Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənov artıq havadarlarına məsləhətlər verməyə başlayıb...

Cəmil Həsənov artıq havadarlarına məsləhətlər verməyə başlayıb...

26.11.2013 [08:56]

Mübariz Abdullayev

“Milli şura”nın sabiq “vahid namizəd”i okeanın o tayında Qərb və ABŞ dairələrinə səslənərək onları respublikamıza təzyiq etməyə çağırıb
Kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”nın əsas mahiyyəti barədə qısa fikir ifadə etsək, belə deyə bilərik: Adına süni şəkildə “milli” sözü yapışdırılan qondarma qurumu heç bir vəchlə Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi kimi qəbul etmək mümkün deyil. “El” hərəkatının, AXCP, “Müsavat” kimi radikalyönümlü partiyaların sırf özəl maraqlara, daha çox da maddi gözləntilərə görə üz tutduqları “Milli şura”nın fəaliyyət istiqamətlərinin əsas konturları xaricdəki antimilli mərkəzlərin mətbəxində cızılıb. Beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan həmin mərkəzlərin ölkəmizdə keçirilən son prezident seçkiləri ərəfəsində radikal müxalifət düşərgəsinin təmsilçilərini bir dam altında “birləşdirmək” cəhdləri məkrli məqsədlərə hesablanmışdı. Məlumdur ki, antimilli dairələr Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşırlar. Buna görə də, onlar ölkəmizin inkişafına, respublikamızda bərqərar olan möhkəm vətəndaş həmrəyliyinə hansı yollarlasa xələl gətirməyə çalışırlar. Məlum dairələr respublikamızın milli maraqlarına qarşı yönələn niyyətlərini reallaşdırmaq üçün bu dəfə “Milli şura” adlı saxta qurum yaratmağa rəvac verdilər.
“Milli şura” xarici təsir amillərindən asılı olduğunu, necə deyərlər, hər addımda hiss etdirir. Qondarma qurumun təmsilçiləri anti-Azərbaycan dairələrin danışan dilinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Onlar sözügedən mərkəzlərdən yeni sifarişlər (və həm də yeni paralar, qrantlar, ianələr-M. A.) almaq üçün vaxtaşırı xarici turnelərə çıxırlar. Radikallar bu turnelər zamanı öz havadarları qarşısında bir qayda olaraq qərəzli, düşmən dəyirmanına su tökən “hesabatlarla” çıxış edir, Azərbaycan həqiqətlərinə kölgə salan fikirlər səsləndirirlər.
Budur, “Milli şura”nın sırf təsadüf nəticəsində ikinci “vahid namizəd”i olmuş Cəmil Həsənovun sorağı indi də okeanın o tayından gəlir. Prezident seçkilərində acınacaqlı məğlubiyyətə uğrayan Cəmil Həsənovun indi hansı statusla xarici turneyə çıxması başqa bir söhbətin mövzusudur. Qısaca onu deyək ki, siyasi müşahidəçilər “tarixçi alim”in ard-araya xarici səfərlərə can atmasını “vahid namizəd”likdən sonra onda yaranan özündənmüştəbehlik əlaməti və radikalların öndəgedəni statusu qazanmaq üçün göstərdiyi çabalamaların tərkib hissəsi kimi dəyərləndirirlər. Bəli, bir vaxtlar saxta təvəzökarlıq göstərərək yeri gəldi-gəlmədi “Mən “vahid namizəd” olmaq istəmirəm” deyən Cəmil Həsənov indi “Milli şura”nın onun boyuna biçildiyi qənaətini ortaya qoyur və həmsədrlik iddiaları nümayiş etdirir. Heç təsadüfi deyil ki, o, xarici səfərlərdə özünü radikal düşərgənin sıradan bir üzvü kimi deyil, birləşmiş müxalifətin əsas siması qismində təqdim edir.
