Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Reneqat Eldar Namazov Cəmil Həsənova qarşı kompromat savaşına başlayır

Reneqat Eldar Namazov Cəmil Həsənova qarşı kompromat savaşına başlayır

08.02.2014 [15:34]

Pərviz Sadayoğlu

Keçmiş “dostlar”ın qalmaqalı “Milli şura”dakı gizlinləri açığa çıxaracaq
Radikal müxalifətin sonuncu xainlik planı-”Milli şura” layihəsi fiaskoya uğradıqdan sonra düşərgə təmsilçiləri bir-birilərinə düşmən kəsildilər. Daha doğrusu, hər zaman öz şəxsi maraqlarının güdükçüsü olan, xarici anti-azərbaycançı dairələrin xidmətçiliyini yerinə yetirmək üçün əldən-ayaqdan gedən radikal düşərgə təmsilçilərinin yalançı “birlik” oyunu və bu “birliyin” sonradan düşdüyü acınacaqlı durum onların bir-birilərinə qarşı “səmimi”liklərini ortaya çıxarır.
Beləliklə, illərdir bir-birilərinə düşmən olanlarla yanaşı, üzdə dost görünənlərin də bu cür savaşın tərəflərinə çevrilməsi ondan xəbər verir ki, radikal düşərgədə hər kəs yalnız korporativ maraqların əsirinə çevrilib. Məsələn, vaxtilə Rusiyadakı antimilli dairələrlə radikal düşərgə partiyaları arasında əlaqələndirici rolunu oynayan, “Milli şura” fiaskosundan sonra isə Qərbdəki anti-azərbaycançı dairələrin köməyi ilə yeni “ana müxalifət” qiyafəsində ortaya çıxmağa çalışan reneqat Eldar Namazovla Cəmil Həsənov arasındakı ixtilaf, söz dueli bir daha sübut edir ki, düşərgədə köhnə-təzə “dost” və ya “müttəfiq” anlayışı yoxdur, sadəcə şəxsi maraqlar anlayışı var.
“Milli şura”dan ayrıldıqdan sonra reneqat Eldar Namazov Cəmil Həsənovu “uğursuz namizəd” adlandırmışdı və dolayısı ilə “Milli şura”nın bu cür ağır fiaskoya uğramasının səbəbini məhz ermənipərəst İbrahimbəyovdan sonra “tarixçi”nin önə çıxarılmasında görmüşdü. Onun sözlərinə görə, “Milli şura” daxilində heç bir qüvvə bir-birini qəbul etmirdi, C.Həsənovun namizədliyi ilə isə ümumiyyətlə çoxları “barışmırdı”.
C.Həsənov da keçmiş müttəfiqinin sözlərini cavabsız qoymamışdı. O, Eldar Namazovu “Milli şura”dan öz məqsədləri üçün istifadə etməkdə günahlandırmış, hətta buna nail olduğunu bildirmişdi: “Eldar bəy MŞ ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. “Milli şura”nın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi. Amma bu dividend qalacaqmı? Bunu zaman göstərər”.
Digər tərəfdən, C.Həsənov vaxtilə reneqat Namazovun R.İbrahimbəyovdan sonra namizəd olmaq istədiyini, amma buna nail ola bilmədiyini demişdi: “Digər məqsəd isə “Milli şura”nın namizədi olaraq seçkiyə qatılmaq idi. Buna isə nail ola bilmədi. Düzdür, ilk dövrlərdə o, bu çətinliyi düzgün qiymətləndirmir, namizəd olub seçiləcəyinin artıq həll olunduğunu gizlətmirdi. Amma həyat onun gözlədiyindən daha mürəkkəb oldu, hadisələr onun düşündüyündən daha çətin məcraya yönəldi. Ona görə də, indi MŞ Eldar Namazov üçün maraqsız idi”.
Yeri gəlmişkən, bu “söz dueli” artıq yeni mərhələyə qədəm qoyub. Belə ki, C.Həsənovun iddialarına cavab verən reneqat Eldar Namazov bildirib ki, Cəmil Həsənovun dedikləri yalandır. O qeyd edib ki, C.Həsənovun açıqlamasında “göstərilən məsələlərin demək olar ki, hamısı həqiqətə uyğun deyil”. Reneqat Namazov yaxın vaxtlarda C.Həsənovun iddialarına geniş şəkildə cavab verəcəyini deyib: “Hələlik onu deyə bilərəm ki, prezident seçkilərinə hazırlıq başlayan dövrdə, demək olar ki, əksər siyasi qurumların rəhbərləri seçkilərdə iştirak etməklə bağlı hazırlıq işləri görürdülər. Bəziləri artıq bu haqda rəsmi qərarlar da qəbul etmişdilər. Digərləri isə seçkilərdə iştirakla bağlı qərarları qəbul etmək ərəfəsində idilər. Biz siyasi qurumların rəhbərlərini “Milli şura”ya apararaq razılığa gəldik ki, 2013-cü il seçkilərində siyasi qurumların rəhbərləri bir addım geri çəkilib müstəqil ziyalını vahid namizəd kimi irəli sürsünlər. Bu razılıq əsasında da “Milli şura” yarandı”.
Göründüyü kimi, artıq keçmiş “ziyalı dostlar” arasında qalmaqal yeni vüsət alır. Reneqat Namazovun bu barədə geniş açıqlama verəcəyini deməsi isə onu göstərir ki, radikal düşərgə daxilində artıq qütbləşmə bir neçə istiqmətdə inkişaf edir. Bunu istər “Milli şura”da təmsil olunan, istərsə də təmsil olmayan şəxslər də etiraf edirlər. Necə deyərlər, artıq xaricdən gələn pullara şərik olmaq istəyənlərin sayı artır...

Paylaş:
Baxılıb: 1146 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30