Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusun sirk tamaşalarının gəlirləri bəlli oldu...

Leyla Yunusun sirk tamaşalarının gəlirləri bəlli oldu...

03.05.2014 [09:23]

Mübariz Abdullayev

Arif Yunus və Leyla Yunus şər tandeminin antimilli fəaliyyəti təkzibolunmaz faktlarla sübuta yetirilir
Son günlər Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun əri, sözügedən institutda ekspert qismində çalışan Arif Yunus yenidən özlərinə xas əməlləri ilə diqqət mərkəzinə gəliblər. Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri operativ əməliyyat nəticəsində ailə cütlüyünün konkret cinayət işi ilə bağlı istintaqdan yayınma cəhdlərinin qarşısı alınıb. Belə ki, Leyla və Arif Yunuslara istintaqa ifadə vermək zərurəti ilə bağlı Azərbaycandan getməməklə bağlı xəbərdarlıq edilsə də, onlar Fransanın və ABŞ-ın respublikamızdakı səfirliklərinin gizli planı əsasında başqa bir ölkəyə qaçmağa cəhd göstəriblər. Fəqət onların bu planı baş tutmayıb. Aprelin 28-də Bakı-Doha aviareysi ilə Azərbaycanı tərk etmək istəyən ailə cütlüyü Heydər Əliyev Beynəlxalq Aeroportundan geri qaytarılaraq istintaqa cəlb ediliblər.
Leyla Yunus növbəti rolunu oynayır
Çemodanını yığışdırıb ölkəni uzun müddətə tərk etmək istəyi gözündə qalan Leyla Yunus bu dəfə kameralar qarşısında fərqli pozalarda görünür. O, ictimai qınağı nəzərə almadan qarınağrısından şikayətlənir, jurnalistlərin suallarını alma çeynəyə-çeynəyə cavablandırır, bir qadın etikasına uyğun olmayan sözlərlə sahib olduğu əxlaq normalarını nümayiş etdirir, belə demək mümkünsə, özünü cəmiyyət arasında deyil, sirkdəki kimi aparır. Başqa görüntülərdə isə Leyla Yunus aqressiya nümayiş etdirir, polisə hücum çəkir, onun geyim formasını aşağılayır. Leyla Yunusun polislə belə tərzdə davranmasının hüquqi məsuliyyət yaratdığı başqa bir söhbətin mövzusudur. Yəqin ki, Leyla Yunusun özü bu kimi hüquqpozma əməllərinin tez-tez istinad etdiyi Avropa ölkələrində necə sərt şəkildə cəzalandırıldığını da yaxşı bilir.
Lakin gəlin, mətləbdən uzaq düşməyək. Leyla Yunusun kameralar qarşısında ənənəvi Azərbaycan cəmiyyətinin mentalitet dəyərlərinə uyğun gəlməyən pozalar nümayiş etdirməsi, leksikonunda jarqonlara yer verməsi də mahiyyət baxımından bir nömrəli önəm kəsb etmir. Bu, Leyla Yunusdur və kimin auditoriya qarşısında özünü necə aparması da bir əxlaq məsələsidir.
Leyla Yunusun kameralar qarşısında özünü “idarəolunmaz” tərzdə aparmasında isə bir məqam aydın şəkildə nəzərə çarpır: Bu adamın rola girdiyi açıq-aydın hiss olunur. Vay-şivən qoparması, jarqonları ilə o, bir tərəfdən etik-mənəvi keyfiyyətlərini nümayiş etdirirsə, digər tərəfdən də, bununla havadarlarının diqqətini özünə çəkmək istəyir. O, hüquq-mühafizə orqanları əməkdaşlarının vurğuladıqları kimi, açıq şantaja keçir. Bəlkə də, gözləyir ki, kimsə onun təhrikedici səslənmələrinə dözə bilməyəcək, adekvat hərəkət edəcək, beləliklə də, daha betər şəkildə “yaxa cırmasına”, eləcə də marıtda duran “dostları”nın onun müdafiəsinə qalxmalarına münasib fürsət yaranacaq. Bundan isə yenə də Leyla Yunusun cibləri dolacaq. Azərbaycana xəyanət ona yenə də külli miqdarda gəlir gətirəcək.
