Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” xarici dairələrin sifarişlərini yerinə yetirir

“Milli şura” xarici dairələrin sifarişlərini yerinə yetirir

14.12.2013 [11:54]

Mübariz Abdullayev

Radikallardan növbəti etiraf: “Milli şura”da antimilli ünsürlər var və onlar getdikcə özlərini daha pis aparırlar
Radikalların guya 9 oktyabr prezident seçkilərində birgə iştirak etmək məqsədilə yaratdıqları qondarma “Milli şura” haqqında qısa fikir ifadə etməli olsaq, belə deyə bilərik: Xaricdəki müxtəlif anti-Azərbaycan dairələrin maraqlarını təmin etmək bu qondarma qurumun mahiyyətindən qırmızı xətlə keçir. Belə düşünməyə hər cür əsas var.
Bəri başdan onu deyək ki, adına süni şəkildə “milli” sözü yamaq edilən belə bir qurumun yaradılması ideyası seçkiqabağı mərhələdə saxtakarlıqla, bütövlükdə Azərbaycan cəmiyyətinin iradəsindən kənar olaraq gündəmə gətirildi. Məlumdur ki, hazırda ölkəmiz özünün sürətli sosial-iqtisadi, mədəni intibah dövrünü yaşayır. Respublikada kataklizmlər baş vermir, əksinə monolit birlik, sarsılmaz vətəndaş həmrəyliyi Azərbaycan cəmiyyətinin ən üstün keyfiyyəti olaraq beynəlxalq aləmdə bir model kimi diqqəti cəlb edir. Təbii ki, indiki narahat, bir sıra hallarda iqtisadi, siyasi böhranlar yaşayan dünyada müstəqil Azərbaycanın sabitlik və inkişaf adası kimi səciyyələndirilməsi xalqımızın, gənc dövlətimizin düşmənlərini, erməni lobbi şəbəkəsi tərəfindən istiqamətləndirilən dairələri bərk narahat edir. Onlar hansı yollarlasa respublikamızın iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmasına əngəllər yaratmağa çalışırlar. Radikalların seçkiöncəsi mərhələdə üz tutduqları qondarma “Milli şura” da sözügedən antimilli dairələrin diktəsi ilə yaradılan və onların çirkin məqsədlərinin reallaşdırılmasına hesablanan “beşinci kolon” alətindən başqa bir şey deyil.
Təsadüfi deyil ki, qondarma qurumun yaradılması ideyası qoca kinodramaturq Rüstəm İbrahimbəyovun dili ilə gündəmə gətirildi. Əlbəttə ki, konturları xaricdəki məlum dairələrin mətbəxində cızılan “Milli şura” kimi antimilli bir quruma həyata vəsiqə qazandırmaq üçün ermənipərəstliyi ilə ad çıxaran qoca kinodramaturqdan yaxşı birisini tapmaq çətin olardı. Yol verdiyi iqtisadi xarakterli cinayətə görə həbsə alınmaq qorxusu yaşayan Rüstəm İbrahimbəyov xislətinə uyğun olaraq antimilli “Milli şura” layihəsinə məmnuniyyətlə qol çırmadı və özüsayağı kələkbazlıqla korporativ maraqlarının girovuna çevrilən radikal düşərgə təmsilçilərini xaricdəki antimilli dairələrin şirnikləndirici vədlərinə inandıraraq qondarma qurumun ətrafına cəm edə bildi.
Sonrakı mərhələdə Rüstəm İbrahimbəyovun özü və bütövlükdə onun “Milli şura”sı antimilli dairələrin ruporuna çevrildi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bunun təsdiqi kimi cəmi bir neçə misal gətirmək kifayətdir. “Milli şura”nın qiyabi sədri və birinci “vahid namizəd”i müəyyənləşdirilən qoca kinodramaturq başqa ölkələrin informasiya agentliklərinə verdiyi müsahibələrdə bir qayda olaraq erməni ideologiyasının tezislərindən çıxış edərək Dağlıq Qarabağın ərazi mənsubiyyətinin mübahisə predmeti olduğunu dilə gətirirdi.
