“Müsavat” daxilindəki qruplaşma savaşı daha da şiddətlənib
21.02.2014 [09:03]
Pərviz Sadayoğlu
Nüşabə Sadıxlı başqan olmaq istəyən Arif Hacılını hədəfə alıb
Ötən il keçirilən prezident seçkilərindəki fiaskonun ardından Müsavat Partiyasında bir müddət idi ki, davam edən sükut yenidən pozulub. Bu da səbəbsiz deyil. Belə ki, seçkiylə əlaqədar təxirə salınmış qurultayın keçirilməsi məsələsi yenidən aktuallaşıb. Özü də bu dəfə məsələnin gündəmə gətirilməsində əsas rolu məhz partiyanın aparıcı funksionerləri icra edir. Daha dəqiq desək, davamlı olaraq bu məsələ ətrafında mətbuat səhifələrində müzakirələr açan “Müsavat” nümayəndələri yenidən iki cəbhəyə bölünərək mübarizəyə başlayıblar.
Məsələn, Müsavat Partiyası başqanlığına namizəd olacağını açıqlayan Səxavət Əlisoy bildirib ki, İsa Qəmbər bu dəfə namizədliyini irəli sürməməlidir. Açıq şəkildə İ.Qəmbərin getməyinin tərəfdarı olduğunu söyləyən S.Əlisoy, hətta onun partiya rəhbərliyindən getməsinin partiyanın fəaliyyətinə heç bir çətinlik törətməyəcəyi fikrindədir. S.Əlisoy onu da deyib ki, qarşıdan gələn qurultayda İ.Qəmbər namizədliyini irəli sürsə belə o, iddiasından geri çəkilmək fikrində deyil.
Onu da qeyd edək ki, istər qurultay, istərsə də başqan seçimi məsələsi ilə artıq illərdir ki, spekulyasiya edən İ.Qəmbərin limiti tükənib və artıq onun postuna iddialı şəxslər açıq şəkildə öz fikirlərini səsləndirirlər. Digər tərəfdən, bu posta aşkar şəkildə iddia edən partiyanın icra aparatının rəhbəri Arif Hacılı ona rəqib ola biləcək namizədləri sıradan çıxarmaq üçün müəyyən addımlar da atmaqdadır. Bu fakt isə “Müsavat” daxilindəki qruplaşma savaşının daha da qızışmasına rəvac verib. Qeyd edək ki, A.Hacılı bir sıra məqamlarda indidən özünü partiyanın rəhbəri kimi aparır və bu isə digər namizədlərə xoş gəlmir. Məsələn, qarşıdan gələn qurultayda partiya başqanlığına namizəd olacağını açıqlayan “Müsavat”ın Divan üzvü Nüşabə Sadıxlı deyib ki, “başqan olmaq yox, seçkilərdə iştirak eləmək xatirinə”, “mənim də adım hallansın, gündəmdə qalım” yanaşması ilə namizədliyini irəli sürmək düzgün deyil. Əslində, onun bu mesajının haraya ünvanlandığı ortadadır. Sədrlik postuna iddialı A.Hacılının İ.Qəmbərə münasibətinin mənfi olması, onu indidən proseslərdən kənarlaşdırmaq arzusu N.Sadıxlını da namizəd olacaq həmkarına qarşı qruplaşma savaşına daxil edib.
Görünən budur ki, “Müsavat” daxilində qruplaşma savaşı artıq pik həddə çatıb. Belə ki, A.Hacılının partiya sədri olmasını istəməyən digər funksionerlər ona qarşı yeni cəbhə açıblar. Proseslər isə İ.Qəmbərin “Müsavat” rəhbərliyindən gedişi ilə partiyada istefaların olacağını və sədr postuna iddialı olan şəxslərin lokal mübarizəsi nəticəsində bu təşkilatın da radikal düşərgənin cırtdan partiyalarına bölünəcəyini proqnozlaşqdırmağa imkan verir.
Göründüyü kimi, yalnız özünü siyasi gündəmdə saxlamaq üçün mübarizə aparan radikal müxalifət düşərgəsində, o cümlədən, Müsavat Partiyası daxilində vəziyyət acınacaqlı hal alıb. Yenidən cəbhələrə bölünüb daxili mübarizəyə start verən düşərgə partiyalarının nümayəndələri düşərgənin nəzarətində olan KİV-lərdə açıq mübarizəyə başlayıblar. Maraqlıdır ki, digər partiya nümayəndələrinin mövqe seçimi müşahidə edilsə də, İ.Qəmbərin və onun arxasında duracağı namizədin əsas rəqibi olan Arif Hacılı da hələlik gözləmə mövqeyi seçib. Hələ iki il əvvəl qurultayla bağlı məsələ aktuallıq daşıdığı zaman Arif Hacılı İ.Qəmbərin uğursuzluqlarını özünə “tramplin” seçdiyini açıq-aşkar büruzə verirdi. Yeri gəlmişkən, dünənə qədər İ.Qəmbəri özlərinin “əvəzolunmaz lideri” adlandıranlar artıq onu siyahıdan “sildiklərini” açıq şəkildə bildirirlər. Bu isə o deməkdir ki, İ.Qəmbəri yenidən sədr postunda görmək üçün israr edənlərə indidən məğlubiyyət həzm etdirilir.
Bütün bu proseslərin fonunda isə İ.Qəmbərin sükuta qərq olması artıq uzun müddətdir ki, “Müsavat” sədrinin bu istiqamətdə inkişaf edən proseslərə təsir imkanını itirməsindən xəbər verir. Hələ bir neçə il öncə partiyasında istefaların tüğyan etdiyi dövrdə onun qruplaşmaların əlində aciz qaldığı və öz təsir imkanlarını itirməsi bəlli olmuşdu. İndiki halda isə qruplaşmalar arasındakı qalmaqalın yenidən alovlanması, sadəcə “Müsavat”ın qurultayından qabaq yeni bir parçalanma təhlükəsinin də yaranmasından xəbər verir. Əslində, qurultaydan sonra bu parçalanma qaçılmazdır. Yəni, hər hansı qruplaşmanın qalibiyyəti nəticəsində məğlub tərəf həmin komandayla işləmək istəməyəcək. Belə olan halda isə həmin qrupun partiyanı tərk etməsi labüddür...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39