Yeri gəlmişkən, bu günlərdə jurnalist Eynulla Fətullayevin virtualaz.org saytında yer alan “Leyla Yunus: Antalyada ev, 155 min manat, 230 min dollar, 100 min avro” adlı məqaləsində də L.Yunusun bu kimi təxribatlarının ona qazandırdıqları barədə yeni faktlar açıqlanıb.
Leyla Yunus oyununun pərdəarxası və yaxud “hüquq müdafiəçisinin” “qarğa məndə qoz var” etirafı
Məlumdur ki, “hüquq müdafiəçisi” Leyla Yunusun adı vətənə xəyanət ittihamı ilə barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun cinayət işində keçir. Araşdırılan konkret cinayət işi ilə əlaqədar Leyla Yunusun ifadə verməsinə zərurət yaranıb.
Lakin bunlar bir qədər sonra baş verəcəkdi. Leyla Yunus isə Rauf Mirqədirovun saxlanılmasından dərhal sonra hərəkətə keçib və qabaqdangəlmişlik etməyə başlayıb. O, tez-bazar Azərbaycanda “siyasi məhbus” məsələsini yenidən gündəmə gətirdi və “məni də tutun” deməyə başladı. Nə üçün Leyla Yunus özünü cəhənnəmə gedənə yoldaş etmək istəyirdi? “Qarğa, məndə qoz var” etirafı “hüquq müdafiəçisi”nin kürkünə birə düşməsindən xəbər vermirdimi?
Jurnalist E.Fətullayev sözügedən yazısında Leyla Yunusa ritorik suallar ünvanlayır: “Səni xeyir ola? Səni hansı məqsəd və əsasla həbs etməli idilər? Nə Arzu Abdullayevanı, nə Zərdüşt Əlizadəni, nə də xalq diplomatiyasının digər fəal iştirakçılarını, erməni-azərbaycanlı münaqişəsi ilə bağlı sülhyaradıcı proqramlara dəxli olan digərlərini yox, niyə məhz səni?!”
Deməli, yerin altını da, üstünü də yaxşı bilən Leyla Yunusun narahatlıq keçirməsi, yuxusunun ərşə çəkilməsi səbəbsiz deyildi. Bunun səbəbini onun özü hamıdan yaxşı bilirdi. O, bilirdi ki, R.Mirqədirovu ermənilərə bağlayan üçbucağın bir tərəfində onun özü dayanır.
Fransa səfirliyinin 2 əməkdaşının iştirak etdiyi qaçış cəhdi...
Beləcə, Vətənə xəyanət kələfinin ucunun ələ keçdiyini yəqin edən Yunuslar ailəsi indi ölkədən getmək, casusluqla, donosçuluqla yığdıqları sərvəti xilas etmək barədə düşünürdü. Necə deyərlər, asta qaçan namərddir.
Sən demə, Yunuslar ailəsinin dar gününün “dostları” da az deyilmiş. Fransanın, ABŞ-ın ölkəmizdəki səfirlikləri ailə cütlüyünün tələm-tələsik ölkədən çıxarılması ilə bağlı gizli planı işə salırlar. Fransa səfirliyi görünməmiş operativliklə-cəmi iki saata Yunuslar ailəsinin bu ölkədə yaşamasına izn verən 5 illik viza rəsmiləşdirir. Diplomatik missiya heç bir diplomatik status daşımayan ailə cütlüyü qarşısında öz “borcunu” bununla da bitmiş hesab etmir. Jurnalist E.Fətullayevin vurğuladığı kimi, səfir ailə cütlüyünün “qaçırılması” olayına şəxsən qarışır. Onun izni ilə cütlük aeroporta səfirliyin avtomobilində yola salınır, özü də elə-belə yox, iki diplomatik missiyanın əməkdaşlarının müşayiəti ilə.
Qaçış bileti Moskvanın “OZON travel” agentliyindən sifariş olunub
Ailə cütlüyünün Bakıdan qaçırılmasında nəzərdə tutulan məsələlərdən biri də iz azdırmaq olub. Diqqət yetirin: Aprelin 28-də Bakıdan Parisə birbaşa hava reysi var idi. Jurnalist Eynulla Fətullayevin qeyd etdiyi kimi, cütlük daha münasib İstanbul marşrutundan da yararlana bilərdi. Lakin Yunuslar ailəsinə şübhə doğurmayan Doha reysi təklif olunub. Hələ bu da hamısı deyil. Bakı-Doha aviareysinə bilet yerli kassalardan deyil, Moskvanın “OZON travel” agentliyindən sifariş olunub.
