Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallar növbəti mitinq rəzalətinin acısını yaşayırlar

Radikallar növbəti mitinq rəzalətinin acısını yaşayırlar

02.10.2013 [09:32]

Mübariz Abdullayev

Bu dəfə vəziyyət o qədər ciddidir ki, “Milli şura”nın reanimasiyadan çıxmasına iynə ucu qədər də ümid yoxdur
Seçkiqabağı dövrdə ayrı-ayrı partiyaların, siyasi blokların təşkil etdikləri mitinqləri, aksiyaları və bu kimi digər kütləvi tədbirləri onların imicinin, cəmiyyətdəki yerlərinin barometri də adlandırmaq mümkündür. Sadə məntiq ondan ibarətdir ki, ümummilli maraqlardan, xalqın arzu və istəklərindən çıxış edən liderlərin, siyasi qüvvələrin cəmiyyətə səslənmələri mütləq adekvat rezonans doğurur və onların keçirdikləri kütləvi tədbirlər izdihamlı alınır. Bu mənada deyə bilərik ki, çoxlu sayda radikal yönümlü siyasi partiyanın və şəxsin cəmləşdiyi “Milli şura”nın metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi son icazəli mitinqi qondarma qurumun ölkədə ictimai-siyasi vəziyyətə hansısa dərəcədə təsir etmək iqtidarında olmadığını bütün cəhətləri ilə bir daha açıb ortaya qoydu. Yəni radikalların uzun müddət öz təsir dairələrində olan mətbuat orqanlarında təbliğat aparmalarına rəğmən, mitinq son dərəcə sönük alındı və heç bir ictimai maraq kəsb etmədi.
Ən yuxarı hədlə götürsək, “Milli şura” son mitinqinə 500-1000 civarında iştirakçı toplaya bildi. Bunlardan asayiş keşikçilərini, çoxsaylı jurnalistləri, monitorinq təşkilatlarının təmsilçilərini, ötəri maraq xatirinə və yaxud vaxt keçirmək naminə stadiona gələnləri də çıxsaq, yerdə nə qədər “Milli şura”nın “vahid namizəd”inin tərəfdarı qalır? Bu radikallar üçün əsl biabırçılıq, rəzalətdir. Onu da nəzərə alaq ki, mitinq şəhərin əhali sıxlığının, gediş-gəlişin çox gur olduğu yerində keçirilib və icazəli olduğuna görə ona hakimiyyət orqanları tərəfindən hər hansı bir müdaxilə göstərilməyib. Başqa bir məsələ: “Milli şura “dan prezidentliyə “vahid namizəd “ Cəmil Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüş-mitinqin təşəbbüsçüləri rolunda özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP və Müsavat Partiyası çıxış edib. Bəs hanı radikal düşərgənin “əjdahalarının “ tərəfdarları? Nə üçün onlar cəmi bir neçə saat vaxt itirərək “sevimli “ partiyalarının dəyişməz rəhbərləri İsa Qəmbərlə, Əli Kərimlinin, bir-birlərinə məlum münasibətləri üzündən qabağa verdikləri Cəmil Həsənovla görüşə tələsməyiblər? Hanı “Müsavat “ başqanının, AXCP sədrinin, yeni “vahid namizəd “in dilindən düşməyən “fanatları “?
Belə görünür ki, AXCP-nin, “Müsavat”ın, çoxlu sayda digər partiyanın cəmləşdiyi “Milli şura”nın bəlağətli çağırışları suyun üzündə sabun köpüyündən başqa bir şey deyilmiş. Gerçəkdə Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənovun “fanatlarının “ sayı elə yuxarıda göstərdiyimiz qədər imiş. Bu say tərkibi ilə isə prezident seçkiləri bir tərəfə, bəldiyyə seçkilərinə qatılmaq belə gülüncdür.
Radikalların 28 sentyabrdakı mitinq rəzaləti təkcə iştirakçıların azlığında özünü büruzə vermədi. Əllərinə güclə AXCP-nin, “Müsavat “ın bayraqları tutdurularaq stadionun qapısından içəri itələnən mitinq iştirakçıları hər şeydən bezmiş kimi görünürdülər. Açıq-aydın hiss olunurdu ki, onlar bura hansısa ideya, daxili istəklə yox, məcburiyyət üzündən gəliblər və vaxtın tez bitməsini arzulayırlar. Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənovun tribunadan səslənərək coşqu yaratmaq cəhdləri, üz-gözlərində saxta təbəssüm oynatmaları bir qayda olaraq cavabsız qalırdı. Axırda iş o yerə çatdı ki, iştirakçıların “Müsavat”ın başqanı İsa Qəmbərin, bəlkə də, hər kütləvi tədbirdə səsləndirdiyi eyni cümlələri axıradək qulaq asmağa hövsələləri çatmadı və onlar əllərindəki partiya bayraqlarını necə gəldi bükərək stadionu tərk etməyə başladılar.
Radikalların son mitinqi Azərbaycanın siyasi palitrasındakı əsl reallığı bir daha təsdiqlədi. Nəhayət, radikallar sentyabrın 28-də “Məhsul” stadionunda yaşadıqları növbəti rəzalətdən son dərslərini götürməlidirlər. Mitinqin əsas dərsi isə ondan ibarətdir ki, son 20 ildə radikallar yalan vədləri, populist səslənmələri ilə artıq özlərini tamam “xərcləyiblər” və cəmiyyətdə hörmətləri qalmayıb. Buna görə də, əllərinə mikrafon götürüb nə qədər ucadan qışqırsalar da, heç bir əhəmiyyəti yoxdur. Daha elektorat praqmatik, reallığa söykənən, ölkəni möhkəm özül üzərində irəliyə aparan siyasəti dəstəkləyir. Bu siyasət isə gündən-günə müstəqilliyini möhkəmlədən, gələcəyə inamlı addımlar atan, müasirləşən, gözəlləşən, iqtisadi tərəqqiyə, sosial rifaha istiqamətlənən məmləkətimizin partiyası olan Yeni Azərbaycan Partiyasının, onun güclü, praqmatik lideri İlham Əliyevin siyasətidir. İctimai rəyə əsaslanıb bəri başdan deyə bilərik ki, 9 oktyabrda məhz bu siyasət xalqın, seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanacaq.
Radikallar isə növbəti mitinq rəzalətindən sonra özlərinə bəraət qazandırmaq üçün yollar arayırlar. Lakin “Milli şura” təmsilçilərinin son çırpınışları-suyun üzündəki saman çöpündən yapışmaq cəhdləri əbəsdir. Bu dəfə vəziyyət o qədər ciddidir ki, radikalların reanimasiyadan çıxmalarına iynə ucu qədər də ümid yoxdur.

Paylaş:
Baxılıb: 1042 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30