Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rasim Balayev sındırılmayıb

Rasim Balayev sındırılmayıb

23.01.2013 [01:17]

Pərviz Sadayoğlu

O, özünə və oynadığı qəhrəmanlara layiq vətənpərvərlik nümayiş etdirib
Elə insanlar var ki, onlar birmənalı şəkildə cəmiyyətin, xalqın sevimli şəxsiyyətlərinə çevrilirlər. Ömrünü həsr etdiyi sahənin “pasportu”na, simasına çevrilən, təmsil etdiyi istiqamətin əvəzolunmazı statusunu qazanan belələri çox deyil. Əslində, belə insanlar xalqımızın malik olduğu dəyərlərdəndir ki, cəmiyyətimizin formalaşmasında, mənəvi inkişafımızda onların rolu olduqca böyükdür.
Məhz belə şəxsiyyətlərdən biri, Azərbaycan kinosunun əvəzolunmaz siması Rasim Balayevdir. Bəzən, müqayisə xatirinə Rasim Balayevi Azərbaycanın Alen Delonu adlandırsalar da, xüsusi olaraq vurğulumaq lazımdır ki, böyük sənətkarın oynadığı rollar dünya kino yaradıcılığının sənət zirvəsinin ən pik nöqtələrindən sayılır. Nəsimi dünyasının böyüklüyünə, ülviliyinə, böyük şairin öz Vətəninə bağlılığına bir çox Azərbaycan tamaşaçısı, məhz Rasim Balayev vasitəsilə bələd oldu. Babəkin “öncə Vətəndir” hayqırışı, məhz Rasim Balayev əzəmətinin işığında Azərbaycan tamaşaçısına yetişdi. Bu mənada, böyük sənətkarın yüzlərlə rolunu sadalamaq olar və hər bir rol da özlüyündə Rasim Balayev sənətkarlığının yeni bir səhifəsindən xəbər verir.
Təbii ki, sənətkar xalqa, cəmiyyətə məxsusdur. Bu mənada Rasim Balayevə olan böyük xalq sevgisinin arxasında sənətkarın oynadığı rollar, qəhrəmanlar, yaratdığı tarixi şəxsiyyətlər dayanır. Sənətkar məhz sənəti ilə xalqına xidmət edir. Rasim Balayev də öz sənəti ilə xalqına xidmət edən sənətkardır.
Təbii ki, ən böyük sənətkarlar hər zaman öz vətəndaşlıq mövqeyini ortaya qoymaqla, məsələlərə yanaşmada əsl vətəndaşlıq mənafeyindən çıxış etməklə öz ağırlıqlarını hiss etdirirlər. Hər zaman dövlətinin, xalqının marağını müdafiə edən, qlobal mənada dövlətinin maraqlarını qoruyan, Vətənin səsinə səs verən, bütün cəmiyyəti bu istiqamətə yönləndirən sənətkar vətəndaşlıq mövqeyi ilə tamlaşır, bütövləşir. Bu mənada, Rasim Balayevin nümayiş etdirdiyi vətəndaş mövqeyi də olduqca böyük dəyərə malikdir. Bəzən məqsədli şəkildə müəyyən məsələləri siyasiləşdirməyə cəhd göstərənlər, mənasız gərginlik yaratmağa çalışanlar, yaradıcı insanları yaradıcılıqdan uzaqlaşdırmaq istəyində olanlar isə təəssüf ki, hər zaman tapılır. Belələri, Rasim Balayev kimi böyük sənətkarın adından istifadə etməklə siyasi piar kampaniyası düzəltməyə cəhd göstərsə də, böyük sənətkarımızın cavabı kəskin və ciddi oldu. Öz mövqeyini ortaya qoyan, qanunla bağlı məsələlərin siyasiləşdirilməsinin yolverilməzliyini hər kəsə izah edən Rasim Balayevin bu addımı həqiqətən də əsl vətəndaşlıq nümunəsidir. Bir neçə gün öncə verdiyi bəyanatında R.Balayev qeyd edib ki, həqiqətən, hər bir ziyalı millətinin, xalqının sözünü deməyi bacarmalıdır: “Bu gün dünyada Azərbaycan Respublikasının uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Onun yanında olmaqdır. Bu vəzifə üçün isə hər kəs öz sahəsində bilik və bacarığını ölkəmizin inkişafına yönəltməlidir”.
Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Rasim Balayev öz fikirlərində haqlıdır və müstəqil Azərbaycanın inkişafı üçün hər kəsin öz sahəsində bilik və bacarığını maksimum şəkildə ortaya qoyması yalnız və yalnız ölkəmizin inkişafına, ən ümdəsi isə, təbliğatına yol açır. Bu gün Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı siyasi kurs ölkəmizin dünyada tanınmasına, böyük nailiyyətlərə imza atılmasına, o cümlədən, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edir. Bu gün müstəqil Azərbaycan dövlətinin səsi dünyanın ən aparıcı tribunalarından gəlir və bu da xalqımızın hər zaman dövlətçilik mövqeyindən çıxış etməsinin təzahürüdür.
Təəssüf ki, bəzi insanların siyasətə qoşulması, bununla da öz sahəsindən kənar düşərək uğursuz çabalarla yadda qalması kimi hadisələrin şahidi oluruq. Məhz Rasim Balayevin də bəyanatında bu fraza əsas motiv kimi yadda qalır ki, böyük sənətkar belə halları qəbul etmir, bunu təəssüflə qarşılayır. “Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm. Bütün mediadan, digər insanlardan bu məsələni siyasiləşdirməməyi və bu bəyanatın sırf yaradıcılıqla məşğul olmaq istəyimdən irəli gəldiyini nəzərə almalarını xahiş edirəm”.
Təbii ki, Rasim Balayevin mövqeyini bu gün müzakirə obyektinə çevirməyə çalışanlar, onun addımını min bir yerə yozanlar da tapılır. Hətta onu “sındırılmaqda” günahlandıran və məsələyə öz dayaz təfəkkürü ilə qiymət verməyə çalışanlar da var. Amma bu gün vətəndaşlıq mövqeyi sərgiləyən Rasim Balayevin sındırıldığını iddia edənlərin əsası yoxdur. Sındırılma Vətəni, dövləti satmaqdır. Kim deyə bilər ki, Rasim Balayev bəzi marginal qruplar və insanlar kimi xarici təşkilatlara satılır? Kim deyə bilər ki, Rasim Balayev məhz həmin kateqoriyadan olanlar kimi öz Vətəninə dönük çıxıb, xalqının düşmənləri ilə dostluq edir? Heç kim bunu deyə bilməz. Demək ki, Rasim Balayevin addımı onun özünə və oynadığı qəhrəmanlara layiq vətənpərvərlikdən irəli gəlir.
Əslində, Rasim Balayev son addımı ilə Azərbaycana şər atanları, İbrahimbəyov kimilərini ifşa etdi, onların ucuz siyasi oyunlarının “qəhrəmanına” çevrilmək istəmədiyini, dövləti ilə, xalqı ilə bir sırada addımladığını ortaya qoydu. Məhz, İbrahimbəyov kimi birisinin yanında qalmaqdır sındırılmaq. Görəsən, indiyə qədər maraqlı xarici dairələr hansı “vətənpərvəri” təyyarələrə, gəmilərə mindirib o ölkə sənin, bu ölkə mənim deyə gəzdirib? Görəsən, İbrahimbəyovun hansı “vətənpərvərliyi” kimlərəsə xoş gəlib ki, onu ABŞ, Rusiya səhər-axşam gəzdirirlər? Bütün bu faktlar özü göstərir ki, İbrahimbəyov mənən azərbaycanlı deyil və bundan sonra da ola bilməyəcək...
Amma Rasim Balayev həm vətənpərvər, həm də böyük sənətkar olduğunu növbəti dəfə sübut etdi və xalqının ondan gözləntilərinin kino yaradıcılığının inkişafına verəcəyi töhfələr olduğunu vurğuladı. Elə bu məqam xalqımız üçün dəyərli olan sənətkarımızın yenə də öz millətinə xidmət etməyi özünə amal seçdiyinin göstəricisidir. Çünki xalqımız Rasim Balayevdən yenə də çoxsaylı və uğurlu rollar gözləyir, kinomuzun canlı korifeyini yalnız səhnədə görməyi arzulayır...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1280 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30