyi özünə rəva görərdimi?

Paylaş:
Baxılıb: 1063 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31