Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyovun “Milli şura” oyunu başa çatdı

Rüstəm İbrahimbəyovun “Milli şura” oyunu başa çatdı

28.12.2013 [09:07]

Pərviz Sadayoğlu

Eks-“fəxri sədr” öz istefasını müxalifətdaxili mübarizə ilə əlaqələndirdi
“Milli şura” adlanan qondarma qurumda yenidən vəziyyət gərginləşib. Belə ki, seçkiöncəsi xarici antimilli dairələrin maddi dəstəyi əsasında yaranan buqələmun “şura”nın fırıldaqçı və törətdiyi cinayətlərin məsuliyyətindən yayınmaq üçün Azərbaycandan qaçan eks-sədri Rüstəm İbrahimbəyov artıq “fəxri sədr” olmaq istəmir.
Məsələnin məğzinə keçməzdən öncə vurğulamaq lazımdır ki, radikal müxalifət qruplarının “Milli şura” oyunu başlandığı zamandan bu qondarma qurumda fikir ayrılığı öz sözünü deyib. Hələ ilk yarandığı günlərdə qondarma qurumun üzvləri iki cəbhəyə bölünərək bir-birləri ilə mübarizə aparırdılar. Bu isə təbii idi. Çünki, maddiyyata əsaslanan, heç bir ideyaya, əqidəyə xidmət göstərməyən “şura”nın aqibəti məhz bu cür olmalı idi. Hələ o dövrdə bir sıra qərbmeylli antimilli təşkilatların xidmətçiliyini həyata keçirən radikal düşərgə təmsilçiləri R.İbrahimbəyovun addımlarını Rusiyadakı anti-azərbaycançı dairələrin layihəsi kimi qiymətləndirərək onun “şura”da ön sıraya çıxmasını istəmirdilər. Həmin qrup bununla öz “ağalarının” xidmətini yerinə yetirməklə yanaşı, sonradan “şura”da məhz İbrahimbəyovun və onun ətrafındakıların söz sahibi olacağından, düşərgədə monopoliyanı həmin qrupların ələ keçirəcəklərindən çəkinirdilər. Təbii ki, istər R.İbrahimbəyovu, istərsə də həmin radikal kəsimi Azərbaycan xalqı yaxşı tanıyır. İllərdir ki, xarici qrupların təzyiq ruporu rolunu üstlənməyə çalışan radikal düşərgə təmsilçilərinin hər zaman Azərbaycanın dövlət maraqlarına zidd mövqu tutması hər kəsə bəllidir. R.İbrahimbəyova gəldikdə isə, vergi qaçaqçısı olan, ermənilərə xüsusi hüsn-rəğbəti ilə seçilən, anti-azərbaycançı mərkəzlərin alində alətə çevrilən bu şəxsin öz şəxsi maraqları ucbatından uğursuz “siyasi karyeraya” əl atması sirr deyil. Maraqlıdır ki, belə bir kimliyə sahib R.İbrahimbəyov özünü “siyasətçi” simasında qələmə verməklə xalqdan etimad dilənir və ya radikal düşərgə qruplarını öz ətrafında birləşməyə çağırırdı.
Amma sonradan onun “şura”nın namizədi ola bilməməsi oturduğu sədrlik kreslosunu da laxlatdı. R.İbrahimbəyovun yerinə uğursuz dublyor Cəmil Həsənov “şura”nın namizədi olan kimi keçmiş sədr və onun əlaltıları seçki kampaniyasından kənarda saxlanıldı və xaricdən gələn maliyyədən pay ala bilmədilər.
Seçkidən sonra R.İbrahimbəyovun istefası məsələsi gündəmə gəldi ki, burada da “Milli şura”nı öz nəzarətinə almış AXCP ilə Müsavat Partiyasının fikirləri uzlaşmadı. Müsavat Partiyası öz maraqları baxımından R.İbrahimbəyovun birmənalı şəkildə “şura”dan kənarlaşdırılmasını tələb edirdisə, AXCP ona yeni bir status-“fəxri sədr” nominasiyası təsisi edilməsinə nail oldu. Bu isə düşərgə daxilində illərdir davam edən “Müsavat”-AXCP qarşıdurmasının yeni mərhələsinin başlanmasına səbəb oldu.
Beləliklə, R.İbrahimbəyov artıq “Milli şura”nın “fəxri sədr”liyindən də istefa verdiyini açıqlayıb. Onun yaydığı bəyanatda isə radikal düşərgə daxilində baş verən proseslərin gərginliyi öz əksini tapıb. İbrahimbəyov bildirib ki, Müsavat Partiyası rəhbərliyinin onun “Milli şura”nın “fəxri sədr”i seçilməsi ətrafında apardığı diskussiyalar quruma qarşı ümumi kampaniyanın tərkib hissəsidir: “Bunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və “Milli şura”nın saxlanmasına yardım edəcək”.
Göründüyü kimi, R.İbrahimbəyov öz istefasını “şərtləndirən” səbəbləri izah edərkən radikal düşərgənin qəbul etmədiyi, amma reallıq olan bir faktı təsdiqləyir-bu gün radikal müxalifət düşərgəsində sözün əsl mənasında açıq döyüş gedir. Bir-birini qəbul etməyən qruplar, hətta bir partiya daxilində maddi vəsait bölgüsü ilə bağlı yaranan narazılıqlar düşərgəni acınacaqlı duruma gətirib çıxarıb.
İbrahimbəyovun hələ gülü burnunda vəzifəsindən istefasında əsas “günahkar” qismində təqdim edilən Müsavat Partiyası da öz cavabını “gecikdirməyib”. Sanki, İbrahimbəyova və onun bu “posta” seçilməsində müstəsna xidmət göstərən AXCP sədri Əli Kərimliyə acıq verirmiş kimi “Müsavat” funksioneri Gülağa Aslanlı bildirib ki, “Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefa verməsini müsbət qiymətləndiririk”.
Başqa bir müsavatçı Arif Hacılı isə deyib ki, “Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də, Rusiyadan xeyli dərəcədə asılıdır”.
Maraqlıdır ki, görəsən, A.Hacılı və ya onun dəstə rəhbəri İsa Qəmbər bu günə qədər və ya seçkidən sonrakı dövrə qədər R.İbrahimbəyovun Rusiya vətəndaşlığını bilmirdilərmi? Bəs, görəsən, nə üçün bu gün R.İbrahimbəyovun Rusiyaya “bağlılığı” İ.Qəmbərin və ya A.Hacılının xoşuna gəlmir. Burada bir atalar sözü yada düşür ki, “bağda ərik var idi...”. Özünü satmağa hazır dayanan radikal müxalifət düşərgəsinə İbrahimbəyov “pul gətirdiyi” zamanlarda lazım idi. İndiki halda pul yoxdursa, İbrahimbəyov nəinki “fəxri sədr”. Heç sıravi üzv kimi də onlara lazım deyil...
İllərdir ki, eyni sözü deyən, eyni yalanlarla xalqa pafoslar danışan, xarici anti-azərbaycançı mərkəzlərin pulları qarşılığında dövlətinə, xalqına qara yaxan, onun imicinə xələl gətirməkdən ötrü bütün yollara baş vuran radikal kəsimin bütün fəaliyyəti çılpaqlığı ilə ortadadır. Məhz, onların bütün kartlarının açılması, ifşa edilmələri ətraflarının onların bugünkü acınacaqlı durumunu özündə ehtiva edir.

Paylaş:
Baxılıb: 1069 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31