Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rəsul Quliyev öz ampluasında qalır

Rəsul Quliyev öz ampluasında qalır

25.09.2013 [09:10]

Mübariz Abdullayev

Saxtakarlıq edərək vaxtından əvvəl təqaüdə çıxan Cəmil Həsənovun “müdafiəsinə” qalxan ACP sədri yenə rişxənd obyektinə çevrildi
Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar. Deyəsən, Azərbaycandan qaçıb okeanın o tayında “lövbər” salan “baş mafioz” (ifadə “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya məxsusdur-M. A.)-ACP lideri Rəsul Quliyev də gündə bir baş-ayaq açıqlama verməsə, dinclik tapa bilmir, yer, göy başına fırlanır. O, bir vaxtlar bəzən sevdiyi, bəzən də ikrah etdiyi “Milli şura”ya ismarıc göndərirdi ki, “məni “vahid namizəd” etsəniz, ayaq yalın olsa belə, Bakıya gələrəm”. Bu sevdası baş tutmayanda isə başladı elə həmin “Milli şura”ya ittihamlar ünvanlamağa, İsa Qəmbərə, “Müsavat”ın digər funksionerlərinə demədiyi söz qalmadı, AXCP və “Müsavat”ı “Milli şura”nı parçalamaqda günahlandırdı, qurumun yeni “vahid namizəd”i Cəmil Həsənovu özüsayağı lağ obyektinə çevirdi və s.
Okeanın o tayında oturub viski içə-içə radikallara mesajlar ünvanlamağı siyasətlə məşğul olmaq sanan Rəsul Quliyev yenə öz ampluasındadır. O, bu dəfə prezidentliyə namizədlərin sentyabrın 17-də keçirilən teledebatında Cəmil Həsənovun qanunsuz pensiya alması barədə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədovun açıqlamasına şərh verməyə cəhd göstərib. Lakin bu dəfə də “ənənəsinə” sadiq qalaraq diqqəti məsələnin əsl mahiyyətindən yayındırmağa çalışıb.
ACP liderinin nəzərinə onu çatdırmaq istərdik ki, Əli Əhmədovun açıqlamasında söhbət Cəmil Həsənovun nə qədər maaş almasından yox, saxtakarlıq yolu ilə dövlət orqanlarını aldadaraq vaxtından əvvəl təqaüdə çıxmasından, beləliklə də, dövlət vəsaitini mənimsəməsindən gedir. Bu saxtakarlıq nəticəsində Cəmil Həsənov hər ay 2000 manat vəsaiti qatlayıb cibinə qoyur.
Yuxarıdakı açıqlaması ilə Rəsul Quliyev ABŞ-da yaşamağına baxmayaraq, bu ölkənin siyasi mədəniyyəti barədə heç bir məlumata malik olmadığını bir daha nümayiş etdirir. O, nə yerli qəzetləri oxuyur, nə də televizora baxır. Axşama kimi internetdə Azərbaycanın xəbər saytlarını izləyir və “facebook”da qurdalanır. Onun təfəkkür səviyyəsi də orta statistik sovet xəzinə oğrusunun təfəkküründən uzağa getməyib. Ona görə də, Cəmil Həsənovun qanunsuz pensiya almasını “şişirtməyi” gülməli və ya ağlamalı hesab edir. Onun məntiqinə görə, burda nə var ki? Yazığın maaşı azdır, oğurlayır da... Daha fikirləşmir ki, belə şeyin üstündə ABŞ-da adamın siyasətə yolunu birdəfəlik bağlayırlar.
Rəsul müəllim, bu gün maaşı azdı, oğurlayır, sən də buna bəraət qazandırırsan. Sabah, Allah eləməsin, prezident olsa, tələbatı, dərdi də çoxalacaq. Onda da milyonlar oğurlayanda, deyəcəksən ki, tələbatı varmış?
Rəsul Quliyevin ilk cümləsindən onun stili dərhal bəlli olur. O, hər dəfə belə “orijinal”, “xoruz səsi eşitməmiş” səslənmələri ilə diqqət mərkəzinə düşmək istəyir, ancaq hər dəfə də rişxənd obyektinə çevrilir.
Budur, Rəsul Quliyevdən daha bir “orijinal” açıqlama gəlib. ACP lideri okeanın o tayından bildirib ki, müxalifətin seçkilərdə Rusiya prezidenti Vladimir Putinə bəslədiyi ümidləri puça çıxıb: “Putinin Bakıya səfərindən sonra fəal siyasi həyat, sanki, birdəfəlik dondu. Və sanki, müxalifət seçki mübarizəsindən imtina etdi. Xarici siyasət amilinin ölkədaxili proseslərə təsiri bu qədərmi həlledici səciyyə daşıyır?”.
Əslində, burada təəccüblü bir şey yoxdu. Axı, İ.Həmidov və A.İsmayılov kimi degeneratların ümidinə qalmış bir qondarma quruma, başıpozuq qaraguruha hansı normal xarici dairələr rəğbət göstərər? Onlara dəstəyi ancaq Bakıda olarkən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli və İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərovla yüz hoqqadan çıxan “Article XlX”un təmsilçisi olan Rebekka Vinset kimiləri verə bilərlər.

Paylaş:
Baxılıb: 1054 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30