Radikal müxalifət növbəti dəfə anti-Azərbaycan siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirdi
07.02.2013 [01:07]
Pərviz Sadayoğlu
Əkrəm Əylislinin yalanlarına, xəyanətinə haqq qazandırmağa çalışan dağıdıcı düşərgə yenidən antimilli simasını Azərbaycan xalqına nümayiş etdirir
Hər zaman antimilli fəaliyyəti ilə özünü ifşa edən, Azərbaycan dövlətçiliyinin və xalqımızın mənafeyinə zidd mövqe tutan radikal müxalifət düşərgəsi növbəti “sükuta” qərq olub. Hər zaman psevdomillətçiliyi önə çəkməyə çalışan, yalançı, pafos dolu vətənpərvərlik nağılları danışan, o cümlədən, Qarabağ məsələsində guya qəti mövqedə dayandığını sübut etmək üçün dəridən-qabıqdan çıxan radikal düşərgə artıq günlərdir ki, Əkrəm Əylislinin “Daş yuxular” adlı romanı ilə bağlı danışmağı “özünə sığışdırmır”.
Məlum olduğu kimi, bu romanda Azərbaycan xalqı birmənalı şəkildə təhqir olunub, tarixi faktlar saxtalaşdırılıb, xalqımız barbar və vəhşi qismində təqdim edilib, o cümlədən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarının üstündən sükutla keçilib və əksinə olaraq xalqımız guya ermənilərə zülm etməkdə günahlandırılıb. Bütün bu yalan və saxtakarlıqlarla yanaşı, Ə.Əylisli tarixi Azərbaycan torpaqlarının guya ermənilərə məxsus olduğunu iddia edir, xalqımızı isə “gəlmə” adlandırır. Uzun sözün qısası, Ə.Əylisli yazdığı “Daş yuxular” ilə illərdir ermənilərin apardığı yalan təbliğatın daha “geniş şəkildə yayılması” üçün əlindən gələni edib.
Ə.Əylislinin xalqımıza, dövlətimizə qarşı bu cür aşağılayıcı mövqedən çıxış etməsi Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə etirazla qarşılanıb və bütün təbəqələrin nümayəndələri bu məsələyə birmənalı şəkildə kəskin etiraz nümayiş etdirirlər. Amma nə dağıdıcı düşərgənin siyasi partiyaları, nə də həmin partiyalarda təmsil olunan şəxslər fərdi şəkildə məsələyə münasibət bildirmədilər. Bu isə bir daha göstərir ki, Ə.Əylislinin yazdığı yalanlara susqunluqla yanaşan radikal düşərgə rəhbərləri Azərbaycan xalqına və dövlətinə qarşı səngərdə mövqe tutublar.
Ümumiyyətlə, radikal müxalifət milli məsələlərdə hər zaman bu cür “loyallıq” nümayiş etdirir. Əslində, bunu “loyallıq”dan çox xəyanət adlandırmaq olar. Belə addımlar isə radikal düşərgə tərəfindən zaman-zaman da atılıb. Ümummilli məsələlərdə hər zaman “fərqli” mövqe tutan düşərgə nümayəndələri bununla ermənipərəst dairələr tərəfindən idarə olunduqlarını, həmin dairələrə qulluq etdiklərini sübut etmiş olurlar. Məsələn, ötən il ölkəmizdə “Eurovision-2012” mahnı müsabiqəsi keçirildiyi zaman radikal düşərgənin nümayiş etdirdiyi mövqe yəqin ki, hər kəsin yaddaşındadır. Hətta Avropanın bəzi ermənipərəst dairələri ilə birləşib müsabiqə iştirakçılarını boykota çağıran radikal düşərgənin “aparıcı simaları” - Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli kimiləri dostları aram manukyanların yanında “xəcalətli” qalmamışdılar. Bundan başqa, ölkəmizdə keçirilən mühüm tədbirlər öncəsi ermənipərəst və anti-Azərbaycan dairələrin göstərişi ilə aksiya-şouları təşkil etməyə çalışan dağıdıcı müxalifət belə addımları ilə hər zaman antimilli mövqedə dayandığını ortaya qoyub. Onlar bu dəfə də Ə.Əylislini bəzi məqamlarda müdafiə etməklə, bəzi məqamlarda isə susmaqla, mövzudan yayınmaqla ermənipərəst dairələrin qarşısında xidmətlərini etmiş olurlar.
Bir daha vurğulamaq lazımdır ki, radikal düşərgə aram manukyanlarla əməkdaşlıq etməklə, anti-Azərbaycan dairələrin canişininə çevrilməklə Azərbaycan xalqına münasibətini ortaya qoyub. Bu mənada xalqımızı soyqırımına məruz qoyan, torpaqlarımızın 20 faizini işğal edən ermənilərlə qardaşlaşmış İ.Qəmbərin Ə.Əylisli ilə bağlı hər hansı bir fikir bildirməməsi əlbəttə ki, təbii görünür. Axı, Ə.Əylislinin yalanları və xəyanəti ermənilərin xeyrinə işləyir. Radikal düşərgə rəhbərləri isə ermənilərin üstünə toz qonmasından belə, narahat olurlar.
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16