“Milli şura” üzvləri-“El” hərəkatının rəhbəri Eldar Namazovun və “Müsavat” başqanı İsa Qəmbərin müvafiq olaraq Vaşinqtona və Brüsselə səfərlərini xatırlayaq. Radikallar üçün utancverici bir haldır ki, nə İsa Qəmbər, nə də Eldar Namazov səfərləri çərçivəsində qatıldıqları tədbirlərdə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ məsələsindən bir kəlmə də danışmadılar.
Qondarma “Milli şura”nın seçkiöncəsi mərhələdə cəmiyyətdə narazılıq ovqatı yaratmağa hədəflənən çoxsaylı uğursuz cəhdləri də xaricdəki antimilli dairələrin əvvəlcədən hazırladıqları ssenarinin tərkib hissəsi idi. Azərbaycan cəmiyyəti isə qondarma qurumun mitinq çağırışlarına və digər belə cəhdlərinə sərt təpki nümayiş etdirərək öz monolitliyini, yenilməz həmrəyliyini ortaya qoydu.
Oktyabrın 9-da keçirilən prezident seçkilərində uğradığı acınacaqlı məğlubiyyətdən sonra “Milli şura”da baş verən olaylarda da qondarma qurumun xaricdəki antimilli mərkəzlərin təsir dairəsində olduğu aydın şəkildə nəzərə çarpır. Qondarma qurumda cəmləşən radikalların manevr cəhdlərindən aydın görünür ki, onlar “Milli şura”nı asılı olduqları xarici dairələrin sifarişləri istiqamətinə yönəltməkdə maraqlıdırlar. Gəlin, diqqət yetirək. Son sessiyadan sonra “Milli şura”da daxili savaş səngimir, əksinə, qızışır. Siyasi müşahidəçilər qondarma qurum daxilində ixtilafların dərinləşməsinin partiyaların müxtəlif antimilli mərkəzlərə bağlı olmasından qaynaqlandığı qənaətindədirlər. Məsələn, diqqəti “Milli şura” daxilindəki ziddiyyətlərə çəkən politoloq Natiq Miri bildirib ki, buradakı marginal qruplar hansı güclər tərəfindən idarə olunurdusa, onların sifarişi ilə öz istədikləri yerə transfer olmağa başlayıblar. “Rüstəm İbrahimbəyovun “Milli şura”da fəxri sədr olması kimi süni bir problemi ortalığa atıblar. Bir neçə ay öncə yaradılmış bir qurum hansı böyük fəaliyyəti ilə yadda qaldı, hansı ciddi dəyişikliyə nail oldu ki, ona fəxri sədr seçməyə zərurət yaransın? Bu addımın atılması ən azından siyasi ayıbdır. Kimlərisə razı salmaq üçün o cür yarlıqları kimlərinsə yaxasından asmağa və daxildə yeni fikir ayrılığı ocağı yaratmağa nə ehtiyac var idi?”
İş o yerə çatıb ki, artıq “Milli şura”nın ayrı-ayrı üzvləri də qurumun xarici sifarişlərin təsiri ilə istiqamətləndiyini dilə gətirmək məcburiyyətində qalıblar. Qurumda təmsil olunan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov bir qədər bundan əvvəl “Milli şura”da antimilli ünsürlərin olması” barədə bəyanatla çıxış etdi. Partiya sədri bəyanatında xüsusi olaraq vurğulayır ki, “həmin antimilli ünsürlər getdikcə özlərini daha pis aparırlar”.
Bütün bu deyilənlərdən sonra qondarma “Milli şura”nın Azərbaycan vətəndaşlarının sərt təpkiləri ilə qarşılanmasının səbəblərinə aydınlıq gəlir. Ölkəmizin, xalqımızın maraqlarını ifadə etməyən qondarma quruma cəmiyyətimizdə yer olmayıb və bundan sonra da olmayacaq.

Paylaş:
Baxılıb: 1210 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30