Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycanda dinlərarası və millətlərarası münasibətlər dünya üçün örnəkdir

Azərbaycanda dinlərarası və millətlərarası münasibətlər dünya üçün örnəkdir

22.10.2013 [09:25]

Nardar Bayramlı

Prezident İlham Əliyev: Çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir
Azərbaycan tarix boyu fərqli dinlərin daşıyıcılarının qardaşlıq zəminində yaşadığı ölkə olub. Daha dəqiq desək, ölkəmizin dünya üçün bir tolerantlıq nümunəsi olması hər zaman xüsusi olaraq vurğulanır. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, ölkəmizdəki bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etmələri üçün şəraitin yaradılması Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu sayılmalıdır. Beləliklə, qeyd edək ki, Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Daha dəqiq desək, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir.
Məlum olduğu kimi, son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Lakin bütün bunlarla yanaşı, Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan olmasıdır. Yəni, Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.
Yeri gəlmişkən, oktyabrın 19-da andiçmə mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha sözügedən məsələyə münasibətini bildirib: “Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir”.
Ümumiyyətlə, ölkəmizdə dini zəmində qeyri-sabitliyin yaranmasının qarşısını alan digər bir səbəb müasir Azərbaycan dövlətçiliyinin xalqımıza məxsus mənəvi keyfiyyətlərə söykənməsi və onları qorumasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.
Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ümummilli lider Heydər Əliyev hər zaman ölkəmizdə olan tolerantlığı xüsusi olaraq vurğulayırdı. Ulu öndərin “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır” fikri isə Azərbaycan reallığını dolğun şəkildə əks etdirir.
Ümummilli liderimiz eyni zamanda, ölkəmizin müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən, özünün İslam dininə münasibətini nümayiş etdirirdi. Bunun təsdiqi olaraq, bir sıra məscidlərdə yenidənqurma və əsaslı təmir işləri aparıldı. Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi yenidən və əsaslı şəkildə təmir edildi.
Təbii ki, Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev həmçinin Azərbaycanda tolerantlığın inkişafına da xüsusi olaraq qayğı göstərir. 2008-ci ildə Bibiheybət məscidinin əsaslı təmir və yenidənqurmadan sonra yenidən açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunmuşdu: “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır”.
Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy Cümə məscidi, Şamaxı Cümə məscidi əsaslı təmir olunaraq sakinlərin ixtiyarına verilib. Bu, bir daha Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasından xəbər verir.
Qeyd edək ki, Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar.

Paylaş:
Baxılıb: 1421 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30