Sözügedən məqalədə vurğulandığı kimi, Leyla Yunus az sonra xaricə tələsik səfərinin səbəblərinə belə “aydınlıq” gətirəcəkdi: “Məqsəd bir konfransda iştirak etmək idi”. Jurnalist E.Fətullayev sual edir: “Hansı konfransda? Brüsseldə keçiriləcək bu konfrans nə tədbir idi ki, L.Yunus yazın axır-axırında ora bütün qış paltarlarını çamadanlara doldurub, pullarını Praqa banklarına köçürüb, 5 illik viza alıb gedir, titrətmə içində aeroporta tələsirdi?”
Parisdə Yunus ailəsini kim qarşılayacaqdı?
Daha sonra isə səfərin təşkili ilə bağlı təfərrüatlar tam aydınlığı ilə ortaya çıxır. Məlum olur ki, yalançı, saxtakar, düzənbaz Leyla Yunus yenə də yalan danışır. O, məhz Parisə uçurmuş: “L.Yunus Parisə uçurdu, heç bir Brüsseldən söhbət belə getmirdi. Və qaçqınları aeroporta qədər müşayiət edən diplomatlar da bu barədə xəbərdar idilər.
Parisdə isə Yunusları mənşəcə özbək olan Nadejda Atayeva adlı biri gözləyirdi. O, 2000-ci ildə atasına - “Uzxlebprodukt” korporasiyasının rəhbərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılandan sonra Özbəkistandan Fransaya qaçıb. Yeri gəlmişkən, N.Atayeva Özbəkistanın özündə qiyabi olaraq 6 il həbsə məhkum edilib. Hazırda isə o, əri Sergey İqnatovla birlikdə Parisdə yaşayır. Yunusların Parisə getməli olduğu həmin gün Nadejda Atayeva sosial şəbəkələrdə onların müdafiəsi üçün səs-küylü kampaniya başladı. O, erməni KİV-lərinə (panorama.am) istinadən başqa rezonans doğuran kampaniya da başlayıb”.
Donosçuluqla, Vətənə xəyanətlə qazanılan sərvət
Sözügedən məqalədə həmçinin, Yunuslar ailəsinin dəyəri fantastik rəqəmlərlə ölçülən sərvətindən bəhs edilir. Jurnalist yenə ritorikaya müraciət edir: “Leyla Yunus digər elementar suala - Brüsselə beynəlxalq konfransa getdiyi halda Antalyadakı mənzilinin mülk sənədlərini niyə özü ilə götürdüyünə necə cavab verə bilər? Axı onun çamadanında axtarış zamanı Antalyadakı daşınmaz əmlaka aid sənədlər çıxmışdı! Həm də təkcə onlar yox!!!...Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil. O zaman sual olunur: “pullar haradandır, Zin”?!
Ancaq sadəlövh olmayaq. Leyla Yunusun donosçuluqdan, Vətənə xəyanətdən qazancı yalnız Antalyadakı mənzili deyil. Sözügedən məqalədə vurğulandığı kimi, L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib. Məsələn, məqalədə oxuyuruq: “Təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) “Transparency Azərbaycan” təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik”.
Beləliklə, əlavə şərhə ehtiyac qalmır. Şər dueti- Leyla və Arif yunusların vətənə xəyanətinin onlara qazandırdığı dividentlər təkzibolunmaz faktlarla sübuta yetirilir. Bu faktlar həm də Leyla Yunusun təşkil etdiyi sirk tamaşalarının səbəblərini kifayət qədər aydın şəkildə ortaya qoyur. Sözügedən yazının sonunda vurğulandığı kimi: “İndi siz başa düşdünüzmü ki, Leyla Yunus bütün dünyanın gözü qarşısında o sirk tamaşasını niyə göstərirdi?”.

Paylaş:
Baxılıb: 1170 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30