Cəmil Həsənovun okeanın o tayına turnesi ilə bağlı qısaca onu demək mümkündür ki, səfər nə “tarixçi alim”in özünün, nə də bütövlükdə radikalların ümidlərini doğrultmayıb. Bildirilir ki, “Milli şura”nın sabiq “vahid namizəd”i ABŞ-da “tarixçi alim” statusuna qətiyyən yaraşmayan bir tərzdə müxtəlif fondların, ayrı-ayrı idarələrin dəhlizlərində, qapılar arxasında saatlarla gözləsə də, arzu etdiyi simalarla görüşməyə müvəffəq olmayıb və yaxud çox aşağı ranqlı məmurların köməkçiləri tərəfindən belə “xala xətrin qalmasın” prinsipi ilə qarşılanıb.
Səfərlə bağlı diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, “Milli şura”nın sabiq “vahid namizəd”i okeanın o tayında öz havadarları ilə müəyyən bir qəzəb ritorikası ilə danışmağa özündə “cəsarət” tapıb. İş o yerə çatıb ki, özündənmüştəbeh “tarixçi alım” məlum dairələrə məsləhətlər vermək, onların respublikamızla bağlı atacaqları addımları istiqamətləndirmək cəhdində bulunur. Məsələn, Cəmil Həsənov Vaşinqtonda keçirilən bir tədbirdə “öz ölkələrində demokratik yolla seçilmiş bəzi parlamentarilərin Azərbaycanda keçirilən son prezident seçkilərinə müsbət rəy vermələrini qəbuledilməz” adlandırıb. Başqa sözlə desək, “Milli şura”nın seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan sabiq “vahid namizəd”i Avropalı parlamentarilərə barmaq qıcayır ki, nə üçün onlar Azərbaycandakı radikal düşərgə təmsilçiləri kimi ağa qara, qaraya ağ demirlər. Avropa parlamentarilərinə demokratiya ilə bağlı özüsayağı “master-klas dərsi” verən Cəmil Həsənov ABŞ-ın bostanına daş atmaqdan da qalmır. “Tarixçi alim”in məntiqinə (əslində, məntiqsizliyinə -M. A.) görə, ABŞ Azərbaycana münasibətdə öz dövlət maraqlarından geri çəkilməlidir. Qərbi və ABŞ-ı Azərbaycanda enerji maraqlarını müdafiə etmələrinə görə qınayan Cəmil Həsənov onları ölkəmizə təzyiq göstərməyə, hətta sanksiyalar tətbiq etməyə çağırır. Bu xüsusda danışan “Milli şura”nın sabiq “vahid namizəd”i deyib: “Qərbin, o cümlədən də, ABŞ-ın Azərbaycana təsir imkanları böyükdür. Əsas olan budur ki, bu dairələr ədalətin pərpa olunmasında qətiyyətli olsunlar və prinsiplərinə sadiq qalsınlar”.
“Milli şura”nın sabiq “vahid namizəd”i Cəmil Həsənov Vaşiqtonda düzənlənən tədbirdə müstəqil Azərbaycanın tərəfdaşları ilə münasibətlərini qarşılıqlı bərabərlik prinsipləri əsasında qurmasını da “tərs şapalaq” kimi Qərb və ABŞ dairələrinin üzünə vurmaq istəyib. Belə ki, “Milli şura”nın sabiq “vahid namizəd”i havadarlarının diqqətini respublikamızın 10 il bundan qabaqkı ilə müqayisədə çox dəyişdiyinə, daha müstəqil siyasət yürütdüyünə yönəldərək onları “Azərbaycana öz yerini göstərməyə” çağırıb.
Cəmil Həsənovun okeanın o tayında yenidən “Qarabağ açıqlaması” səsləndirməsi də diqqəti çəkir. “Milli şura”nın sabiq “vahid namizəd”i yenə öz ampulasında qalaraq deyib ki, Qarabağ probleminin həlli “Ermənistanın və Azərbaycanın demokratikləşməsindən keçir”. Cəmil Həsənovun Dağlıq Qarabağın işğal tarixini bilməyəcək qədər savadsız “tarixçi alim” olduğunu iddia etməkdən uzağıq. O, bu “tezisi” dövriyyəyə buraxmaqla sadəcə düşmən ideologiyasına dəstək məqsədilə sifariş yerinə yetirdiyini ortaya qoyur. “Tarixçi alim”in yaddaşı təzələnsin deyə xatırladaq ki, Dağlıq Qarabağ və ona bitişik digər Azərbaycan torpaqları elə indi Ermənistanda özlərini “demokrat” adlandıranların hakimiyyəti dövründə işğala məruz qalıb...

Paylaş:
Baxılıb: 1216 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31