Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Nə fərqi var, 18 avqust, yoxsa 22 sentyabr rəzaləti?!

Nə fərqi var, 18 avqust, yoxsa 22 sentyabr rəzaləti?!

22.09.2013 [09:46]

Nurlan Qələndərli

18 avqust biabırçılığı radikal düşərgə təmsilçilərini elə vəziyyətə salıb ki, artıq mitinq adı gələndə nitqləri quruyur
Bu gün radikal müxalifət düşərgəsində baş verənlər dağıdıcı düşərgə təmsilçilərinin iflasının faktiki olaraq gerçəkləşdiyini göstərir. Belə ki, siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadığından özlərinin ənənəvi metodlarından istifadə etməyə başlayırlar. Bütün proseslərin və məsələlərin fonunda “mitinq” taktikasını əsas götürən radikallar yenə də eyni vasitəyə istinad edirlər. Autsayderlər və radikallar toplusu olan qondarma “Milli şura” bu dəfə ümidini 22 sentyabr mitinqinə bağlayıb. Amma əminliklə söyləmək olar ki, radikalların bu şousu da iflasa məhkumdur. Ümumiyyətlə, qondarma “Milli şura”nın təşkil etdiyi sonuncu aksiya da bunu təsdiqlədi. Artıq bu qondarma qurumun keçirdiyi mitinqə 50, yoxsa 100 nəfərin gəlib-gəlmədiyini müzakirə etməyin heç bir mənası yoxdur. Fakt odur ki, radikalların, autsayderlərin antimilli “şura”sı icazəli mitinqdə belə, mövcud olduğunu iddia etdiyi tərəfdarlarını bir araya toplaya bilmədi. Sosial şəbəkələrdə “Milli şura” bayrağı altında dövlətimizə, xalqımıza qarşı qara piar kampaniyası aparanlar meydanda görünmədilər. Dolayısıyla, siyasi palitranın çoxdan yararsızlıq statusu almış autsayderləri özləri üçün mitinq etdilər, fiaskoya düçar oldular.
Yeri gəlmişkən, “Milli şura”nın mitinq komitəsinin sədri Asəf Quliyev və komitənin üzvü Mustafa Hacıbəyli qurumun sentyabrın 22-nə planlaşdırdığı mitinqə ciddi hazırlıq işlərinin görüldüyünü bildiriblər
Amma nədənsə keçən dəfəki kimi 20 min adam yığacaqlarını demirlər. Yəqin ki, 18 avqust biabırçılığı bu populistləri elə vəziyyətə salıb ki, artıq mitinq adı gələndə ayaqları əsir, nitqləri quruyur. Amma reallıqdan qaçmaq olmaz. Nə fərqi var, 18 avqust, yoxsa 22 sentyabr rəzaləti?!
“İnşaatçılar” metrosunun yanındakı stadiona qantel, ştanq və digər idman vasitələri və qurğuları da qoymaq lazımdır. Onsuz da heç kim gəlməyəcək, heç olmasa, idmanla məşğul olub sağlam həyatın dadını çıxarsınlar. İmkanları varsa, qaçış üzrə “Milli şura” birinciliyi də keçirsinlər. Əminliklə söyləmək olar ki, dünya rekordu olmasa da, “Milli şura” rekordu qırılacaq.
Onu da qeyd etmək lazımdır ki, hazırki şəraitdə anti-Azərbaycan dairələrin “Milli şura” ssenarisinin fonunda ortaya atdığı kosmopolit Rüstəm İbrahimbəyov ümidləri doğrultmadığından gözlər onun missiyasını gerçəkləşdirəcək dublyora - Cəmil Həsənova çevrilib. “Ehtiyat oyunçular” skamyasından siyasət meydanına sürülən, lakin elə ilk dəqiqələrdəcə dublyorluq sənətini icra edə bilməyərək özünü ifşa edən, həmçinin, müvafiq ssenarinin iflasına səbəb olan Cəmil Həsənov isə isterika və çaşqınlıq içindədir. Bunlarla yanaşı, bu gün qondarma qurumun “vahid namizəd”i olan dublyor Cəmil Həsənov ilə bağlı olan ən böyük problem siyasi dilənçilik ünvanının necə müəyyənləşdirilməsidir. Belə ki, heç bir nüfuza, elektorata, eləcə də xarizma və liderlik keyfiyyətlərinə malik olmayan dublyora bir dəstək nöqtəsi tapmaq lazımdır. Bu isə radikalların qarşısında ən çətin missiya kimi durur. Çünki bu gün hər hansı bir ciddi qüvvənin dublyoru dəstəkləməsi gülünc görünür. Ona görə də dağıdıcı düşərgə təmsilçiləri yeni dilənçilik ünvanı müəyyənləşdirməyə çalışırlar. Bu istiqamətdə qərəzli xarici dairələrə istinad etmək “Milli şura”nın antimilli nümayəndələrinin “şərəfli” missiyası kimi çıxış edir.
Sadalananlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, dublyorluq missiyası verilmiş, anti-Azərbaycan dairələrin ucuz siyasi vasitəsi kimi çıxış edən bir şəxsin siyasi lider kimi cəmiyyətə sırınmağa çalışılması, həmçinin, prezident postuna iddia etməsi gülünc və ikrah doğurucu haldır.
Onu da qeyd etmək lazımdır ki, son proseslər onu göstərir ki, qondarma “Milli şura”dakı ziddiyyətlər davam edir. Ümumiyyətlə, sirr deyil ki, radikal müxalifət nümayəndələri bu günədək müxtəlif qondarma qurumlar və bloklar daxilində “birləşdikləri”ni elan etsələr də, öz aralarındakı mənafe savaşını davam etdiriblər və nəticə tərəflərin fiaskosu ilə müşahidə olunub. Başqa sözlə, daha çox seçkilər ərəfəsində “fəallaşan” dağıdıcı düşərgə təmsilçiləri guya ortaq məxrəcdə “birləşdikləri”ni bəyan ediblər. Amma son məqamda “mehriban düşmənlər”in savaşı daha kəskin xarakter alıb. Bu gün bu proses “Milli şura” adlanan qondarma qurumun timsalında müşahidə olunur. Belə bir nəticəyə gəlmək olur ki, yerini dublyor Cəmil Həsənova verən kosmopolit Rüstəm İbrahimbəyovun adı ilə bağlanan qondarma “Milli şura”nın iflası tamamilə qanunauyğundur.

Paylaş:
Baxılıb: 1321 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30