Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura”da hərənin öz namizədi var

“Milli şura”da hərənin öz namizədi var

06.09.2013 [09:20]

Nardar Bayramlı

Cəmil Həsənovun dublyor olması ilə bağlı “Milli şura”nın və “El” hərəkatının daxilində böyük narazılıq yaranıb
Ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi “Milli şura” daxilində gərginlik səngimir. Məlum olduğu kimi, “vahid namizəd”in kim olacağı bu qondarma qurumda uzun müddət mübahisə mövzusu idi. Qoca kinodramaturqun namizəd kimi qeydə alınmaq şansının olmadığını anlayanlar buna qarşı çıxırdılar. Eyni zamanda, namizədlik iddasında olan bəziləri də R.İbrahimbəyovun namizədliyini həzm edə bilmirdi. Nəhayət, onlar “ortaq məxrəcə” gələrək Cəmil Həsənovun namizədlyinin üzərində dayandılar. Doğrudur, burada da ciddi fikir ayrılığı olsa da, qondarma qurum müvafiq qərar qəbul edə bildi.
Bununla belə, “Milli şura” daxilində dublyor C.Həsənovun namizədliyinə qarşı etirazlar açıq müstəviyə keçib. Bu günlərdə “Milli şura”nın üzvü, “El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli bəyanat verərək seçiciləri bu qondarma qurumun namizədi Cəmil Həsənova deyil, başqa bir namizədə səs verməyə çağırıb. Adıçəkilən namizədə qarşı tək K.Nağıbəyli deyil, digərləri də etiraz edir. Əslində, K.Nağıbəyli bu bəyanatı verməklə dolayısı ilə E.Namazovun mövqeyini ifadə edir.
Açıq şəkildə görünür ki, C.Həsənovun dublyor olması ilə bağlı “Milli şura”nın və “El” hərəkatının daxilində böyük narazılıq var. “Müsavat” başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin C.Həsənovu dəstəkləmələrinə baxmayaraq, AXCP və “Müsavat”ın, o cümlədən, “El” hərəkatının üzvləri hesab edirlər ki, C.Həsənovun “Milli şura”nın dublyoru olmağa heç bir mənəvi haqqı yoxdur. Etiraz edənlər fikirlərini belə əsaslandırırlar ki, C.Həsənov son 20 ildə müxalifətin keçirdiyi mitinq və aksiyalarda fəal şəkildə iştirak etməyib. Özünü sığortalamaq üçün elmi işlə məşğul olduğunu əsas kimi göstərib. “ABŞ-ın hansısa universitetində mühazirə deməyə gedirəm və s” kimi bəhanələrlə müxalifətin aksiyalarından yayınıb. Yeri gəlmişkən, C.Həsənovun xarici ölkələrdə ingilis dilində mühazirələr deməsi də şübhəli məsələdir. Çünki öz həmkarlarının bildirdiyinə görə, o, ingilis dilini yalnız məişət danışığı səviyyəsində bilir. Xarici ölkələrin tədris müəssisələrində isə (əslində o, yalan danışır, universitetlərdə deyil, özəl kolleclərdə mühazirələr deyir) mühazirələri rus dilində aparır (rus dilini də orta səviyyədə bilir, sərbəst mühazirə oxumaq qabiliyyətində deyil), tərcüməçi vasitəsi ilə müxtəlif dillərə tərcümə olunur.
Əslində, C.Həsənov yalnız 2010-cu il parlament seçkilərində növbəti dəfə deputat seçilə bilmədikdən sonra müxalifətçi olmağa başladı və son bir ilə yaxın dövr ərzində müxalifətin keçirdiyi tədbirlərdə qərar tutdu.
Amma deputat olduğu müddətdə isə hər hansı müxalifətçilik etməyib, əksinə, Milli Məclisin iclaslarında hakimiyyəti tərifləyən çıxışlar edib. O, hətta parlament dəhlizlərində İsa Qəmbəri və Əli Kərimlini aşağılayan fikirlər səsləndirib, onları radikallıqda ittiham edib. Həmçinin, C.Həsənov Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin işində yaxından iştirak etməyib, hətta bu təşkilata nifrət də nümayiş etdirib, partiyanın qərarlarına qarşı çıxıb. Bu səbəbdən də, həmin partiyadan uzaqlaşıb. Ona görə də, belə bir avantürisitin “Milli şura”nın vahid namizədi olmasına təşkilatdaxili etiraz başadüşüləndir. C.Həsənovun namizədliyinə qarşı çıxılması isə onu deməyə əsas verir ki, bəlkə də, “Milli şura”nın 129 üzvünün hərəsinin öz namizədi var. Belə olan halda, C.Həsənova namizədi olduğu qurumun üzvləri səs verməyəcəklərsə, “Milli şura”nın bəzi üzvlərinin cəmiyyətin yüksək dəstəyini əldə edəcəkləri barədə iddiaları xülyadan başqa bir şey deyil. Əgər qurum üzvləri yekdilliklə onu dəstəkləmirsə, onda seçicilərdən də dəstək gözləməyə ehtiyac yoxdur.

Paylaş:
Baxılıb: 1227 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30